Icma.az
close
up
RU
Gərginlik artır: Cənubi Qafqaz qapılarını bağlayır ABŞ və Aİ seytnotda

Gərginlik artır: Cənubi Qafqaz qapılarını bağlayır ABŞ və Aİ seytnotda

Icma.az bildirir, GlobalInfo saytına əsaslanaraq.

Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin 2028-ci ilin sonuna qədər Avropa İttifaqına üzvlük məsələsini dondurması fikri ilə başlayan etiraz aksiyaları hələ də davam edir.

Paraleldə Ermənistanın Rusiya ilə siyasi və iqtisadi münasibətləri yaxşılaşdırması, iqtisadi dövriyyəni 4-5 dəfə artırması da göz ardı edilmir. Hətta iddia olunur ki, Paşinyan hökuməti Rusiyanı Qərbin sanksiyalarından yayındırmaq üçün gizli şəkildə Moskvaya dəstək verir.

Hazırda Azərbaycanın da Aİ və ABŞ-la münasibətlərdə gərginlik yaşadığı məlumdur. Bütün bunların Cənubi Qafqaz ölkələrinin qapılarını ABŞ və Aİ-nin üzünə bağlayacağına dair iddialar da səsləndirilməkdədir.

Bu, realdırmı?

Globalinfo.az-a danışan politoloq Sultan Zahidov deyib ki, Cənubi Qafqaz qapılarını tam formada ABŞ və Aİ-nin üzünə bağlamayıb:

“Çünki Avropa İttifaqı ilə ticari, iqtisadi əlaqələr Qafqaz üçün vacibdir. Aİ Azərbaycanın xarici siyasətində birinci yerdədir. Ölkəmizin bir çox Avropa ölkələri, İtaliya, Rumıniya, Bolqarıstan və Macarıstanla yüksək strateji münasibətləri var. Azərbaycan Aİ-nin bir neçə ölkəsinə qaz ixrac edir. Münasibətlər hər iki tərəf üçün xüsusi əhəmiyyətə malikdir.
Siyasi məcrada münasibətlərdə müəyyən gərginliklər mövcuddur. Bu da Avropa İttifaqının və bəzi ölkələrin rəsmi Bakıya qarşı qərəzli, ermənipərəst mövqeyi ilə əlaqədardır”.

Politoloqun sözlərinə görə, Gürcüstan Aİ-yə daxil olmaq prosesini müvəqqəti dondurub:

Sultan Zahidov

“Son etirazların ardınca Aİ və ABŞ-ın sərt ritorikası Gürcüstanı belə bir addım atmağa məcbur edib. Bu, rəsmi Tbilisinin müəyyən qədər Qərbdən və Avropa İttifaqından uzaqlaşmasıdır.

Ermənistanda isə ticari, iqtisadi əlaqələr yüksələn xətlə inkişaf edir. Bu il Rusiya ilə 14 milyard dollara yaxın ticarət dövriyyəsi olacaq. Siyasi sahədə isə Qərblə münasibətlərə üstünlük verir.

Görünür, Qərb İrəvana yalnız müəyyən şərtlər daxilində dəstək göndərir. Bunlar Ermənistan Baş naziri Nikol Paşinyanın Qərbyönümlü siyasət yürütməsi, Qərbin platformalarında iştirak etmək, Rusiya ilə siyasi və hərbi bağlarını mümkün qədər tez bitirilməsidir. Bunun müəyyən qədər şahidi oluruq. Belə ki, Ermənistan KTMT-dəki fəaliyyətini dondurub. Rus hərbçiləri yavaş-yavaş ərazidən çıxarılır. Siyasi, hərbi sahədə münasibətlərdə problemlərin olması da bundan irəli gəlir.

Lakin ticari, iqtisadi cəhətdən Ermənistan Rusiyadan o qədər asılıdır ki, bunu qısa zamanda qırmaq mümkün deyil. Hətta bu gün İrəvanda Rusiyanın sanskiyalardan yayınmasına şərait yaradan qüvvələr var”.

Safura Bənnayeva
Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:151
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 09 Dekabr 2024 18:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Baş katib Azər Allahverənov Azərbaycan və Türkiyə QHT nümayəndələri ilə görüşüb

26 Yanvar 2026 12:05see306

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see274

ABŞ in vitse prezidenti Cənubi Qafqaza nəyə gəlir?

26 Yanvar 2026 13:27see232

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see229

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see211

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see206

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see191

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see182

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see167

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see165

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see161

“Nikosayağı” 3 il sonra ilk dəfə öz görüntüsünü PAYLAŞDI VİDEO

27 Yanvar 2026 00:39see156

Əhali kreditlərini sığortalamağa niyə maraq göstərmir?

26 Yanvar 2026 12:56see156

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see155

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see154

Cazibədar aparıcı görün kimin qızı imiş FOTO

26 Yanvar 2026 04:44see154

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see154

Mançester Siti vingerini bu kluba satır Razılıq əldə edildi

26 Yanvar 2026 17:48see148

Bakıda erməni dili kursu BÖYÜK MARAQ VAR

26 Yanvar 2026 09:40see148

Azərbaycan ABŞ münasibətlərində yeni mərhələnin siyasi anatomiyası ŞƏRH

27 Yanvar 2026 15:09see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri