“Georgi lenti” türk ordusuna qarşı təsis edilib Foto
Axar.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
“Georgi lenti” 1769-cu ildə imperatriça II Yekaterina tərəfindən təsis olunub və Rusiya üçün savaşan rus əsgərlərinə verilən mükafatlar onun üzərinə vurularaq təqdim olunurdu.
Axar.az xəbər verir ki, bu barədə siyasətçi Natiq Cəfərli xatırlatma edib.
O bildirib ki, bu “lent”in təsis olunmasına səbəb isə Rusiya-Türkiyə (Osmanlı) müharibəsi idi:
“İlk o müharibədə vuruşan ruslara təqdim edilib. Yəni bu parçanı taxanlar faktiki olaraq Türkiyəyə qarşı vuruşanların xatirəsini də yad etmiş olurlar”.
Siyasətçi İmişlidə baş verən hadisəni bu baxımdan “bisavadlıq və köksüzlük” adlandırıb.
Qeyd edək ki, İmişli Rayon Ağsaqqallar Şurasının sədri Saleh Səmədov mayın 9-da İmişlinin Sarıxanlı kəndində faşizm üzərində Qələbə Günü münasibətilə təşkil olunan tədbirdə SSRİ bayrağı altında, sinəsində rus imperiyasının rəmzi olan “Georgi lenti” ilə çıxış edib və bunu adi hal adlandırıb. O, buna görə vəzifəsindən azad edilib. O tədbirdə iştirak edən İmişli Ağsaqqallar Şurasının üzvləri də (o cümlədən Saleh Səmədovun yerinə müvəqqəti təyin edilən Vahid Tağıyev) yaxalarına “Georgi lenti” taxıblar.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:165
Bu xəbər 14 May 2025 23:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















