Icma.az
close
up
RU
Gimnaziyanın valideynlərindən ETİRAZ: Bir ildir, məktəbi təmir etmirlər, onlayn rəqs öyrədərlər?

Gimnaziyanın valideynlərindən ETİRAZ: Bir ildir, məktəbi təmir etmirlər, onlayn rəqs öyrədərlər?

Oxu.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Respublika İncəsənət Gimnaziyasında təhsil alan şagirdlərin valideynləri bu gün etiraz aksiyası keçiriblər.

Oxu.Az-a danışan valideynlər qeyd ediblər ki, İncəsənət Gimnaziyası 2024-25-ci tədris ili üçün əsaslı təmirə bağlansa da, heç bir bərpa-quruculuq işi aparılmayıb.

Valideynlərin sözlərinə görə, təmir müddəti bir il olsa da, real iş icra olunmayıb. Onlar qeyd ediblər ki, bu məsələ çoxsaylı şagird və müəllim kontingenti olan məktəbin təhsil işçilərini və valideynlərini aldatmaq deməkdir.

Şikayətçi valideyn Səbinə Abbasova qeyd edib ki, övladı təmirdən öncə sözügedən məktəbdə təhsil alıb:

"Bir il müddətində hər hansı bir iş görmədilər. Ölkədə bir İncəsənət Gimnaziyası var. Bu məktəbə qarşı belə laqeyd münasibət göstərilməməlidir. Bizə deyirlər ki, narahat olmayın, təmir ediləcək. Amma ortada real addım atılmır. Çox nadir hallarda iki-üç usta görürük. İki-üç usta ilə bu məktəbi təmir etmək mümkün deyil. O ustalar da hər gün buraya gəlmirlər. Aidiyyəti qurumlar məsələyə laqeyd yanaşırlar".

Digər şikayətçi valideyn Gültəkin Cəfərovanın sözlərinə görə, uşaqları uzun müddət gimnaziyada səhər növbəsində oxuyublar:

"Övladlarımız indi günorta növbəsində dərsə gedirlər, təhsil aldıqları məktəb isə çox narahat yerdədir. Orada qarışıqlıq və təhlükə çoxdur. Biz övladlarımızın normal təhsil hüququnun bərpa olunmasını istəyirik. Gimnaziya incəsənət sahəsində önəmli şəxsləri yetişdirib. Bizim bu məktəbi seçmə səbəblərimizdən biri də incəsənət sahəsinin olması idi. Uşaqlarımız rəqsi onlayn necə öyrənəcəklər? Onlar indi təhsil aldıqları məktəbdə dərsdən tamamilə soyuyublar, ruhdan düşüblər. Həm mənəvi, həm də maddi baxımdan çətinliklərimiz var. Ya məktəbin bərpa olunmasını, ya da bu profildə başqa məktəbin səhər növbəsində istifadəyə verilməsini istəyirik. Övladlarımız 189-190 saylı məktəbdə ikinci növbədə təhsillərini davam etdirirlər. Uzaq məsafədə yaşayan ailələr var. Axşam saat 18:00-da dərsdən çıxan uşaqlarımız, tıxacı da nəzərə alsaq, saat 20:00 və ya 21:00-da evə çatırlar. Bu isə onların təhsil keyfiyyətinin düşməsinə səbəb olur".

Valideyn Ləman Nuriyeva isə qeyd edib ki, gimnaziyada təhsil alan şagirdlər xüsusi qabiliyyətə malik olduqları üçün burada oxuyurlar:

"Mövcud vəziyyətin bir il davam etməsi onların öz sahələrində bacarıqlarını inkişaf etdirmələrinə mane olur. Gimnaziya ixtisasyönümlüdür, lakin burada təhsil alan şagirdlər köçürüldükləri məktəbdə ixtisas dərsi ala bilmirlər".

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi (MÜTDA) məsələ ilə bağlı Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, Azərbaycan Milli Konservatoriyasının tərkibində fəaliyyət göstərən İncəsənət Gimnaziyasının binasında bərpa işləri çərçivəsində layihə işlərinin təkmilləşdirilməsi mərhələsi artıq başa çatıb.

"Hazırlanmış müvafiq sənədlər aidiyyəti qurumlara təqdim olunub. Yenilənmiş layihə üzrə məktəb binasının əsaslı təmir-bərpa işləri müvafiq qaydada davam edir. Bu yenidənqurma işləri, gimnaziyanın tədris və yaradıcılıq mühitinin daha da yaxşılaşdırılmasına xidmət edəcək", - deyə məlumatda qeyd olunub.

Məhərrəm Əliyev

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:125
embedMənbə:https://oxu.az
archiveBu xəbər 23 May 2025 19:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see246

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see183

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see157

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see146

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see146

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see142

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see139

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see137

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see134

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see133

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see133

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see133

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see128

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see127

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see127

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri