Icma.az
close
up
RU
Menu

Fariz İsmayılzadə: İqtisadi artımın təməli məhz İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu kimi platformalarda qoyulur

5 yaşlı qız uşağı dişinin müalicəsindən sonra vəziyyəti pisləşərək ölüb

Ebru Gündeşin 10 milyonluq əməliyyatın nəticəsi Son halı (Foto)

Müctəba Xameneinin müalicə olunduğu xəstəxana bombalanıb Yeni təfərrüat

Rəqsanənin filtrsiz görüntüsü diqqət çəkdi (Foto)

Heç bir estetik və botoksum yoxdur (Video)

Britaniyada beş nəfər terrorçuluq ittihamı ilə həbs edilib

Bülent İnal 13 kilo arıqladı: sirrini açıqladı

Azərbaycana “xəyanət” deyənlər öz ticarət rəqəmlərinə niyə baxmır?

Azərbaycan Bakı Forumunda 10,8 milyard dollarlıq investisiya cəlb edib

Bakıya gəlmək istəyən erməni tankları VİDEO

Tramp Çin liderinə Amerika silahları almağı təklif etdi

Abşeron Milli Parkına şəhərsalma amilləri necə təsir edir? Memar açıqlayır

Çinlilərdən inqilabi neft emalı üsulu

Nigar Məmmədova: “Bərpaolunan enerjinin inkişafı Azərbaycanın investisiya imkanlarını artırır”

“Ana və uşaq sağlamlığı: multidissiplinar yanaşmalar, perspektivlər və aktual çağırışlar” mövzusunda Beynəlxalq Elmi Konfrans keçirilib

Azərbaycanın ərazi bütövlüyünü bərpası ilə regionda yeni imkanlar yarandı Valeri Çeçelaşvili

Panik atakla infarktı necə ayırd etmək olar?

Səhər yeməyində buna diqqət edin!

Gürcüstan Azərbaycan dostluğunu sarsıtmaq cəhdləri görünür Levan Mamaladze

Aİ Cənubi Qafqaz münasibətlərinin hədəfləri

Aİ Cənubi Qafqaz münasibətlərinin hədəfləri

Xalq qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Dəyişən prioritetlər və yeni mərhələyə keçid

Avropa İttifaqı ilə Cənubi Qafqaz ölkələrinin münasibətləri tarixi baxımdan daim dəyişkən olub. Bir tərəfdən, Brüssel regionu Şərq Tərəfdaşlığı çərçivəsində Avropa dəyərlərinin və iqtisadi əməkdaşlığın “yaxın qonşuluq zonasına” daxil etmək istəyib, digər tərəfdən Cənubi Qafqaz dövlətləri də öz milli maraqlarına uyğun olaraq Aİ-dən fərqli gözləntilər irəli sürüblər: Gürcüstan üçün əsas məsələ Avroatlantik inteqrasiya olub, Ermənistan daha çox təhlükəsizlik zəmanətlərinə ümid bəsləyib, Azərbaycan isə iqtisadi və enerji əməkdaşlığını prioritet seçib.

Hazırkı mərhələdə bu münasibətlərin tonunu dəyişdirən əsas faktor Azərbaycanın yeni siyasi kursudur. Bakı artıq yalnız enerji təchizatçısı rolunda görünmür, əksinə, regional sabitlik, diplomatik vasitəçilik və nəqliyyat-kommunikasiya layihələri sahəsində də təşəbbüskar mövqe sərgiləyir. Rəsmi Bakı Aİ üçün yeni bir reallıq yaradır: Azərbaycan Avropanın yalnız iqtisadi maraqlarını təmin edən tərəfdaş deyil, həm də Cənubi Qafqazda siyasi dinamikanı formalaşdıran aparıcı oyunçuya çevrilib.

Bəs Aİ üçün Cənubi Qafqaz hansı dərəcədə prioritetdir və Azərbaycan bu prioritetlərin reallaşmasında hansı imkanları açır? Brüsselin Cənubi Qafqaza baxışı birbaşa onun qlobal strateji gündəliyindən qaynaqlanır. Avropa üçün region ilk növbədə enerji təhlükəsizliyi, alternativ marşrutların yaradılması və Şərq Tərəfdaşlığının dayanıqlılığı baxımından önəmlidir. Rusiya–Ukrayna müharibəsi Avropanı enerji xəritəsini yenidən çəkməyə məcbur edib və məhz bu şəraitdə Azərbaycan özünü “vacib alternativ mənbə” kimi təsdiqləyib.

Lakin buradakı incə məqam budur ki, Azərbaycanın təşəbbüsləri, sadəcə enerji tədarükü ilə məhdudlaşmır. Bakı həm də “yaşıl enerji” layihələri, elektrik və rəqəmsal kabel xətləri, nəqliyyat dəhlizlərinin şaxələndirilməsi vasitəsilə Avropa ilə daha çoxsahəli əməkdaşlıq platforması qurur. Beləliklə, Azərbaycan yalnız Brüsselin maraqlarına uyğunlaşan tərəfdaş yox, həm də yeni əməkdaşlıq çərçivəsi formalaşdıran aktor qismində çıxış edir.

***

Uzun müddət Aİ–Azərbaycan münasibətlərinin mərkəzində enerji amili dayanıb. Bakı Avropaya qaz ixracı və enerji infrastrukturu ilə Avropanın “təhlükəsiz enerji təchizatçısı” imicini möhkəmləndirib. Lakin son illərin prosesləri göstərir ki, Azərbaycan bu rolu sadəcə iqtisadi üstünlüyün aləti kimi saxlamır, əksinə, onun üzərinə siyasi tərəfdaşlıq məzmunu da əlavə edir.

Dəyişikliyin başlanğıcı 2022-ci ilin iyulunda imzalanmış Aİ–Azərbaycan arasında strateji enerji tərəfdaşlığı bəyannaməsi ilə qoyuldu. İlk baxışda sənəd qaz həcmlərinin artırılması, infrastrukturun genişləndirilməsi kimi texniki məsələləri əhatə edirdi. Amma mahiyyətcə bəyannamə daha genişdir: burada yaşıl keçid, alternativ enerji, enerji səmərəliliyi və iqtisadi modernizasiya ilə bağlı müddəalar yer alıb. Bütün bunlar Bakının Avropanın “yaşıl transformasiya” gündəliyinə qoşulmaq istədiyini göstərir.

Buradan sual yarana bilər ki, Azərbaycanın siyasi tərəfdaşlıq statusu nə dərəcədə realdır və bu, Aİ üçün nə ifadə edir? Cavab bir neçə istiqamətdə axtarıla bilər. Birincisi, Qarabağ münaqişəsindən sonrakı dövrdə Bakı həm Ermənistanla sülh müqaviləsi ideyasını gündəmdə saxladı, həm də regionda yeni əməkdaşlıq platformaları – xüsusilə nəqliyyat dəhlizlərinin açılması istiqamətində təşəbbüslər irəli sürdü. Sülh Aİ üçün vacibdir, çünki Brüssel “dondurulmuş münaqişələrin” sabitlik risklərini yaxşı bilir. İkincisi, Azərbaycan Qərb və Rusiya, həmçinin Avropa və Türkiyə arasında körpü rolunu oynayır və bu amil Aİ üçün Bakını vacib dialoq tərəfdaşına çevirir. Üçüncüsu isə Avropa şirkətləri Azərbaycanda təkcə enerji sektoruna deyil, həm də rəqəmsal infrastruktur, kənd təsərrüfatı və nəqliyyat sahələrinə investisiya marağı göstərirlər. Bu da münasibətlərin siyasi- iqtisadi dərinləşməsinə zəmin yaradır. Beləliklə, Azərbaycan artıq “enerji tranzit ölkəsi” stereotipindən çıxaraq strateji siyasi tərəfdaş mövqeyini gücləndirir. Prosesin uğuru həm Brüsselin Cənubi Qafqaza baxışından, həm də Bakının təşəbbüskar siyasətini davam etdirməsindən asılı olacaq.

***

Aİ-nin Cənubi Qafqaz siyasəti bir qayda olaraq bütün regionu əhatə etsə də praktiki müstəvidə Azərbaycan faktorunun Ermənistan və Gürcüstan üçün yaratdığı təsirlər aydın görünür. Brüssel hər üç ölkə ilə əməkdaşlığı paralel aparmağa çalışsa da Bakı təşəbbüsləri faktiki olaraq regiondakı inteqrasiya xəritəsini dəyişdirir.

Əvvəlcə Gürcüstan məsələsinə baxaq. Azərbaycan–Gürcüstan tərəfdaşlığı uzun illərdir ki, Avropanın enerji və nəqliyyat təhlükəsizliyinin dayaqlarından birinə çevrilib. Bakı–Tbilisi–Ceyhan, Bakı–Tbilisi– Ərzurum neft-qaz kəmərləri və Bakı–Tbilisi– Qars dəmir yolu layihələri Gürcüstanı Avropa ilə birbaşa inteqrasiyanın “körpü ölkəsi” edib. Burada Azərbaycan Gürcüstanın iqtisadi dayanıqlığını gücləndirən əsas aktordur. Brüssel üçün bu, Tbilisinin Avroatlantik meyillərinə əlavə dəstəkdir. Çünki Avropa enerji və ticarət marşrutlarının təhlükəsizliyi Tbilisinin Qərbə daha sıx bağlanmasını stimullaşdırır.

Bəs Azərbaycanın təşəbbüsləri Ermənistan üçün hansı yeni reallıqları yaradır? Cavab burada daha mürəkkəbdir. Qarabağ münaqişəsindən sonra Bakı ortaya yeni seçim məntiqi qoyub. Ermənistan ya qapalı sərhədlərin və regional təcridin yaratdığı dalana davam etməli, ya da əməkdaşlıq müstəvisinə qoşularaq həm Azərbaycanla, həm də Avropa ilə daha geniş inteqrasiya imkanları qazanmalıdır. Aİ baxımından bu, mühüm bir imkandır: Brüssel Ermənistanı siyasi və iqtisadi modernizasiyaya təşviq edə bilər, amma bunun reallaşması üçün İrəvanın normal qonşuluq siyasətinə keçidi qaçılmaz görünür.

Burada analitik məqam ondan ibarətdir ki, Azərbaycan faktiki olaraq Aİ üçün regional inteqrasiyanın açarı rolunu oynayır. Gürcüstanın Qərbə yaxınlaşması Bakının layihələri ilə daha sürətli gedir, Ermənistanın Avropaya inteqrasiya imkanları isə Bakının sülh və əməkdaşlıq təşəbbüslərinə reaksiyasından asılıdır. Başqa sözlə, Aİ– Cənubi Qafqaz münasibətlərində Azərbaycan sadəcə bir tərəfdaş deyil, həm də Brüsselin regiondakı siyasətini balanslaşdıran və yönləndirən əsas oyunçu mövqeyinə çıxır.

***

Azərbaycanın Aİ ilə münasibətlərində son illər formalaşdırdığı əsas siyasi çərçivə “pozitiv qarşılıqlı istəklər” məntiqinə söykənir. Bu nə deməkdir? Ənənəvi “sıfır cəmi” yanaşmasından fərqli olaraq, tərəflər əməkdaşlığı bir-birinin maraqlarını minimallaşdırmaq üzərində deyil, çarpaz faydanı maksimumlaşdırmaq üzərində qururlar. Sözügedən amil həm danışıq dilini yumşaldır, həm gündəliyi texniki sektoral layihələrdən siyasi strateji sinerjiyə doğru genişləndirir. Bu yanaşma Aİ və Azərbaycan üçün praktik olaraq nə qazandırır?

Burada 3 əsas üstünlük görünür. Birincisi, enerji təhlükəsizliyinin davamlı şaxələndirilməsi – qazın həcmi, elektrik ötürücü xətləri, “yaşıl enerji” layihələri (Xəzərdən bərpaolunan enerji potensialının Avropaya inteqrasiyası) kimi sahələr Brüssel üçün riskləri azaldır. İkincisi, regional sabitlik: Bakı sülh gündəliyini aktiv saxladıqca, Cənubi Qafqazda eskalasiya ehtimalı aşağı düşür, Aİ-nin Şərq Qonşuluğu siyasəti daha proqnozlaşdırıla bilən olur. Üçüncüsü, nəqliyyat-kommunikasiya dəhlizləri: Orta Dəhliz və paralel logistik həllər Avropanın Asiya ilə ticarət xəritəsində strateji manevr imkanlarını genişləndirir.

Azərbaycan tərəfi üçün də bu xəttin məntiqi aydındır. Birincisi, Avropa bazarlarına dərin çıxış və kapital/texnologiya transferi üçün institusional çərçivə möhkəmlənir. İkincisi, siyasi balans siyasəti güclənir: Bakı Aİ ilə əməkdaşlıq etməklə regional və qlobal güclər arasında manevr sahəsini geniş saxlayır. Üçüncüsü, modernizasiya gündəliyi – yaşıl keçid, rəqəmsal infrastruktur, sənayeləşmə və insan kapitalı layihələri üzrə Avropa standartlarına yaxınlaşma daxili transformasiyanı sürətləndirir.

Aİ-nin daxili siyasi dinamizmi (enerji keçidi, təhlükəsizlik arxitekturası, seçki tsiklləri) bu modelə necə təsir göstərir? Risklər realdır – enerji keçidinin sürəti, tənzimləyici çərçivələrin yenilənməsi və üzv dövlətlərin fərqli prioritetləri zaman- zaman layihələri ləngidə bilər. Lakin məhz “pozitiv qarşılıqlı istəklər” xətti bu fraqmentasiyanı kompensasiya edir: müxtəlif üzv ölkələrlə ikili səviyyədə (Almaniya, İtaliya, Rumıniya, Macarıstan və s.) paralel əməkdaşlıq kanalları açmaqla ümumi Aİ çərçivəsi tamamlanır, layihələrin dayanıqlığı artır.

Son olaraq, ictimai legitimlik ölçüsü də diqqətəlayiqdir. Yəni əməkdaşlıq cəmiyyətlərdə necə qəbul olunur? Şəffaflıq, sosial təsir qiymətləndirməsi və regional inklüzivliyin (Gürcüstan, potensial olaraq Ermənistan) təmin edilməsi ictimai dəstəyi yüksəldir. Bir sözlə, “pozitiv qarşılıqlı istəklər” yalnız elit razılaşmalara söykənməməli, həm də real sosial-iqtisadi fayda kimi hiss edilməlidir. Nəticə etibarilə, əgər tərəflər “pozitiv qarşılıqlı istəklər” xəttini davamlı siyasi kursa çevirə bilsələr, münasibətlər enerji əməkdaşlığının sərhədlərini aşaraq diplomatik sabitlik, iqtisadi modernizasiya və texnoloji inteqrasiyanın yeni üfüqlərini aça bilər.

Şəbnəm ZEYNALOVA,
XQ-nin siyasi analitiki, siyasi elmlər üzrə fəlsəfə doktoru

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:144
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 30 Avqust 2025 11:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Fariz İsmayılzadə: İqtisadi artımın təməli məhz İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu kimi platformalarda qoyulur

28 Sentyabr 2026 11:17see354

5 yaşlı qız uşağı dişinin müalicəsindən sonra vəziyyəti pisləşərək ölüb

27 Sentyabr 2026 08:13see252

Ebru Gündeşin 10 milyonluq əməliyyatın nəticəsi Son halı (Foto)

27 Sentyabr 2026 16:08see233

Müctəba Xameneinin müalicə olunduğu xəstəxana bombalanıb Yeni təfərrüat

27 Sentyabr 2026 10:08see229

Rəqsanənin filtrsiz görüntüsü diqqət çəkdi (Foto)

27 Sentyabr 2026 15:17see214

Heç bir estetik və botoksum yoxdur (Video)

27 Sentyabr 2026 13:48see213

Britaniyada beş nəfər terrorçuluq ittihamı ilə həbs edilib

27 Sentyabr 2026 19:59see211

Bülent İnal 13 kilo arıqladı: sirrini açıqladı

28 Sentyabr 2026 02:28see199

Azərbaycana “xəyanət” deyənlər öz ticarət rəqəmlərinə niyə baxmır?

27 Sentyabr 2026 20:36see182

Azərbaycan Bakı Forumunda 10,8 milyard dollarlıq investisiya cəlb edib

27 Sentyabr 2026 21:37see181

Bakıya gəlmək istəyən erməni tankları VİDEO

27 Sentyabr 2026 17:34see179

Tramp Çin liderinə Amerika silahları almağı təklif etdi

27 Sentyabr 2026 22:17see177

Abşeron Milli Parkına şəhərsalma amilləri necə təsir edir? Memar açıqlayır

27 Sentyabr 2026 22:11see176

Çinlilərdən inqilabi neft emalı üsulu

27 Sentyabr 2026 11:26see175

Nigar Məmmədova: “Bərpaolunan enerjinin inkişafı Azərbaycanın investisiya imkanlarını artırır”

27 Sentyabr 2026 13:58see172

“Ana və uşaq sağlamlığı: multidissiplinar yanaşmalar, perspektivlər və aktual çağırışlar” mövzusunda Beynəlxalq Elmi Konfrans keçirilib

28 Sentyabr 2026 14:01see170

Azərbaycanın ərazi bütövlüyünü bərpası ilə regionda yeni imkanlar yarandı Valeri Çeçelaşvili

27 Sentyabr 2026 19:37see169

Panik atakla infarktı necə ayırd etmək olar?

28 Sentyabr 2026 23:24see166

Səhər yeməyində buna diqqət edin!

28 Sentyabr 2026 04:04see165

Gürcüstan Azərbaycan dostluğunu sarsıtmaq cəhdləri görünür Levan Mamaladze

27 Sentyabr 2026 17:54see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri