Icma.az
close
up
RU
General Ramil Zeynalovun qardaşı oğlunun xalq artistinin əri ilə Dubayda biznesi: Daşınmaz əmlaklar, yükdaşıma şirkətləri...

General Ramil Zeynalovun qardaşı oğlunun xalq artistinin əri ilə Dubayda biznesi: Daşınmaz əmlaklar, yükdaşıma şirkətləri...

Icma.az bildirir, Demokrat.az saytına əsaslanaraq.

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, polis general-mayoru Ramiz Zeynalovun qardaşı oğlu Aqil Zeynalov Dubayda ümumi dəyəri 620 min manat olan iki mənzilini yeli əmlak satışı platformasında satışa çıxarıb. 
Demokrat.az
xəbər verir ki, bu barədə araşdırmaçı jurnalist Cavanşir Həsənli məlumat yayıb.
Məlumata görə, Dubayın əmlak portalı https://www.propertyfinder.ae saytında yerləşdirilmiş elana görə mənzillərdən biri Əzizi Riverada yerləşir və dəyəri  700.000 dirhəm, yəni təxminən 324 min manatdır. 
İkinci mənzil isə Xalianın (Dubay) 18-ci rayonunda yerləşir, qiyməti 640 min BƏƏ dirhəmi, yəni 296 min manatdır.
Mənzillər Aqil Zeynalovun Birləşmiş Ərəb Əmirliklərində qeydiyyatdan keçmiş "ZEYNALOVS REAL ESTATE L.L.C" ("Zeynalovlar Daşınmaz Əmlak" MMC) şirkəti tərəfindən satışa təqdim edilib. 
Daşınmaz əmlak bazarında 5 ildən bəridir ki, fəaliyyət göstərən şirkətin özünün internet səhifəsində https://www.zeynalovsrealestate.com/ isə daha bir neçə mənzil satış və ya kirayə məqsədilə təklif olunur.
Daşınmaz əmlak şirkətinin ofisi Dubayın Bay meydanındakı Bay Business binasında yerləşir.

Aqil Zeynalovun adı Azərbaycanda “YükTaksisi.Az” və “Evakuator.Az” şirkətinin rəhbəri, Evakuasiya.az” MMC-nin qanuni təmsilçisi olaraq da çəkilir. 
Generalın qardaşı oğlunun 2 il əvvəl İngiltərədə ortaqlıq əsasında  qeydiyyatdan keçirdiyi VERSATILE BUSINESS VENTURES LTD isə bu ilin yanvarında fəaliyyətini dayandırıb.  
Şirkət proqram təminatı və informasiya texnologiyaları sahəsində fəaliyyət göstərib. Onun şəriki Cəfər Nəcəfov Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının sabiq rəis müavini Xosrov Nəcəfovun oğludur. 
Cəfər Nəcəfov 50-dən çox mobil oyun və tətbiqin müəllifidir.  Zeynalovla Nəcəfovun daha bir ortaqlığı NEXTOOL layihəsinə bağlı şirkətdə təmin olunub. Nextool layihəsi hazırda 10 mindən çox süni intellekt (AI) alətini təqdim edən kataloqa malikdir. Ortaqlar hazırda NEXTOOL süni intellekt alətləri platformasını genişləndirmək üçün 1 milyon dollar vəsait toplayır. 
Cəfər Nəcəfov 2010-cu ildə ABŞ-da, San Fransiskoda onlayn ticarət platforması kimi JOOPZY LLC-ni təsis edib, 2017-ci ildə onu Gürcüstanda da qeydiyyatdan keçirib. 

Azərbaycanda evakuator, Dubayda əmlak, İngiltərədə süni intellekt biznesi ilə məşğul olan Aqil Zeynalov Polşa paytaxtında "166 CARGO AND LOGİSTİCS Sp. Z O.O" adlı şirkət üzərindən yükdaşıma xidməti ilə də məşğuldur. 
2023-cü il mayın 11-də qeydiyyatdan keçib və aktiv statusa malikdir. Fəaliyyət sferasına yükdaşıma ilə yanaşı anbar, lizinq və icarə xidmətləri də daxildir. 
2023-cü il maliyyə hesabatında göstərilir ki, şirkətin balansında olan nəqliyyat vasitələrinin dəyəri 457.915,71 zloti (124 min dollar) təşkil edir. 
İndi isə Avropadan Asiyaya keçid edək. Zeynalovun investor kimi çıxış etdiyi ölkələrdən biri də Özbəkistandır. 2024-cü ildə Zeynalov Daşkənddə Özbəkistan somu valyutası və 100 milyonluq nizamnamə kapitalı ilə "AZ PAK" MAS'ULIYATI CHEKLANGAN JAMIYAT-ini (AZ-PAK MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ) qeydiyyatdan keçirib. Bu cəmi 8 239 dollar təşkil edir. 

Şirkətin rəsmi təsisçisi 100 faiz payla Dövlət Yol Polisi İdarəsinin rəisi Ramiz Zeynalovun qardaşı oğlu Aqil Zeynalov, direktoru isə Baş Dövlət Yol Polisi İdarəsinin Yol-Patrul Xidməti Alayının keçmiş komandir müavini, polkovnik Xosrov Adil oğlu Nəcəfovdur. Xosrov Nəcəfov xalq artisti Mələkxanım Əyyubovanın həyat yoldaşıdır.
Vüqar Turan
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:162
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 10 Oktyabr 2025 09:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see208

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see193

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see189

Bazel III standartlarına uyğunlaşdırmaq

09 Yanvar 2026 11:34see189

“Biz oraya çatanda onlar qaçdılar” Tramp Rusiya tankerinin ələ keçirilməsindən danışdı

09 Yanvar 2026 11:53see188

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see188

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see184

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see177

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see166

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see153

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see150

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see149

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see143

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see138

Qəza, əzab, xəstəlik qaraçılar nasistlərə lənət yağdırıblar və bəziləri ona düçar olub

09 Yanvar 2026 09:20see137

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see136

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see134

Bir sıra TV və radioların yayımı dayandırılacaq RƏSMİ

09 Yanvar 2026 13:59see132

“Mən neftin qiymətini aşağı saldım, bu, hər kəs üçün əladır” Trampdan Venesuela etirafı

09 Yanvar 2026 09:21see131

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri