Icma.az
close
up
RU
Geniş gündəlik üzrə mühüm müzakirələr

Geniş gündəlik üzrə mühüm müzakirələr

Yeniazerbaycan saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili Azərbaycana səfərə gəlib

Dünəndən Gürcüstanın xarici işlər naziri Maka Boçorişvilinin ölkəmizə səfəri başlayıb. İki gün davam edəcək səfər çərçivəsində bir sıra görüşlərin keçirilməsi nəzərdə tutulur. Bu görüşlərdə Azərbaycan ilə Gürcüstan arasında strateji tərəfdaşlığın inkişaf perspektivləri, dünyada və regionda cərəyan edən proseslər diqqət mərkəzində olacaq. Gürcü nazir, həmçinin Azərbaycan ilə Gürcüstan arasında Hökumətlərarası İqtisadi Əməkdaşlıq Komissiyasının növbəti 10-cu iclasında iştirak edəcək.

Səfərin ilk günündə

Azərbaycan və Gürcüstan tarixi bağlara və qarşılıqlı maraqlara  əsaslanan münasibətlərini strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiblər. İki ölkə arasında siyasi dialoq yüksək dinamizmi ilə fərqlənir. Oxşar talelər yaşayan dost ölkələr beynəlxalq təşkilatlar çərçivəsində sıx əməkdaşlıq edirlər və adətən bir-birinin mövqeyini dəstəkləyirlər. Yüksəksəviyyəli rəsmilərin səfərləri də intensiv hal alıb. Bu baxımdan Gürcüstanın xarici işər nazirinin ölkəmizə səfərə gəlməsi də mühüm əhəmiyyət daşıyır. Səfərin ilk günündə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili ilə təkbətək və geniş tərkibdə görüşü olub. Bu barədə Azərbaycan XİN-in “X” hesabında məlumat paylaşılıb.

Görüşdə geniş gündəlik üzrə müzakirələr aparılıb. Verilən məlumata əsasən, Azərbaycan-Gürcüstan strateji tərəfdaşlığının siyasi, təhlükəsizlik, iqtisadi, enerji, nəqliyyat-kommunikasiya, humanitar ölçüləri, həmçinin qarşılıqlı maraq doğuran regional və beynəlxalq təhlükəsizlik məsələlər müzakirə edilib.

Ceyhun Bayramov gürcüstanlı həmkarını münaqişədən sonra regional yenidənqurma, minalardan təmizləmə və sülh səyləri, eləcə də davamlı sülh prosesinə qarşı mövcud problemlər barədə məlumatlandırıb.

İki qonşu və dost ölkənin ümumi maraqları

Maka Boçorişvilinin respublikamıza səfəri Cənubi Qafqazda həssas məqamların yaşandığı dövrə təsadüf edir. Məlumdur ki, bir sıra güc mərkəzləri hazırda açıq müstəviyə keçən Qlobal Şərq-Qlobal Qərb qarşıdurmasında öz maraqlarını həm də Cənubi Qafqaz üzərindən reallaşdırmağa çalışırlar. Bu kontekstdə Fransanın, Bayden administrasiyasının canfəşanlığını xüsusi qeyd edə bilərik. Kollektiv Qərb regionda Rusiyanın maraqlarına zərbə vurmaq və öz mövcudluğunu genişlənirmək istəyir. Bu məkrli planda fürsətcil dövlət olan Ermənistan yer alır. Məhz rəsmi İrəvanın razılığı əsasında bu ölkədə Avropa İttifaqının sözdə mülki adandırılan, əslində isə hərbiləşdirilmiş missiyası yerləşdirilib. “Binokl diplomatiyası” ilə məşhurlaşan həmin missiyanın fəaliyyət sferasına həmçinin qonşu dövlətlər barədə kəşfiyyat məlumatlarının toplanması daxildir. Hazırda Azərbaycanın və digər region ölkələrinin razılığı olmadan sözügedən missiyanın Ermənistanda qalma müddətinin uzadılması barədə müzakirələr aparılır və rəsmi İrəvanın buna icazə verəcəyi şübhəsizdir. Son olaraq Ermənistan bu günlərdə Bayden administrasiyası ilə strateji tərəfdaşlıq haqqında sənəd imzalayıb. Həmin sənəddə regional təhlükəsizliyə təhdidlər yaradan bir sıra müddəalar yer alıb.

Azərbaycan və Gürcüstan isə milli maraqlardan, suverenlik prinsiplərindən çıxış etməklə kollektiv Qərbin regiona nüfuz etmək siyasətinə qarşı çıxış edirlər. Azərbaycan ən yüksək səviyyədə dəfələrlə bəyan edib ki, güc mərkəzlərinin qonşu dövlətlərə qarşı planlarında iştirak etməyəcək, ölkə ərazisindən plasdarm kimi istifadə olunmasına imkan verməyəcək. Oxşar mövqeni həmçinin dost Gürcüstan da bölüşür. Bu ölkə də regional əməkdaşlıq və sabitlik mövqeyindən çıxış edir. Rəsmi Tbilisinin ötən il milli maraqları əsas götürməklə iki mühüm qanun qəbul etməsinin nəticəsi olaraq bu ölkə də kollektiv Qərbin “qara siyahısı”na düşüb.

Beləliklə, aydın olur ki, indiki həssas dönəmdə iki dost ölkənin regional və qlobal məsələlərlə bağlı müzakirələr aparmalarına ciddi ehtiyac var. Hər iki nazir görüşlərdə və mətbuata verdikləri bəyanatlarda önəmli fikirlər səsləndiriblər.  “Ermənistandakı revanşist meyillər Azərbaycan üçün narahatlıq mənbəyidir”. Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov yanvarın 16-da gürcüstanlı həmkarı Maka Boçorişvili ilə Bakıda keçirilən birgə mətbuat konfransında deyib. “Cənubi Qafqazdakı təhlükəsizlik mühiti, Ermənistan-Azərbaycan postmünaqişə məsələsi də görüşün müzakirə mövzusu olub. Azərbaycan-Gürcüstan münasibətlərini səciyyələndirən amillərdən biri də bir-birimizin ərazi bütövlüyünü dəstəkləməyimizdir. Ermənistanın Azərbaycana münasibətində isə biz bunu deyə bilmərik”, - deyə XİN başçısı vurğulayıb.

C.Bayramov əlavə edib ki, Azərbaycan hərbi güclə beynəlxalq hüququn tələblərini icra etmək məcburiyyətində qalıb: “Bütün bunlara baxmayaraq, Azərbaycan Ermənistana sülh müqaviləsi üzərində işləməyi təklif edib. Son 4 ildə sülh sazişi üzrə çox böyük irəliləyiş əldə olunub, delimitasiya üzrə ilkin müsbət nəticələr əldə olunub. Ancaq hələ də Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları qalır”.

Öz növbəsində M.Boçorişvili bildirib ki, azərbaycanlı həmkarı ilə görüşdə iki ölkə arasında bütün istiqamətlər üzrə münasibətlərin intensivləşdirilməsi məsələləri, həmçinin Cənubi Qafqazdakı vəziyyət müzakirə olunub.

Geniş əhatə dairəsinə malik iqtisadi əməkdaşlıq

Azərbaycanla Gürcüstan arasında iqtisadi əməkdaşlıq geniş əhatə dairəsinə malikdir. İki dost ölkə iqtisadi, ticari, enerji, nəqliyyat və logistika sahələrində sıx əməkdaşlıq edirlər və Avrasiya üçün mühüm önəm daşıyan birgə layihələr reallaşdırırlar. Azərbaycanla Gürcüstan arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə birgə Hökumətlərarası Komissiya 2004-cü ildən etibarən fəaliyyət göstərir. Komissiyanın mütəmadi olaraq iclasları keçirilir. Bu dəfə komissiya Bakıda 10-cu yubiley iclasına toplaşacaq. Azərbaycanda 815 Gürcüstan investisiyalı kommersiya qurumu qeydiyyatdadır, onlardan 533-nün fəaliyyəti aktivdir. Ümumilikdə, Gürcüstandan Azərbaycana 279 milyon, Azərbaycandan Gürcüstana isə 3,6 milyard ABŞ dolları məbləğində investisiya qoyulub. İki ölkə arasında ticarət dövriyyəsi 2024-cü ildə 1 milyard dollara çatıb. Azərbaycan Gürcüstanın ən böyük ticarət tərəfdaşlarından biridir və ilk beşlikdə yer alır.

Gələcək əməkdaşlıq perspektivləri də kifayət qədər genişdir. Maka Boçorişvili mətbuat konfransında bildirib ki, Gürcüstan üçün Azərbaycanla strateji tərəfdaşlıq çox vacibdir. “Ölkələrimiz arasında möhkəm strateji tərəfdaşlığın arxasında dərin tarix dayanır. Biz sizinlə tərəfdaşlığı yüksək qiymətləndiririk”, - deyə o bildirib.  Gürcü nazirin sözlərinə görə, XİN başçısı qismində ilk səfərini məhz Azərbaycana etməsi strateji tərəfdaşlığın sübutudur.

Mətbuat konfransında birgə reallaşdırılan uğurlu layihələrdən bəhs edən Ceyhun Bayramov bildirib ki, Azərbaycan, Gürcüstan, Macarıstan, Rumıniyanın birgə həyata keçirdiyi “yaşıl enerji” dəhlizi layihəsinə qoşulmaq istəyən yeni ölkələr var. XİN başçısı vurğulayıb ki, daha geniş coğrafiyanın geoiqtisadi və enerji coğrafiyasının dəyişməsində Azərbaycan və Gürcüstan böyük rol oynayıb: “Bakı-Tbilisi-Qarsın yükdaşıma qabiliyyətinin 1 milyondan 5 milyon tona artırılması onun rəqabət qabiliyyətinin artırılmasında böyük əhəmiyyət daşıyır. Həmçinin hazırda icra səviyyəsində olan bir sıra layihələr də var. Onlar sırasında 2022-ci ildə icrasına başlanan və potensial qlobal layihə olan yeni yaşıl enerji dəhlizinin formalaşması böyük rol oynayır. Onun ilkin icraçıları sırasında Azərbaycan, Gürcüstan, Macarıstan, Rumıniya yer alır”.

Ceyhun Bayramov vurğulayıb ki, Gürcüstan şirkətləri işğaldan azad edilən ərazilərdəki investisiya imkanlarından da faydalana bilərlər. XİN başçısı vurğulayıb ki, görüş zamanı həmin ərazilərin potensialı barədə gürcüstanlı həmkarına ətraflı məlumat verilib.

MÜBARİZ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:221
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 17 Yanvar 2025 10:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see427

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see334

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see328

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see286

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see244

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see238

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see232

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see213

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see211

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see203

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see199

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see198

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see197

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see196

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see191

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see188

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see188

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see181

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see180

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri