Icma.az
close
up
RU
Menu

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Zobu olanlar xurma yesin Təsiri

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Çörəklərin içində narkotik gizlətdilər

Atəşkəs təklifimizi rədd etdi

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

O, Azərbaycan dilindən və yazıdan “2” alırdı Mirzə Cəlilin evindən REPORTAJ

O, Azərbaycan dilindən və yazıdan “2” alırdı Mirzə Cəlilin evindən REPORTAJ

Kulis.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Kulis.az Cəlil Məmmədquluzadənin ev-muzeyindən reportajı təqdim edir.

"Sizi deyib gəlmişəm..." - Binanın blokundakı bu yazını oxuyanda ünvanı düz tapdığıma əmin oldum. Cəlil Məmmədquluzadənin evi...

Bizi Muzeyin direktoru Yeganə Məmmədova qarşılayır. Vaxt itirmədən ev-muzeyi "kəşfə" çıxırıq. Muzey 5 otaqdan ibarətdir.
Birinci otağa daxil oluruq. Bu otaq Cəlil Məmmədquluzadənin uşaqlıq, gənclik və tələbəlik dövrünə həsr olunub. Burada onun uşaqlıq və gənclik illərindən xatirələr, doğulub boya-başa çatdığı evin, müəllimlərinin fotoları nümayiş etdirilir.

Eyni zamanda, ədibin müəllim kimi çalışdığı Uluxanlı, Baş Noraşen, Nehrəm kənd məktəblərinin şəkilləri, eləcə də Nehrəmdə təsis etdiyi ilk qız sinfinin şagirdlərinin siyahısı təqdim olunur. Onun ilk qələmə aldığı “Çay dəstgahı”, “Kişmiş oyunu” və “Poçt qutusu” hekayələri haqqında ətraflı məlumat verilir.

Muzeyin direktoru Yeganə xanım bildirir ki, Mirzə Cəlil Nehrəmdə dərs dediyi vaxt uşaqlar dermatoloji xəstəliyə yoluxur və hamısında kəçəlləşmə baş verir. Mirzə Cəlil öz pulu ilə dərman alır və dərsdən sonra şagirdləri çimizdirib yaralarına məlhəm çəkir.

Satira, tənqid yazan yazıçıları oxucular həmişə əsəbi, aqressiv təsəvvür edir. Məsələn, çox adam elə bilir ki, Mirzə Ələkbər Sabir çox əsəbi adam olub, həmçinin Mirzə Cəlil. Mirzə Cəlillə bağlı faktları araşdıranda bəzi maraqlı məqamlara rast gəldim. Qulam Məmmədli yazır ki, Mirzə Cəlil Qoriyə oxumağa getmək istəyir. Lakin ailəsi buna razı olmur. Bundan əsəbiləşən Cəlil əlinə ağac alaraq evdəki bütün qab-qacağı sındırır. Ata-anası onun dəli olacağından qorxaraq, getməyinə icazə verirlər... Maraqlıdır ki, Qoridə oxuduğu illərdə Mirzə Cəlil Azərbaycan dilindən və yazıdan “2”, şifahi nitqdən isə 5 qiyməti alırdı.

Digər bir hadisə də rastıma çıxdı: Körpə qızı dayanmadan ağlayanda o qədər əsəbiləşib ki, onu qucağına alıb su quyusuna atmaq istəyir. Amma yarı yolda dayanır və fikrindən daşınır.

1894-cü ildə Nehrəm kəndində müəllim işləyən Cəlil Məmmədquluzadə İrəvan xalq maarif müfəttişliyindən icazə alaraq “Molla İbrahimxəlil kimyagər” komediyasını tamaşaya qoydurur.

Növbəti otağa keçirik. Qonaq otağı. Burada Mirzə Cəlil və ailəsinə məxsus masa, stullar var. Masaya qab-qacaq düzülüb. Bu qablar Mirzə Cəlilin üçüncü həyat yoldaşı Həmidə xanım Cavanşirin qab-qacaq servisidir.

Masanın üzərindəki incə naxışlı süfrə isə Qarabağ sənətkarlarının əl işidir. Otağın sağ divarında rəssam Oqtay Sadıqzadənin çəkdiyi Cəlil Məmmədquluzadə və Həmidə xanımın portretinin reproduksiyası yer alır. Burada həmçinin ədibin övladlarının fotoları, doğum və nikah sənədləri, onun yaxın dostları — “Şərqi-rus” qəzetinin redaktoru Məhəmmədağa Şahtaxtlı və “Molla Nəsrəddin” jurnalının yaradıcılarından, tanınmış yazıçı və jurnalist Ömər Faiq Nemanzadə ilə bağlı materiallar, eləcə də həyat yoldaşı Həmidə xanımın oğlu Nifhətə yazdığı məktub sərgilənir.

Yeganə xanım deyir ki, bu muzeyin yaranması bir az fərqli olub. Buranı qurmaq üçün çatışmayan bəzi əşyaları qonşulardan alıblar. Əlyazmalar institutunun damından da xeyli əşyalar tapılıb.

Divardakı yatmış saat 16:35-i göstərir. Bu tarix maraqlı gəlir:

- Saatın məhz bu tarixdə dayandırılmasının bir mahiyyəti var?
- Bu saatın yox, amma digər otaqdakı saat Mirzə Cəlilin vəfat etdiyi saatda dayanıb.

Divarda Mirzə Ələkbər Sabirin portreti asılıb. Mircə Cəlilin çox assosial insan olduğu deyilir. Lakin Sabirlə yaxın dostluğu var imiş. Hətta Sabir qaraciyər serrozu olanda Mirzə Cəlil onu Tiflisə aparır və orada müalicə etdirir. Həmidə Xanım Cavanşir Sabirin qulluğunda dayanır.

Həmidə xanımın otağına keçirik.

Otaqkı geyim şkafında Həmidə xanıma məxsus kostyum asılıb. Masanın üzərində yerləşdirilmiş çanta isə onun istifadə etdiyi tibb çantasıdır. Yeganə xanım deyir ki, bu çantanı Mirzə Cəlil Moskvadan gəririb. Həmidə xanım Qarabağda yaşadığı dövrdə bu çanta ilə ətraf kəndlərə gedərək xəstələrə peyvənd və dərman çatdırırdı. Şkafda Həmidə xanıma aid ənlik-kirşan qabı var.

Otağın divarlarından birində ailə şəcərəsi təqdim olunur. Eyni zamanda, çarpayının üstündə asılan məşhur Qarabağ xalçası otağa özünəməxsus estetik dəyər qatır. Bu otaq mənə başqa bir əhvalatı da xatırlatdı: Həmidə xanım bir gün Cəlil Məmmədquluzadəni qulluqçusu ilə yataqda yaxalayır. Tüfəngi ona tuşlayıb öldürmək istəyir, lakin sonradan qıymır...

Divarın bir hissəsinin boyası yağış suyuna görə ovulub tökülmüş vəziyyətdədir.

Yeganə xanım bildirir ki, axırıncı dəfə çox pis təmir edilib:

- "Kreativ mod" adı ilə eksponatlar üçün qara fon düzəltdilər, lakin bu, evin orijinallığını itirir. Burada çox gözəl çilçıraqlar var idi, onları götürüb yerinə modern işıqlar quraşdırıblar.

Növbəti otağa keçirik. Bu otaqda Cəlil Məmmədquluzadənin dram yaradıcılığı, əsərlərinin müxtəlif dillərə tərcümələri və xarici ölkələrdə nəşr olunmuş nüsxələri sərgilənir. Burada yazıçının “Ölülər”, “Anamın kitabı” və “Dəli yığıncağı” kimi məşhur dram əsərlərinin müxtəlif illərdə səhnəyə qoyulmuş tamaşalarından fotoşəkillər var. Ədibin şah əsəri sayılan “Ölülər” pyesində Kefli İsgəndər obrazını ilk dəfə canlandırmış görkəmli Azərbaycan aktyoru Mirzəağa Əliyevin fotosu da burada yer alır. Yeri gəlmişkən, Mirzə Cəlil "Ölülər"i real həyatda baş vermiş hadisədən ilhamlanaraq yazıb. Ölü dirildən dərvişlər Seyid Heydər və Seyid Mirzəcan İranın Qaradağ mahalından Cəbrayılın Hörovlu kəndinə gəlmişdilər. 1890-cı illərin əvvəllərində baş vermiş bu hadisə Cəlil Məmmədquluzadəyə ilham qaynağı olmuşdu. Otaqda "Çay dəstgahı" və "Ölülər" əsərinin səhnələşdirilmiş halının maketi qoyulub.


Nəhayət, 5-ci otağa keçirik. Bu otaq Cəlil Məmmədquluzadənin şəxsi dünyasına bir pəncərə açır. Burada onun yazı masası, kitab rəfləri, şəxsi əşyaları və müxtəlif sənədlərin əlyazmaları yer alır. Bu otaq uzun müddət "Molla Nəsrəddin"in redaksiyası kimi istifadə edilib. Mirzə Cəlil, xüsusilə, iş başında olarkən səssizliyi sevirmiş, ən xırda səs belə fikrini yayındırırmış.

“Əl verməmək və uzun danışıqlarla işdən ayırmamaq xahiş olunur” - Bu sözləri Mirzə Cəlil redaksiyanın girəcəyində divara yazıb vurmuşdu. Yazıçı redaksiyaya gəlib çox zaman lüzumsuz söhbətlərlə onun vaxtını alanlardan bezmişdi. Bundan başqa, tanımadığı adamlarla əl tutub görüşdükdən sonra mütləq gedib əllərini yuyurdu.

Ədibin irsini araşdıran tədqiqatçıların, eləcə də “Molla Nəsrəddin” jurnalının yaradıcı heyətinin fotoşəkilləri otağa tarixi bir dəyər qazandırır. Divarda “Molla Nəsrəddin” jurnalının redaksiyasının yerləşdiyi “Qeyrət” mətbəəsinin fotosu da diqqət çəkir. Kitab şkaflarında isə 19–20-ci əsrə aid dəyərli ensiklopedik lüğətlər, Cəlil Məmmədquluzadənin orijinal əsərləri və onun yaradıcılığına dair tədqiqat kitabları yer alır. Otaqda asılmış saatın əqrəbləri yazıçının dünyasını dəyişdiyi an – saat 15:00-da saxlanılıb. Bundan əlavə, onun qələmqabısı, tütün kisəsi, ətir qabı və şəxsi kəməri də ziyarətçilərə təqdim olunur. Bu otaqda da divarın rütubətdən aşınmış hissələri nəzərə çarpır.

Divardan kamança asılıb. Mirzə Cəlil bu kamançada ifa edibmiş. Otaqdakı bir guşədə isə "Molla Nəsrəddin"in orijinal nüsxəsi sərgilənib.

Otaqda soba da var. Bu, Mirzə Cəlilin əsərlərini yandırdığı həmin məşhur sobadır... Soba həmişə soyuq saxlanılır. Mənası isə odur ki, bu soba nə qədər yansa da, həmişə bizi üşüdür, çünki Mirzə Cəlilin əsərlərini yandırdığı sobadır...

Rəhman Mirzəlizadə, Lent.az

Qırğızıstanda Mirzə Qədim İrəvani haqqında mühazirə keçirildi Arzum Onanın yeni filmi - "Bi umut" Nazsızdır fahişələr... - Rüstəm Behrudinin yeni şeirləri
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:189
embedMənbə:https://kulis.az
archiveBu xəbər 12 May 2025 14:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see305

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see298

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see295

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see280

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see279

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see273

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see264

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see261

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see261

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

11 Noyabr 2026 11:22see246

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see245

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see234

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see224

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see223

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see220

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see218

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see216

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see209

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see208

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri