GEROPHARM dan dünyada ilk Fotolar
Icma.az, Qafqazinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
GEROPHARM şirkətinin elmi-tədqiqat mərkəzinin mütəxəssisləri uşaqlarda və yeniyetmələrdə piylənmənin tirzepatidlə müalicəsinə dair klinik tədqiqatların ilkin nəticələrini dünyada ilk dəfə təqdim ediblər.
Tirzepatid əsaslı “Sejaro®” və semaqlutid əsaslı “Semavic Next®” preparatları üzrə məlumatlar Avstriyada keçirilən Uşaqlarda Piylənmənin Öyrənilməsi üzrə Avropa Qrupunun (ECOG) beynəlxalq konqresində açıqlanıb.
Uşaqlarda piylənmə problemi Azərbaycan üçün də aktualdır. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Uşaqlarda Piylənməyə Nəzarət Təşəbbüsü (COSI) çərçivəsində aparılmış tədqiqata əsasən, ölkədə müayinə olunan səkkizyaşlı uşaqların 26,9%-də artıq çəki, o cümlədən piylənmə, 10,7%-də isə piylənmə qeydə alınıb. Bakıda bu göstəricilər daha yüksək olub: müvafiq olaraq 34,8% və 14,6%. Bu məlumatlar profilaktikanın, erkən diaqnostikanın və müasir müalicə yanaşmalarının inkişaf etdirilməsinin vacibliyini göstərir.
Bu baxımdan yeni müalicə üsullarının araşdırılması xüsusi əhəmiyyət daşıyır. GEROPHARM-ın klinik tədqiqat proqramına Rusiyanın 50-dən çox tibb mərkəzində təxminən 800 uşaq və yeniyetmə cəlb olunub. Tədqiqatların başlanğıcında iştirakçıların orta bədən çəkisi 95–97 kq təşkil edib, onların əksəriyyətində II–III dərəcəli piylənmə müşahidə olunub.
Təqdim edilən ilkin nəticələrə əsasən, müalicənin ilk altı ayı ərzində bir çox iştirakçının bədən kütləsi indeksi (BKİ) təxminən 20% azalıb. Uşaqların təxminən 70%-i qidalanma vərdişlərini dəyişib, üçdə biri isə daha aktiv həyat tərzi keçirməyə başlayıb. İlkin məlumatlara görə, tədqiq olunan preparatların təhlükəsizlik profili böyüklər arasında aparılmış analoji tədqiqatların nəticələri ilə müqayisə edilə bilən olub.
Rusiya Elmlər Akademiyasının akademiki, Rusiya Pediatrlar İttifaqının prezidenti Leyla Namazova-Baranova müasir dərman preparatlarının effektivliyi və təhlükəsizliyi barədə etibarlı elmi məlumatların əldə olunması üçün uşaqlar və yeniyetmələr arasında klinik tədqiqatların aparılmasının vacibliyini vurğulayıb.
Azərbaycan da GEROPHARM-ın beynəlxalq klinik tədqiqat proqramına qoşulacaq. Şirkət 2028-ci ilin əvvəlində Azərbaycan, Qazaxıstan və Özbəkistanda yeniyetmələr arasında “Sejaro®” preparatının klinik tədqiqatlarına başlamağı planlaşdırır. Proqram region əhalisinin xüsusiyyətləri nəzərə alınmaqla müalicənin effektivliyini və təhlükəsizliyini qiymətləndirməyə, həmçinin gələcəkdə preparatın istifadə göstərişlərinin mümkün genişləndirilməsi üçün elmi əsas yaratmağa imkan verəcək.
Hazırda Azərbaycanın əczaçılıq bazarında GEROPHARM-ın “Sejaro®” və “Semavic Next®” preparatları mövcuddur. Bu preparatlar müvafiq tibbi göstərişlər əsasında və yalnız həkim təyinatı ilə yetkin yaşlı pasiyentlərdə istifadə üçün nəzərdə tutulub. Bundan əvvəl, 2026-cı ilin iyun ayında şirkət “Sejaro®”, “Semavic®” və “Semavic Next®” preparatlarının İslam dininin tələblərinə uyğunluğunu təsdiqləyən Halal sertifikatları aldığını da açıqlayıb.
Təqdim olunan tədqiqat nəticələri ilkin xarakter daşıyır. “Sejaro®” və “Semavic Next®” preparatları hazırda Azərbaycanda uşaqlarda və yeniyetmələrdə piylənmənin müalicəsi üçün qeydiyyatdan keçməyib.
Qeyd edək ki, GEROPHARM GxP standartlarına uyğun fəaliyyət göstərən beynəlxalq biotexnoloji preparatlar istehsalçısıdır. Şirkət nevrologiya, endokrinologiya, oftalmologiya, ginekologiya və urologiya sahələrində istifadə olunan dərman preparatları istehsal edir. Şirkətin məhsulları dünyanın 14 ölkəsinin tibbi ictimaiyyəti tərəfindən geniş istifadə olunur.
Azərbaycanda GEROPHARM 2014-cü ildən etibarən öz nümayəndəliyi vasitəsilə fəaliyyət göstərir və ölkənin tibb ictimaiyyəti və pasiyentləri ilə uzunmüddətli əməkdaşlığın inkişafına töhfə verir. Şirkət hazırda şəkərli diabet və piylənmənin müalicəsi istiqamətində fəaliyyətini genişləndirərək pasiyentlərin müasir biotexnoloji preparatlara çıxış imkanlarını artırmağa davam edir.
Əlavə məlumat üçün:



Bu mövzuda digər xəbərlər:
Baxış sayı:42
Bu xəbər 15 Oktyabr 2026 16:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















