Icma.az
close
up
RU
GEROPHARM Azərbaycanda tirzepatid əsaslı ilk preparatı təqdim edib

GEROPHARM Azərbaycanda tirzepatid əsaslı ilk preparatı təqdim edib

Milli.az saytından alınan məlumata görə, Icma.az bildirir.

GEROPHARM şirkəti Azərbaycanda tirzepatid əsaslı ilk preparat olan Sejaro® preparatını təqdim edib. Bu addım piylənmə və 2-ci tip şəkərli diabetin müalicəsində müasir yanaşmaların inkişafında mühüm mərhələ hesab olunur.

Son bir neçə ildə tirzepatid dünya endokrinologiyasında ən çox müzakirə olunan innovativ molekullardan birinə çevrilib. Molekul beynəlxalq bazarlarda təqdim olunan Mounjaro® preparatı sayəsində geniş tanınıb. Sejaro®, aktiv maddəsi tirzepatid olan orijinal preparatın analoqudur və Azərbaycanda bu sinfə aid qeydiyyatdan keçmiş ilk preparatdır.

Preparatın daxili orqanların ətrafında yığılan və ən təhlükəli piy növü hesab edilən visseral piy toxumasına təsiri tibb birliyinin xüsusi diqqət mərkəzindədir. Çünki məhz bu piy növü 2-ci tip şəkərli diabet, arterial hipertenziya və ürək-damar xəstəliklərinin yaranma riskini kəskin şəkildə artırır.

Beynəlxalq klinik tədqiqatların nəticələrinə əsasən, tirzepatidin istifadəsi şəkərli diabeti olmayan pasiyentlərdə 72 həftə ərzində bədən çəkisinin 22,5%-dək azalmasına, həmçinin bel çevrəsinin orta hesabla 14,6 sm azalmasına imkan verib. Mütəxəssislərin əlavə marağı preparatın ikiqat təsir mexanizmi ilə əlaqədardır. Bu mexanizm eyni zamanda iştahın tənzimlənməsinə, maddələr mübadiləsinə və qanda qlükoza səviyyəsinə təsir göstərir.

Azərbaycanda tirzepatid əsaslı ilk preparatın təqdimatı ölkədə piylənmənin yayılma səviyyəsi nəzərə alındıqda xüsusilə акtualdır. Ümumdünya Səhiyyə Təşkilatının məlumatlarına görə, Azərbaycanda yetkin əhalinin dörddə birindən çoxu piylənmədən əziyyət çəkir, 62%-dən çoxunda isə artıq çəki və ya piylənmə müşahidə olunur. Piylənmə xroniki xəstəlik olmaqla yanaşı, 2-ci tip şəkərli diabet, ürək-damar və digər xəstəliklərin inkişafı üçün əsas risk faktorlarından biridir.

"Sejaro® piylənmənin müalicəsində əhəmiyyətli irəliləyişdir. İnanırıq ki, bu innovativ preparat pasiyentlərə sağlamlıqlarını və həyat keyfiyyətlərini bərpa etməyə kömək edəcək, eyni zamanda bu ciddi xəstəliyin geniş yayılması ilə mübarizədə mühüm vasitəyə çevriləcək", - deyə GEROPHARM şirkətinin baş direktoru Pyotr Rodionov bildirib.

***

GEROPHARM GxP standartlarına uyğun fəaliyyət göstərən beynəlxalq biotexnoloji preparatlar istehsalçısıdır. Şirkət nevrologiya, endokrinologiya, oftalmologiya, ginekologiya və urologiya sahələrində istifadə olunan dərman preparatları istehsal edir. Şirkətin məhsulları dünyanın 14 ölkəsinin tibbi ictimaiyyəti tərəfindən geniş istifadə olunur.

Azərbaycanda GEROPHARM 2014-cü ildən etibarən öz nümayəndəliyi vasitəsilə fəaliyyət göstərir və ölkənin tibb ictimaiyyəti və pasiyentləri ilə uzunmüddətli əməkdaşlığın inkişafına töhfə verir. Şirkət hazırda şəkərli diabet və piylənmənin müalicəsi istiqamətində fəaliyyətini genişləndirərək pasiyentlərin müasir biotexnoloji preparatlara çıxış imkanlarını artırmağa davam edir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:247
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 07 İyul 2026 15:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see297

Bazar 60 faiz kiçilib...

06 Noyabr 2026 20:51see280

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see263

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

07 Noyabr 2026 00:28see251

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see235

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see232

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see230

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see223

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see215

1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

07 Noyabr 2026 02:01see214

İcbari tibbi sığorta ilə bağlı şad xəbər...

06 Noyabr 2026 22:30see211

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see210

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see206

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see205

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see201

Qadınlar niyə 40 yaşından sonra daimi yorğunluq hiss edirlər?

06 Noyabr 2026 21:51see199

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see196

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see195

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see192

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri