Icma.az
close
up
RU
Genişlənən coğrafiya, artan rəqabət

Genişlənən coğrafiya, artan rəqabət

futbolpress-az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Azərbaycan II Liqasında mövsümün bitməsinə bir tur qalıb. Çempionun və autsayderin məlum olacağı turun oyunları mayın 20-də keçiriləcək.

Çempionluğa əsas namizəd “Şahdağ Qusar”dır. 71 xalla lider olan bölgə təmsilçisi ən yaxın izləyicisi “Şəfa”nı 3 xal qabaqlayır. “Şahdağ Qusar”a bir xal da kifayət edir. “Şəfa” isə şansının qalması üçün mütləq qələbə qazanmalı və liderin məğlubiyyətini gözləməlidir.

II Liqada əsas gərginlik aşağı sıralardadır. 12, 13 və 14-cü pillələrdə yer alan komandalar arasında minimal fərqlər var. İndiki məqamda düşməyə əsas namizəd “Füzuli”dir. Komanda 15 xalla 14 komanda arasında sonuncudur. 13-cü sırada qərarlaşan “Lerik”in 16 xalı var. 12-ci pilləni tutan “Ağdaş” isə 17 xalı var. Buna baxmayaraq, bölgə klubunun liqanı tərk etməsi mümkün deyil. Belə ki, sonuncu turda “Lerik” ilə “Füzuli” üz-üzə gələcək və xallar bərabərləşsə belə “Füzuli” sonuncu olacaq.

II Liqanın təşkili, çempionatda rəqabətin yaxşı olması Azərbaycan futbolu adına müsbət məqamlardandır. Lakin maliyyə sıxıntısı çəkən klublar, oynamağa normal meydança tapmayanlar uzunömürlü olmaqda çətinlik çəkir. “Füzuli”nin liqanı tərk edəcəyi halda, dağılma ehtimalı var. Klubun Region Liqasında oynamağa niyyəti yoxdur.

Çempionatdakı rəqabət haqda Azərbaycan yığmasının sabiq üzvü, hazırda “Şahdağ Qusar”da çıxış edən Rahid Əmirquliyev bunları dedi:

“Mövsümün əvvəlindən ancaq birinci sırada olmuşuq. Çətin matçlarımız olub, rəqabət güclüdür. Çempionatda məğlub olmasaq da, çempionluq son turda həll olunacaq. Bu onu göstərir ki, rəqabət yaxşı olub”.

Digər sual yaradan məqam isə “Lerik”in durumudur. “Xəzər Lənkəran”dan sonra II Liqada cənubu təmsil edən yeganə kollektiv olan “Lerik”in düşməsi futbolsevərlər üçün məyusedici ola bilər. Klubun rəhbəri Famil Məmmədov pozitiv düşünür. Ona liqanı tərk edəcəklərini düşünmədiyini söylədi:

“Ümid edirəm ki, liqadan düşmə məsələsi olmayacaq. Bunun baş verməyəcəyini düşünürəm. Bununla belə, sonuncu olsaq, klub fəaliyyətinə davam edəcək. Lakin indi yeganə düşündüyümüz liqada qalmaqdır”.

Klub rəsmisi mövsümü belə dəyərləndirdi:

“Komandada atmosfer yaxşıdır. Bəzi oyunlarda itkilərimiz oldu, bəzilərində qələbəni son anlarda əldən verdik. Bir neçə görüşdə layiq olduğumuz qələbəni qazana bilmədik. Son bir oyun qalıb. Çalışacağıq ki, qələbə qazanaq. Ən pis halda, Region Liqasının 2-cisi ilə pley-off oynayacağıq. Bütün diqqətimiz növbəti mövsümdə də II Liqada olmaqdır. Bunu bacaracağımıza da inanırıq”.

“Lerik” maliyyə sıxıntıları ilə daha çox üzləşən klubdur. Oyunlarını Lerik şəhər stadionunun yararsız vəziyyətdə olmasına görə Lənkəranda keçirən klub çətin günlərdən keçsə də, mübarizəsini davam etdirməkdədir.

Autsayderlərdən söz açdıq. İndi isə yuxarı sıralarda yer alan bölgə klublarına nəzər salaq. İlk iki sıra bəllidir – “Şahdağ Qusar” və “Şəfa”. “Üçlüy”ü isə Siyəzəni təmsil edən “Şimal” tutur. Bu komandada yeni mövsümdə I Liqada qüvvəsini sınayacaq. 4-cü pillədə yer alan, Qubanı təmsil edən “Hypers Guba”, Şəmkirin eyni adlı komandası müvafiq olaraq 4 və 5-ci sıradadır. Bu komandalar arasında da bir xallıq fərq var və son turda mövqelər aydınlaşacaq.

Futbolun coğrafiyasının genişlənməsi inkişafa təsir edəcək amillərdəndir. Bölgələrdə futbola maraq liqa oyunlarından daha aydın sezilir.

Şahin Cəfərov

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.

Sahə: Uşaq və gənclərin fiziki və mənəvi inkişafında idmanın rolu.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:129
embedMənbə:https://futbolpress.az
archiveBu xəbər 19 May 2025 01:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hicab məsələsi Bakıya qarşı siyasi alətə çevirilir So­sial şə­bə­kə­də ya­zı­lan­lar

09 Oktyabr 2026 07:02see396

Suverenlik təntənəsindən modern quruculuğa

09 Oktyabr 2026 01:11see363

Ertem Şener Qarabağ dan Sabah a transfer olundu

09 Oktyabr 2026 00:10see359

“Sabah” Çempionlar Liqasında ev oyunlarını keçirəcəyi stadionda ilk məşqinə çıxdı FOTO

09 Oktyabr 2026 00:11see325

Daha bir ölkə Ukraynadan yeni qaçqın axınına HAZIRLAŞIR

09 Oktyabr 2026 00:49see321

Yeni pulların “qəhrəmanları” onlar oldu Fotolar

09 Oktyabr 2026 06:38see313

Oktyabr ayı kimə pul və uğur gətirəcək? Beş şanslı BÜRC

09 Oktyabr 2026 00:14see245

Gürcüstanda xristianlığın 1700 illiyi mövzusunda konfrans

09 Oktyabr 2026 01:31see236

Ünvanları qovuşduran rabitə körpüsü

09 Oktyabr 2026 01:24see222

Bu dəhşətli hadisə... XİN daha çox beynəlxalq diqqət aırmağa çağırdı

08 Oktyabr 2026 21:35see220

İş adamının göydələnin damındakı “Ağ Ev”i diqqət çəkdi

09 Oktyabr 2026 04:12see212

Rummeniggedən Keyn və Olise ilə bağlı açıqlama

09 Oktyabr 2026 00:30see211

Azər Məmmədov: “Qazandığımız hər xal 6 xal dəyərindədir”

09 Oktyabr 2026 19:17see208

MLS rəhbəri Harri Keyni Messinin yolu ilə getməyə çağırdı

09 Oktyabr 2026 01:24see206

“Əzizim, bunu bu gün həll et” ABŞ səfirinin 100 minlik borc qalmaqalı Fotolar

09 Oktyabr 2026 03:42see204

Britaniyada hərbi bazaya qanunsuz daxil olanlar ələ keçirildilər

09 Oktyabr 2026 01:17see194

BMT yanında Daimi Nümayəndəlik: Mina təhlükəsi məcburi köçkünlərin geri qayıdışına mane olmaqda davam edir

09 Oktyabr 2026 03:28see193

“Şeytana daş atanlar” mənəvi saflığa çağırır

09 Oktyabr 2026 01:31see189

Soyuqdəymənin dərmansız müalicəsi üçün təbii üsullar

09 Oktyabr 2026 12:11see187

AZAL ın Moskva reysləri təxirə salındı

09 Oktyabr 2026 20:17see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri