“Gezici Radar” Kayseridəki Şuşa Azərbaycan Evindən reportaj yayımlayıb
Xalq qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Türkiyənin tanınmış mədəniyyət-turizm platforması “Gezici Radar”ın növbəti buraxılışı Kayserinin Talas rayonunda yerləşən Şuşa Azərbaycan Evinə həsr olunub.
Buraxılışda xaricdə yaşayan soydaşlarımız üçün yaradılan mədəni-ictimai mərkəzlər olan Azərbaycan evlərindən söhbət açılıb. Onlardan birinin Türkiyənin Kayseri şəhərində fəaliyyət göstərdiyini vurğulanıb və bu məkanın Azərbaycan-Türkiyə qardaşlığının simvolu olduğu qeyd edilib.
Videomaterialda Şuşa Azərbaycan Evini ziyarət edənlərin Azərbaycan mədəniyyətinə aid musiqi alətləri, məişət əşyaları, qiymətli ədəbiyyatlar, rəsm nümunələri və digər eksponatlarla tanış olduqları, sanki “fərqli bir mədəniyyət səyahətinə çıxdıqları” bildirilir. Qeyd olunur ki, burada həm Azərbaycanın, həm də Türkiyənin ortaq dəyərləri və mədəni bağları geniş şəkildə təqdim edilir.
Portalın məlumatına görə Şuşa Azərbaycan Evi kayserililər və şəhərin qonaqları üçün mədəni irs, tarix və qardaşlıq ruhunu bir arada yaşadan xüsusi bir məkan kimi böyük maraqla qarşılanır.
Xatırladaq ki, Şuşa Azərbaycan Evi Kayserinin Talas rayonundakı Azərbaycan Qardaşlıq Parkının ərazisində yaradılıb, sahəsi 20 min kvadratmetrdir. Parkın özü 2022-ci ilin noyabrında açılıb, həmin vaxt Şuşa Azərbaycanın Evinin təməli qoyulub. 2024-cü il 7 aprel tarixində Azərbaycan və Türkiyənin rəsmi şəxslərinin, ictimaiyyət nümayəndələrinin iştirakı ilə rəsmi açılış mərasimi keçirilib.
Reportajı aşağıdakı linklər vasitəsilə izləmək mümkündür:
https://www.youtube.com/watch?v=Pfy03GOpS6w
https://www.instagram.com/reel/DR7Qb64iIy1/?igsh=MXFtN2dnc3o1eXNseg==
XQ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:61
Bu xəbər 11 Dekabr 2025 00:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















