Icma.az
close
up
RU
Generalı yataq otağında vurulan dövlətin əyalət jurnalistinin zəhər qəhrəmanlığı

Generalı yataq otağında vurulan dövlətin əyalət jurnalistinin zəhər qəhrəmanlığı

Icma.az, Oxu.az portalına istinadən məlumatı açıqlayır.

İranın məlum dövlət orqanlarının nəzarətində olan "Səhər TV" telekanalının aparıcısı Qəhrəman Nurani öz aləmində "qəhrəmanlıq" edərək Azərbaycanın iki media orqanı - Baku TV və Lent.az-ın ünvanına təhdid dolu çıxış edib. İranın əyalət mollalarının yolu ilə getmək qərarına gələn bu əyalət jurnalisti deyib ki, ölkəsindəki "böyük ayətullahların ölüm fətvaları" adıçəkilən media orqanlarımıza münasibətdə də keçərlidir. İranın Nurani soyadlı bu nursuz jurnalistinin qənaətinə görə, sən demə, bu "fətva"ları çıxaran ayətullahlar - Nuri Həmədani və Məkarim Şirazinin Azərbaycanda çoxlu tərəfdarları var ki, bizim media orqanlarımız da onların hədəfindədir.

Generalı yataq otağında vurulan dövlətin əyalət jurnalistinin zəhər "qəhrəmanlığı"

Biz İranın elektron və çap media quruluşlarının simalarından xurafat saçan nümayəndələri, bəzi ermənisifət deputatları, 100 metr aralıdan orta əsrin kifləniş qoxusu gələn mollalarının primitiv, dayaz hədə-qorxularına nəiki alışqanıq, artıq həm də bezmişik. Yorulmuşuq. Çünki düşük, duzsuz, səviyyəsiz söhbətlər adamı bu kimi təhdidlərdən daha tez və çox yorur. Ona görə də Qəhrəman Nurani kimi qorxaqların, "fətva" arxasında gizlənənlərin hədyanı və psevdohədələri, sadəcə, vaxtımızı alır. Şübhə yoxdur ki, adıçəkilən media orqanlarındakı həmkarlarımız da Nuraninin sayaqlamalarını oxuyub, bir xeyli gülüblər. Ancaq...

İranın İsraillə 12 günlük biabırçı müharibəsinin nəticə və fəsadları qalıb bir tərəfdə, Nurani kimi jurnalistlər və Mehdi Sobhanitək "diplomatlar" ortaya düşüb, Azərbaycanın ünvanına öz təfəkkür və dünyagörüşləri səviyyəsində hədələr söyləyirlər. Ölkələrinin bütün hərbi-sənaye kompleksi darmadağın edilib, hava hücumundan müdafiə potensialı münaqişənin ilk bir neçə saatında aşsüzənə dönüb, illərdir milyardlarla pul yatırdıqları nüvə obyektləri dəlmə-deşik olub, 10 günə onillər ərzində boya-başa çatdırdıqları 30 general öldürülüb, bütün kəşfiyyat orqanları başsız qalıb, yüksəkrütbəli hərbçiləri yataq otaqlarında, nüvə sahəsində çalışan fizikləri isə qayınatalarının evində İsrail raketlərinə "yem olub", ali dini rəhbərləri müharibə günlərində harada gizlənibsə, hələ də çölə çıxa bilmir, - bunlar da durub-durub Azərbaycanın media quruluşlarına "fətva" ilə hədə-qorxu gəlirlər.

Bəlkə, öz gününüzə-güzəranınıza ağlayasan, ay "qəhrəman"? İsrail zərbələrindən yanan dövlət televiziyanızın binasının tüstüsü çəkilməyib, həlak olmuş iki jurnalist həmkarınızın dəfnindən bir həftə keçməyib. Başqa ölkənin jurnalistlərini hədələməkdən utanmırsan, ey "igid"?!

İranda Məsud Pezeşkianın prezident seçilməsindən sonra Qəhrəman Nurani kimi jurnalistlərə, digər "nurlu" individ - Nuri Həmədanitək ayətullahlara görə gərginləşən münasibətlərimizin normal qonşuluq müstəvisinə qayıtması üçün işıq ucu göründüyü bir vaxtda, Tehranda, İsfahanda, Məşhəddə oturub "Azərbaycan səmasından gələn dronları tutan" bu şəxslər kimlərə xidmət edirlər? İranın siyasi lideri Xankəndidə keçiriləcək İslam Əməkdaşlıq Təşkilatı üzvlərinin liderlərinin Zirvə toplantısına gəlmək qərarını verməklə özünün xoş niyyəti və mehriban qonşuluq iradəsini ortaya qoyur. İran prezidenti 30 il ərzində erməni tapdağı altında qalmış, məscid və müsəlman məzarlıqları viran edilib, təhqir olunmuş Qarabağa gəlməklə dostluq mesajlarını verir, siz isə ölüm "fətvası"?

12 günlük müharibə ərzində İranın illərdir təriflənən raketləri İsrailin bir hərbi obyektini sıradan çıxara bilməyib. Buraxılan mindən çox PUA-nın 99 faizi, raketlərinin isə 86 faizi zərərsizləşdirilib. Yerə düşənlər də ya yaşayış evlərinə, ya da xəstəxana kimi mülki obyektlərə tuş gəlib. Yüzlərlə raketdən cəmi 28 nəfər həlak olub, onların da hamısı mülki vətəndaş. İndi İsrailə raket atanlar bizi "fətva" yaylım atəşi ilə qorxudurlar. Bilmirlər ki, İsrail raketlərin 86 faizini tutmuşdusa, biz "fətva"ların 100 faizini zərərsizləşdirmək iqtidarındayıq. Çünki Azərbaycan dünyəvi, azad və demokratik ölkədir. İsraillə münaqişənin bitməsinin ertəsi günü yazıq və bisavad camaatı küçələrə töküb "qələbə bayramı" edən dövlətin nursuz jurnalisti, həqiqətən, düşünürmü ki, biz də onlar ağılda və təfəkkürdəyik və "fətva"larla oturub-dururuq?

İndi "fətva" vermək vaxtı deyil, ağıl duası yazdır, Qəhrəman!

Rüstəm Qaraxanlı

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:68
embedMənbə:https://oxu.az
archiveBu xəbər 01 İyul 2025 17:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see361

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see242

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see236

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see195

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see183

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see178

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see176

Türkiyədə tanınmış reper həbs edildi

30 Dekabr 2025 03:04see169

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see165

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see158

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see154

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see151

Yamal 20+20 qolla yüksək liqa oyunçularının elit siyahısına qoşulub

30 Dekabr 2025 03:09see146

AİJA qalibləri açıqladı: Qaynarinfo İlin saytı seçildi

29 Dekabr 2025 18:25see144

2026 cı ildə Bakıda hansı infrastruktur layihələri REALLAŞDIRILACAQ?

30 Dekabr 2025 14:16see144

Yeni ilin məşhur salatı ilə bağlı dietoloqdan xəbərdarlıq

29 Dekabr 2025 11:41see142

ABŞ ın Mərkəzi Kəşfiyyat İdarəsi Venesuela limanına zərbə endirib

30 Dekabr 2025 09:43see141

Ötən həftə 175 yanğın olub, 7 nəfərin meyiti tapılıb

29 Dekabr 2025 10:05see139

Tramp: “F 35”lərin Türkiyəyə satışı ilə bağlı ciddi müzakirələr aparılır

30 Dekabr 2025 05:45see136

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri