Genduzi üzr istədi
Icma.az, Idman.biz saytına istinadən bildirir.
Türkiyənin “Fənərbağça” futbol komandasının yarımmüdafiəçisi Matteo Genduzi UEFA Çempionlar Liqasında Çexiyanın “Slaviya” (Praqa) komandası ilə qarşılaşmada etdiyi səhvə görə üzr istəyib.
İdman.Biz “Sporx” nəşrinə istinadən xəbər verir ki, fransalı futbolçu 2:2 hesabı ilə başa çatan görüşdə yol verdiyi top itkisinə görə komanda yoldaşlarından və məşqçilər heyətindən üzr istəyib.
Genduzinin səhvi rəqibin qollarından birinə səbəb olub. Futbolçunun baş verənlərə görə məyus olduğunu görən baş məşqçi İsmayıl Kartal ona dəstək verib.
“Üzülməyin heç nəyi dəyişməyəcək. Bu səhvi təkcə sən etməmisən, biz hamımız birlikdə etmişik. Baş verənləri unut və diqqətini ‘Qalatasaray’la derbiyə yönəlt”, – deyə türkiyəli mütəxəssis bildirib.
Qeyd edək ki, “Fənərbağça” Çempionlar Liqasının üçüncü turunda doğma meydanda “Slaviya” ilə 2:2 hesablı heç-heçə edib. İstanbul təmsilçisi qarşılaşmanın ilk 11 dəqiqəsində iki top fərqi ilə önə keçsə də, üstünlüyünü qoruya bilməyib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:135
Bu xəbər 23 Oktyabr 2026 15:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















