Icma.az
close
up
RU
“Gətirib xəstəxananın qarşısına “dayanmaq qadağandır” nişanı qoyulur” VİDEO

“Gətirib xəstəxananın qarşısına “dayanmaq qadağandır” nişanı qoyulur” VİDEO

Avtosfer portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bakı yollarında ən ciddi problemlərdən biri də sərnişinlərin uyğun yerlərdə avtomobildən düşə bilməməsi ilə bağlıdır. Sürücülər sərnişini düşürmək üçün cərimə olunmasın deyə, avtobus zolağına daxil ola bilmir. Bu halda avtomobil yolun hərəkət istiqamətində - ikinci zolaqda saxlanılır ki, bunun özü də həm cərimə, həm də sərnişinin həyatı üçün təhlükə deməkdir. Birinci halda sürücülər 100 manat 2 bal, ikinci halda isə 80 manat cərimə olunurlar. Və ən maraqlısı budur ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən sürücülərə alternativ variant buraxılmayıb.

Bəs, sərnişini harada düşürək?

Avtosfer.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, sözügedən problem Azərbaycan Radiosunda yayımlanan “Avtoreyd” proqramında müzakirə olunub.

Müzakirəyə isə Baş DYP İdarəsinin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi Rövşən Tağıyev qoşulub. Qurum rəsmisi də etiraf edib ki, yollarda müəyyən çatışmazlıqlar var. Amma bu, onların səlahiyyətində olan məsələ deyil:

“Bu gün mən də yol hərəkətinin təşkilində müəyyən çatışmazlıqların olduğunu düşünürəm. Bəzən taksi sürücüləri öz narazılıqlarını dilə gətirirlər ki, sərnişin avtobus zolağına düşür, bu da onun həyatı üçün təhlükə yaradır. Eyni zamanda da, sürücülər cərimələnir.

Ümumiyyətlə, Bakıda və digər bölgələrimizdə yol hərəkətinin təşkili ilə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi məşğul olur. Hərəkətinin təşkilində müəyyən çatışmazlıq olduğunu qurum olaraq biz də deyirik, müəyyən təkliflər də irəli sürürük. Amma qaydalara da əməl etməliyik. Biz bu gün sərnişini mindirib-düşürmək üçün şərait yaratmamışıq. Gətirib xəstəxananın qarşısında “dayanmaq qadağandır” nişanı qoyulur və bununla bağlı bizə çoxsaylı müraciətlər daxil olur. 

Qurum rəsmisi bildirib ki, BŞDYP sadəcə, məsələyə qanuni tərəfdən yanaşır. 

Avtobus zolaqlarına daxil olan sürücülər cərimələnməsə, aidiyyəti qurum dərhal müraciət edir ki, zolaqlara bu qədər maşın daxil olur, amma BŞDYP onlarla bağlı tədbir görmür”. 

Daha ətraflı videoda:

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:60
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 22 Noyabr 2024 21:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Almaniyanın Moers şəhərində media nümayəndələri ilə Azərbaycanın təbliğinə dair görüş keçirilib

04 İyun 2025 19:12see466

Ankara-Şam reysləri başlayır. İlk uçuş 17 iyun çərşənbə axşamı günü olacaq

06 İyun 2025 07:42see249

Əbülfət Mədətoğlu: 21 günün ŞEİRİ

05 İyun 2025 10:48see199

Fizika qanunlarına meydan oxuyan top: Şaquli divarda yuvarlanır, amma yerə düşmür

05 İyun 2025 03:20see123

Nail 12 kiloqram arıqlayıb

04 İyun 2025 21:30see118

Zelenski onu Birləşmiş Qüvvələrin komandanı təyin etdi

04 İyun 2025 11:23see114

“Tor” əməliyyatı ABŞ a siqnaldır ki, müharibə onların ərazisində də ola bilər WSJ

04 İyun 2025 16:26see113

Settar Kaya: Qərbi Azərbaycana qayıdış hüququna məhəl qoymamaq və ya onu təxirə salmaq olmaz

04 İyun 2025 11:22see113

“Real” 17 yaşlı istedadı transfer etdi

05 İyun 2025 19:13see113

Qlobal ticarət müharibəsi gerçəkləşir ANALİTİK

04 İyun 2025 15:52see113

“Rusiyanın təklifləri qəbuledilməzdir” Zelenski

04 İyun 2025 19:51see113

Məşhur rusiyalı model narkotik maddələrin təbliğinə görə hakim qarşısına çıxacaq

05 İyun 2025 01:37see113

Qurban bayramı: Səxavət, yardımlaşma və mənəvi təmizlənmə rəmzi

06 İyun 2025 07:31see112

“Nursema”nın estetikdən əvvəlki halı diqqət çəkdi

04 İyun 2025 15:39see112

Feliksə qiymət qoydular

04 İyun 2025 15:28see112

Tədqiqat: Süd Yolunun Andromeda qalaktikası ilə toqquşma ehtimalı daha azdır

04 İyun 2025 12:02see112

Yusif Cabbarov: Ukraynanın titan istehsalçısını güclü və rəqabətədavamlı edəcəyik

04 İyun 2025 16:32see111

Əməkdaşlığın coğrafiyası genişlənir

04 İyun 2025 11:57see110

Bayden bildirib ki, prezidentlik dövründə bütün qərarları özü verib

05 İyun 2025 07:21see110

Zərdüşt Əlizadə: “AXC xalqla yox, mafiya ilə işləyirdi”

04 İyun 2025 15:44see110
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri