Icma.az
close
up
RU
Referendum üçün “geri sayım” başladı

Referendum üçün “geri sayım” başladı

Icma.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycan sülh müqaviləsinin imzalanması üçün irəli sürdüyü şərtlərdən biri Ermənistan konstitusiyasının dəyişdirilməsidir. Çünki konstitusiyanın istinad etdiyi Müstəqillik bəyannaməsində ölkəmizin ərazi bütövlüyünün pozulmasına birbaşa çağırışlar var. Ermənistanın qoşulduğu bir çox konvensiyalarda və digər sənədlərdə də Azərbaycanın Qarabağ üzərində suverenliyini tanımayan çoxsaylı qeyd-şərtlər mövcuddur. Bunlar Ermənistanın Azərbaycan ilə münasibətlərinin tənzimlənməsində ciddi əngəllərdir.

Yada salaq ki, Bakı əvvəllər dəfələrlə bəyan edib ki, Ermənistan konstitusiyasının preambulasında yer alan Azərbaycana qarşı ərazi iddiaları ölkələr arasında sülh müqaviləsinin imzalanmasına keçilməz əngəl rolunu oynayır. Ermənistan Respublikasının əsas qanununa dəyişiklik edilməyincə, bu müqavilə imzalana bilməz. Ona görə də, iki ölkə arasında sülh yolunda maneələr aradan qaldırılmalı, Ermənistan konstitusiyası dəyişdirilməlidir. Əks halda sülh sazişi imzalanmayacaq. Artıq bunu Ermənistanın baş naziri Nikol Paşinyan da etiraf edir. O, bu günlərdə erməni xalqına müraciət edib. Paşinyanın sözlərinə görə, Ermənistan konstitusiyası təcili dəyişdirilməlidir: “Ermənistan xalqının yeni konstitusiyaya ehtiyacı var”.

Hökumət başçısı qeyd edib ki, bu vacibdir, çünki hazırkı konstitusiyanın qəbul edildiyi bütün referendumlar ictimai baxımdan qeyri-legitimdir. “Yeni konstitusiyanın qəbulunun strateji məqsədi dövlətçiliyi olmayan millətdən dövlət quran milətə keçiddir”, – baş nazir Nkol Paşinyan deyib.

Onun sözlərinə görə, konstitusiyada islahatları yox, tamamilə yeni ana qanunun qəbul edilməsi vacibdir. Baş nazir daha sonra qeyd edib ki, yeni konstitusiyaya regionda və dünyada baş verən dəyişikliklərə uyğunlaşmalı, referendum yolu ilə dəyişdirilməlidir. Çünki referendum xalqın iradəsinin göstəricisidir. Yalnız onun dəyişdirilməsi, ərazi iddialarının aradan qaldırılması yolu ilə regionda sülh və əmin-amanlıq bərpa oluna bilər. Bu, hər iki dövlətin maraqlarına xidmət edər.

Milli Məclisin deputatı Arzu Nağıyev deyir: “Sülh müqaviləsinin imzalanması istiqamətində atılacaq addımlarda Azərbaycanın qoyduğu şərtlərdən ən mühümü, məhz Ermənistan konstitusiyasının dəyişdirilməsidir. Zaman-zaman bu məsələ Hayastan parlamentində gündəmə gətirilir. Eyni zamanda, müxtəlif siyasətçilər tərəfindən müzakirə olunur. Artıq Paşinyanın öz dilindən də ölkənin əsas qanunun dəyişdirilməsinin vacibliyi bildirilir. Bu gün haylar üçün tək Rusiyadan gələn yol deyil, eyni zamanda, iqtisadiyyatın şaxələndirilməsi çox önəmlidir. Bu, əsas məqamlardan biridir. Paşinyanı belə addım atmağa sövq edir.

Məlum məsələdir ki, Müstəqillik bəyannaməsində Azərbaycandan başqa, Türkiyənin də ərazi bütövlüyü şübhə altına salınır. Orada qeyd olunub ki, Ermənistan “1915-ci ildə Osmanlı Türkiyəsində və “Qərbi Ermənistan”da gerçəkləşən soyqırımının tanınması”nı dəstəkləyir. Göründüyü kimi, burada həm qondarma erməni soyqırımı, həm də Türkiyə ərazisini əhatə edən “Qərbi Ermənistan” ifadələri mövcuddur. Bütün bunlar yuxarıda qeyd etdiyim kimi tərəflər arasında münasibətlərə mənfi təsir göstərir.

Əvvəllər ərazi iddiası ilə bağlı məsələnin konstitusiya məhkəməsi vasitəsilə həll olunması təklif olunub. Rəsmi İrəvan hesab edirdi ki, bu tələb onun çıxardığı qərarla yerinə yetirilib. Həmin qərarda bəyannamənin konstitusiyada yer almayan müddəlarının etibarsız sayıldığı açıqlanıb. Halbuki belə yanaşma çox səthidir, necə deyərlər, əl yeri saxlayır. Kim zəmanət verə bilər ki, bir müddət keçəndən sonra haylar ərazi iddiyasını yenidən qaldırmayacaqlar. Bundan başqa, problemin parlament, referendum ilə həll yolları da təklif olunmuşdu. Hazırda, hətta bəzi siyasətçilər deyirlər ki, referendumsuz da ərazi iddialarını həll etmək mümkündür. Yəni belə problemlər var. Bunların hamızı rədd edilib.

Düşünürəm ki, Paşinyan yalnız Avropaya inteqrasiya məsələsinə görə deyil, həm də Azərbaycanın haqlı tələbini nəzərə almaqla bu addımları atmağa çalışır. Xalqa müraciətinin təməlində də bu dayanır. Hayların bu prossesə nə dərəcədə hazır olduğu da çox önəmlidir. İnanıram ki, onlar sülhü, əmin-amanlığı seçəcəklər”.

Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mirzəyev isə bildirdi ki, Ermənistanın ərazi iddiası təkcə Azərbaycana deyil, həm də Türkiyəyə qarşıdır. “Ermənistan konstitusiyasının bünövrəsinsdə ziddiyyətlər dayanır. Hətta bu ölkənin gerbində Ararat dağının təsviri yer alıb. Ermənistan Müstəqillik bəyannaməsində beynəlxalq səviyyədə Azərbaycan ərazisi kimi tanınan Qarabağ hüquqi olaraq Ermənistan torpağı kimi qəbul edilir. Hüquqi olaraq ərazi iddiaları irəli sürən mövcud konstitusiya bölgədə davamlı və uzunmüddətli sülhə qarşı təhdid formalaşdırır. Azərbaycan bu təhdidin aradan qalxması üçün Ermənistan konstitusiyasının dəyişdirilməsini istəyir. Ölkəmiz bu məsələni təkrar-təkrar gündəmə gətirib. Hesab edirəm ki, bu konstitusiya dəyişdirilmədən iki ölkə arasında barış müqaviləsinə imza atmaq qeyri-mümkündür. Paşinyanın özü də bu məsələnin ciddiliyini qəbul edir. Fərqindədir ki, dəyişiklik olmadan tərəflər arasında sülh mümkün deyil.

Əlbəttə, revanşist qüvvələr konstitusiya dəyişikliyinin əleyhinədirlər. Onlar vahid cəbhədə birləşməyə çağrışlar edirlər. Elə bu günlərdə Koçaryanın keçirdiyi mətbuat konfransı və orada səslənən iddialar bundan xəbər verir. Amma səhv yoldadırlar. Azərbaycanla sülh müqaviləsi üzrə danışıqların intensivləşdiyi, sərhədin demarkasiyasına başlanıldığı və artıq 12,7 kilometrlik ərazinin demarkasiya edildiyi bir vaxtda, haqlı tələbi daxili işə qarışmaq kimi şərh etmək ən azı siyasi savadsızlıqdır.

İnanıram ki, Ermənstan Konstitusiyası dəyişəcək, ərazi iddiaları ortadan çıxacaq. Bu, realdır. Reallığı dəyərləndirən qüvvələr Paşinyanın ətrafında birləşərək buna nail olacaqlar.

Sonda onu da qeyd etmək istəyirəm ki, Zəngəzur dəhlizinin açılması da Azərbaycanın sülh müqaviləsi bağlamaq üçün irəli sürdüyü şərtlər arasındadır. Tezliklə dəhliz də açılacaq. Buna heç kimin şübhəsi olmasın”.

Pünhan ƏFƏNDİYEV
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:217
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 21 Fevral 2025 10:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see826

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see274

Yuxu rejimini dəyişməyin sadə YOLU

12 Oktyabr 2026 10:57see269

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see266

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see261

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see244

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see238

Almaniya Aİ səhiyyəsini hərbi böhrana hazır olmağa çağırıb

12 Oktyabr 2026 09:53see237

Vüqar Oruc Qüdsi Osmanovla görüşdü

12 Oktyabr 2026 21:13see225

Şölət Zeynalov: “Xaricdən gələn ideoloji risklərə qarşı dayanıqlı olmalıyıq”

12 Oktyabr 2026 14:37see203

La Liqa: Valensiyada triller

13 Oktyabr 2026 01:11see196

İranın növbəti təxribatı hicaba siyasi don geyindirmək istədilər VİDEO

12 Oktyabr 2026 21:10see193

Rusiya XİN: İran ətrafındakı münaqişə tezliklə başa çatmalıdır

13 Oktyabr 2026 05:08see193

Dünyada ən çox satılan kompüter markaları açıqlandı SİYAHI

13 Oktyabr 2026 02:44see192

AZƏRBAYCANIN BOŞ QALAN HAVA LİMANLARI... Milyonlar xərclənən region aeroportları niyə işləmir?

13 Oktyabr 2026 09:07see189

“The Atlantic“: Tramp Ukraynanı təslim olmağa məcbur etməyə çalışacaq

13 Oktyabr 2026 00:01see188

17 18 ci əsrlərdə körpələrə niyə dəbilqə taxılırdı?

13 Oktyabr 2026 02:38see187

Nəfəsin bu görüntüsü tənqid edildi (Video)

12 Oktyabr 2026 17:18see183

Ərəb koalisiyası husilərin Səudiyyə Ərəbistanına atdığı ballistik raketləri ələ keçirib

13 Oktyabr 2026 02:36see183

Mask ABŞ də seçkilər ərəfəsində respublikaçıların ən böyük donoru olub

13 Oktyabr 2026 02:58see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri