Icma.az
close
up
RU
GENERAL və SABİQ RƏİSLƏR HAKİM QARŞISINDA 2 milyon hara xərclənib?

GENERAL və SABİQ RƏİSLƏR HAKİM QARŞISINDA 2 milyon hara xərclənib?

Mia.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Müdafiə Nazirliyinin (MN) Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin Maliyyə Xidmətinin sabiq rəisi polkovnik Cəlal Kazımov, Quru Qoşunların Maliyyə İdarəsinin sabiq rəisi Bayram Bayramov və Hərbi Dəniz Qüvvələrinin Maliyyə Xidmətinin sabiq rəisi Vüsal Əlizadənin barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi davam edib.

Mia.az “Report”a istinadla xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində hakim İbrahim İbrahimlinin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Bayram Bayramov və Nizami Məmmədovun vəkili Rəşad Mirmehdizadə apellyasiya şikayəti üzrə çıxış ediblər. 

Təqsirləndirilən Bayram Bayramov ittihamla razılaşmadığını bildirib. O deyib ki, korpusun bütün maliyyə xidmət rəislərinin mənimsədiyi məbləğlər onun adına yazılıb:

"Bir neçə epizod üzrə mənim adıma artıq pullar yazılıb. Həmçinin bir hərbi hissədə mənim və hərbi hissənin maliyyə xidmət rəisinin iştirakı olmadan yoxlama aparılıb. 2022-ci ildə Rəfail Xələfov və digər təftişçilər yoxlamaya gəlmişdilər. Aşkarlanan məbləğin 60 faizi onlara verilib, lakin Rəfail Xələfov ifadəsində bunu boynuna almayıb. O, cəmi 950 min manat mənimsədiyini təsdiqləyir, onun 313 min manatını da guya, mənə verdiyini deyib". 

Müttəhim Nizami Məmmədovun vəkili Rəşad Mirmehdizadənin sözlərinə görə, birinci instansiya məhkəməsində ifadə verən maliyyə xidmət rəisləri və digər şahidlər Nizami Məmmədovun adını çəkməyiblər:

"Nizami Məmmədovun adına 18 milyon 600 min manat pul yazılıb. Bu pulun da 12 milyon manatdan çoxu istintaq orqanının depozit hesabına ödənilib. Lakin məhkəmə müvəkkilimin dəymiş ziyanın qismən ödədiyi qənaətinə gəlib. Bu məbləğ ümumi məbləğin 70 faizinə bərabərdir. Bunun qarşılığında müvəkkilimə 11 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzası verilib".

Vəkil deyib ki: "Bu mexanizm Nizami Məmmədovdan əvvəl də olub. Bunu o, özündən çıxartmayıb. İş üzrə dindirilən bütün şahidlər ifadələrində inspeksiya ilə bağlı pul verdiklərini deyiblər. Bu üsulla N.Poladova Nizami Məmmədovun adından pul verilib. Bu pul Nizami Məmmədovun adına yazılmış 18 milyon 600 min manatdan çıxılmalıdır".

Vəkil Rəşad Mirmehdizadə əlavə edib ki, müvəkkili Nizami Məmmədovun adına başqa bir epizod üzrə 2 milyon 300 min manat pul yazılıb. O, bu pulun Müdafiə Nazirliyində keçirilən tədbirlərə xərcləndiyini deyib. 

Müdafiəçinin sözlərinə görə, ibtidai istintaqın ilk dövrlərində mənimsənilən məbləğlər 80 milyon manat göstərilsə də, bununla bağlı hər hansı bir sənəd mövcud olmayıb:

"Sonra məbləğ daha da acınacaqlı şəkildə qaldırılaraq 143 milyon manat müəyyən olundu. Qeyd edim ki, indiyə kimi bu iş üzrə dövlətə 40 milyon manata yaxın ödəniş olunub. Bu vəsait az məbləğ deyil. Həmçinin bizim birinci instansiya məhkəməsində toxunduğumuz məsələlərdən biri də Rəfail Xələfovun bu işin ortasında olmağıdır. Müdafiə Nazirliyinin Maliyyə Büdcə İdarəsinin müxtəlif şöbələri olub. Rəfail Xələfov da nəzarət-təftiş şöbəsinin rəisi kimi bölgünü özü müəyyən edib". 

Vəkil Rəşad Mirmehdizadə vurğulayıb ki, ittiham aktında qeyd olunan müvəkkilinin mənimsədiyi məbləğdən 4 milyon manata yaxın məbləğ çıxılmalıdır: "Cinayət işi üzrə şahid qismində ifadə verən S.Abbasov və N.Cabbarov istintaq dövründə ərizə ilə müraciət edib. S.Abbasov 2 milyondan çox, N.Cabbarov isə 300.000 manat pul mənimsədiyini və bunu hissə-hissə qaytarılmasına şərait yaradılmasını istəyiblər. Bunun üçün də həmin məbləğdən 4 milyon manat çıxılmalıdır”.

Məhkəmə prosesi mayın 5-də davam edəcək. 

Qeyd edək ki, Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin (HHQ) Maliyyə Xidmətinin sabiq rəisi polkovnik Cəlal Kazımov, Quru Qoşunların maliyyə idarəsinin rəisi Bayram Bayramov, Hərbi Hava Qüvvələrinin maliyyə xidmətinin sabiq rəisi Vüsal Əlizadə, Müdafiə Nazirliyinin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi polkovnik Mahir Şirvanov, həmçinin nazirliyin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi Məlikməmməd Qurbanov, nazirliyin mənzil istismar idarəsinin sabiq rəisi polkovnik Fikrət Mirzəyev Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həbs ediliblər.
Təqsirləndirilən şəxslərin hər birinə Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə törətmək) maddəsi ilə ittiham irəli sürülüb.

Cinayət işi üzrə ümumilikdə dövlətə dəymiş ziyan 143 milyon manat hesablanıb.Cinayət işləri ayrı-ayrı icraatlarda baxılması üçün məhkəməyə göndərilib.

Cinayət işi üzrə Maliyyə Nazirliyi zərərçəkmiş qismində tanınıb.

Bakı Hərbi Məhkəməsinin hökmünə əsasən, Nizami Məmmədov və Bayram Bayramov hər biri 11 il 6 ay, Cəlal Kazımov 11 il, Vüsal Əlizadə isə 10 il 6 ay müddətində azadlıqdan məhrum edilib. Eyni zamanda, təqsirləndirilən şəxslərin üzərinə həbs qoyulmuş əmlaklarının müsadirə edilməsi barədə qərar qəbul olunub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:72
embedMənbə:https://mia.az
archiveBu xəbər 08 Aprel 2025 16:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ermənistan məhkəməsi Paşinyana alma atan təqaüdçüyə bəraət verib

12 Aprel 2025 05:06see189

Bağırsaq sağlamlığı niyə vacibdir

12 Aprel 2025 04:39see178

Süni intellekt qadınlar arasında işsizliyi artıracaq

12 Aprel 2025 13:12see135

AMEA da “Elmlə ədəbiyyatın dialoqu”

12 Aprel 2025 13:03see134

Ən sadiq kişilər bu bürclərdəndir

12 Aprel 2025 13:05see131

ABŞ da Trampı öldürməklə hədələyən şəxs həbs edilib

12 Aprel 2025 04:09see130

İran ABŞ danışıqlarının mövzusu

12 Aprel 2025 13:02see124

Uşaqlar arasında kütləvi virus yayılıb?

12 Aprel 2025 12:29see124

ABŞ də təyyarə yola çırpıldı

12 Aprel 2025 05:29see122

Somalilend ABŞ dan tanınma qarşılığında liman və hava bazası təklif edir

13 Aprel 2025 12:26see121

Azərbaycanlı rəssam ABŞ də yenidən birinci oldu

13 Aprel 2025 16:02see115

Fransa 2026 cı il büdcə kəsirindən 40 milyard avro qənaət edəcək

13 Aprel 2025 17:12see114

Futbol məşqi zamanı məktəbliləri ildırım vurdu

12 Aprel 2025 10:57see114

Vətəndaş həkimə, yoxsa bahalı xidmətə gedir? Özəl klinikalarda qəbul qiymətləri

12 Aprel 2025 22:23see114

Van Damm istintaq altında: Kannda 10 il əvvəl baş verən insan alveri haqqında YENİ FAKTLAR

13 Aprel 2025 06:33see113

Premyer Liqa: Araz Naxçıvan Kəpəz lə heç heçəyə razılaşdı

13 Aprel 2025 19:17see113

Amerika Kino Akademiyası tryukların dizaynında nailiyyətlərə görə yeni mükafat təsis edib

12 Aprel 2025 05:30see112

Şerman: “Əraqçi çox sərt və ağıllı bir şəxsdir” KONKRET

12 Aprel 2025 10:31see111

“Yeganə məxluqam ki, özümdən başqa heç kimə...”

13 Aprel 2025 00:29see111

Bu il əhali geyimə 2,2 milyard manat xərcləyib

12 Aprel 2025 20:46see111
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri