Icma.az
close
up
RU
“Gətirib xəstəxananın qarşısına “dayanmaq qadağandır” nişanı qoyulur” VİDEO

“Gətirib xəstəxananın qarşısına “dayanmaq qadağandır” nişanı qoyulur” VİDEO

Icma.az, Gununsesi portalına istinadən məlumatı açıqlayır.

Bakı yollarında ən ciddi problemlərdən biri də sərnişinlərin uyğun yerlərdə avtomobildən düşə bilməməsi ilə bağlıdır. Sürücülər sərnişini düşürmək üçün cərimə olunmasın deyə, avtobus zolağına daxil ola bilmir. Bu halda avtomobil yolun hərəkət istiqamətində – ikinci zolaqda saxlanılır ki, bunun özü də həm cərimə, həm də sərnişinin həyatı üçün təhlükə deməkdir. Birinci halda sürücülər 100 manat 2 bal, ikinci halda isə 80 manat cərimə olunurlar. Və ən maraqlısı budur ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən sürücülərə alternativ variant buraxılmayıb. Bəs, sərnişini harada düşürək?

Gununsesi.info xəbər verir ki, sözügedən problem Azərbaycan Radiosunda yayımlanan “Avtoreyd” proqramında müzakirə olunub.

Müzakirəyə isə Baş DYP İdarəsinin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi Rövşən Tağıyev qoşulub. Qurum rəsmisi də etiraf edib ki, yollarda müəyyən çatışmazlıqlar var. Amma bu, onların səlahiyyətində olan məsələ deyil:

“Bu gün mən də yol hərəkətinin təşkilində müəyyən çatışmazlıqların olduğunu düşünürəm. Bəzən taksi sürücüləri öz narazılıqlarını dilə gətirirlər ki, sərnişin avtobus zolağına düşür, bu da onun həyatı üçün təhlükə yaradır. Eyni zamanda da, sürücülər cərimələnir. Ümumiyyətlə, Bakıda və digər bölgələrimizdə yol hərəkətinin təşkili ilə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi məşğul olur. Hərəkətinin təşkilində müəyyən çatışmazlıq olduğunu qurum olaraq biz də deyirik, müəyyən təkliflər də irəli sürürük. Amma qaydalara da əməl etməliyik. Biz bu gün sərnişini mindirib-düşürmək üçün şərait yaratmamışıq. Gətirib xəstəxananın qarşısında “dayanmaq qadağandır” nişanı qoyulur və bununla bağlı bizə çoxsaylı müraciətlər daxil olur.

Qurum rəsmisi bildirib ki, BŞDYP sadəcə, məsələyə qanuni tərəfdən yanaşır.

Avtobus zolaqlarına daxil olan sürücülər cərimələnməsə, aidiyyəti qurum dərhal müraciət edir ki, zolaqlara bu qədər maşın daxil olur, amma BŞDYP onlarla bağlı tədbir görmür”.

Daha ətraflı videoda:

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:65
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 22 Noyabr 2024 21:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrandakı daxili siyasi gərginliyin kökündə nə dayanır?

04 Sentyabr 2025 14:37see357

Keçmiş prezident özünə yeni iş tapdı

04 Sentyabr 2025 15:44see218

Sinəsi ilə penaltini qaytarandan sonra öldü

05 Sentyabr 2025 01:25see182

ABŞ də kişi görüşdə ayağını iyləməyə icazə verməyən qızın üzərindən avtomobillə keçdi

04 Sentyabr 2025 04:31see146

İşçiləri əmək müqaviləsiz çalışdırırmış...

04 Sentyabr 2025 11:10see142

ABŞ də matça çayının gözlənilməz fəsadı ortaya çıxdı

04 Sentyabr 2025 14:46see129

ABŞ hakimiyyəti Marsa ilk astronavtları 2030 cu ildə göndərməyi planlaşdırır

05 Sentyabr 2025 01:47see127

Dövlət Departamenti Fələstinin üç hüquq müdafiə təşkilatına qarşı sanksiya tətbiq edib

05 Sentyabr 2025 03:46see125

Putin ona general leytenant rütbəsi verdi

04 Sentyabr 2025 18:51see124

Analitik Mərkəz: “İran rejimi son dəqiqələrini oynayır”

04 Sentyabr 2025 11:16see123

“Azərbaycan millisi İslandiya mətbuatının diqqətindədir” VİDEO

04 Sentyabr 2025 21:11see123

Bakı qoçusu Qafar Nağıyevin 1902 ci ilə aid mülkü

04 Sentyabr 2025 22:13see122

“Ölüm yuxusu” gürcü dilində nəşr olunub

05 Sentyabr 2025 10:29see121

İşıqlar sönəndə sadəcə bunu sınayın

04 Sentyabr 2025 23:05see121

Kanadada bıçaqlı hücum: Bir nəfər ölüb, səkkiz nəfər...

05 Sentyabr 2025 01:25see121

Fənərbaxça ya İtaliyanın keçmiş baş məşqçisi gətirilə bilər

05 Sentyabr 2025 01:16see118

CBDC lər ənənəvi bank sistemini daha rəqəmsal olmağa vadar edir EKSPERT ŞƏRH ETDİ

04 Sentyabr 2025 11:19see116

Qonşular işgəncə verilən oğlan barədə DANIŞDILAR: Çarəsiz qalmışdı, vəhşicəsinə döyülmüşdü

04 Sentyabr 2025 21:49see116

Futbolçunu təhqir etdi, bir il azadlıqdan məhrum olundu

04 Sentyabr 2025 08:40see115

“Hücumçu gəlib komandanı “Çelsi”, “Liverpul” kimi rəqiblərlə oyunlarda qalib etməyəcəkdi ki...” “İmarət”dən qəribə mövqe

05 Sentyabr 2025 16:17see114
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri