Icma.az
close
up
RU
Siyahı qısaldı, geri sayım başladı Ərdoğanın əzəli rəqibi qayıdır

Siyahı qısaldı, geri sayım başladı Ərdoğanın əzəli rəqibi qayıdır

Icma.az, GlobalInfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Özgür Özəli məhkəməyə verib. Özəl prezidenti təhqir etməkdə günahlandırılıb və 1 milyon tl təzminat tələb edilib.

Son zamanlar 2028-də keçirilməsi gözlənilən növbəti prezident seçkilərinə namizəd olan müxalifət nümayəndələri ilə bağlı bəzi proseslər başladılır. Namizədlər sırasında ən çox adı hallanan CHP üzvü Əkrəm İmamoğlu da hazırda həbsxanadadır.

Yekun olaraq, növbəti seçkilərdə Türkiyə prezidentliyinə müxalifətin ən parlaq namizədi kim ola bilər?

Globalinfo.az-a danışan beynəlxalq münasibətlər üzrə ekspert Əziz Əlibəyli deyib ki, prinsip etibarilə Türkiyədəki iqtisadi vəziyyət iqtidarın mövqeyini zəiflədir:

“Lakin namizəd seçimində sürpriz yaşana bilər. Məsələn, bir müddət ölkə rəhbərinin oğlunun adı gündəmə gəldi. Hazırkı vəziyyətdə daha çox piarı aparılan isə xarici işlər nazir Hakan Fidandır, lakin onun əsas namizəd olacağını düşünmürəm. Burada fərqli qüvvələr və maraqlar mövcuddur.

Həmçinin oxuyun:

“Bayden bəlkə də rus agentidir…” – Qüdrət Həsənquliyev

İqtidarın namizədi Ədalət və İnkişaf Partiyası (AKP), Milliyyətçi Hərəkat Partiyası (MHP) və Xalqların Demokratik Partiyasının (HDP) razılaşması əsasında seçilə və kifayət qədər səs toplaya bilər. Lakin iqtisadi durumun pis olması iqtidar üçün əsas dezavantajdır”.


Əziz Əlibəyli

Ekspert bildirib ki, müxalifətdən xüsusilə İmamoğlunun ciddi namizəd olmasını heç kəs inkar etmir:

“Lakin onun həbs edilməsi namizədliyinə mane oldu. Ankara meri və ya CHP rəhbəri Özəlin də namizəd olma ehtimalı yüksəkdir, amma həm məhkəməyə cəlb olunması, həm də siyasi proseslərdə qeyri-leqal hərəkətlərə yol verməsi onun qarşısını ala bilər. Proseslərdən görünən odur ki, yaxın vaxtlarda CHP-yə 2010-2013-cü illərdə sədrlik etmiş Kamal Kılıçdaroğlunun geri dönməsi ehtimalı da nəzərə çarpır”.

Ləman İmran
Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:145
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 15 Avqust 2025 14:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see329

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see296

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see296

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see287

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see285

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see279

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see277

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see273

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see268

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see261

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see246

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see243

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see235

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see229

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see227

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see226

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see225

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see212

Gecə tərləmələri hansı hallarda ciddi xəstəliyin əlaməti ola bilər? HƏKİM AÇIQLADI

30 Oktyabr 2026 12:14see212

Qışda sağlam qalmaq üçün bunlara diqqət EDİN

30 Oktyabr 2026 10:18see211
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri