Icma.az
close
up
RU
Zaqatalada gimnaziyanın liseyə çevrilməsinin SƏBƏBLƏRİ MƏLUM OLDU YENİLƏNİB

Zaqatalada gimnaziyanın liseyə çevrilməsinin SƏBƏBLƏRİ MƏLUM OLDU YENİLƏNİB

Lent az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Şəki-Zaqatala Regional Təhsil İdarəsi Zaqatalada gimnaziyanın liseyə çevrilməsinə aydınlıq gətirib.

Qurumdan Lent.az-ın sorğusuna cavab olaraq bildirilib ki, tədrisin keyfiyyətinin yüksəldilməsi, istedadlı uşaqlarla işin təşkili məqsədi ilə adıçəkilən məktəbin liseyə çevrilməsi planlaşdırlır:

"Bildiririk ki,  dəyişiklik nəticəsində təhsilalanların təhsilalma hüququ tam təmin ediləcək, pedaqoji heyətin ixtisarı həyata keçirilməyəcək".

***

saat 12:45

Ötən gün Zaqatalada müəllim və valideynlərin internat tipli gimnaziyanın bağlanmasına etiraz etmələri barədə xəbər vermişdik. 

Hadisə ilə bağlı rəsmi açıqlama verilməsə də Lent.az məslənin mahiyyətini öyrənə bilib. 

Əldə etdiyimiz məlumata görə, Zaqatala şəhər İnteqrasiya təlimli internat tipli gimnaziya 367 şagird təhsil alır. Gimnaziya statusunda olmasına baxmayaraq bu təhsil müəssisəsində göstəricilər rayon üzrə ən sonuncu yerdədir. Hətta bu gimnaziyanın göstəriciləri rayonun ən zəif orta məktəbinin göstəricisindən də aşağıdır. 

Məlumat üçün qeyd edək ki, gimnaziya statusu daşıyan təhsil müəssisələri hər zaman təhsilin keyfiyyəti ilə seçilir. Bu gimnaziyada isə vəziyyət əksinədir. 

Orada təhsilin keyfiyyətini artırmaq məqsədi ilə bəzi təkliflər irəli sürülüb. Bu təkliflərdən biri də təhsil müəssisəsində gimnaziya statusunun ləğv edilməsi və onun bazasında yatılı liseyin yaradılmasıdır. 

Burada təhsil müəssisəsinin bağlanmasından söhbət getmir. Əksinə təhsil müəssisəsinin daha da təkmilləşdirilməsi nəzərdə tutulub. Belə ki, həmin təhsil ocağı lisey statusu alarsa ora ibtidai təhsili bitirmiş və yüksək göstəriciləri olan şagirdlər qəbul olunacaq. Həmçinin orada oxuyan şagirdlər təhsil müəssisəsinin yataqxanasından da faydalana biləcəklər. 

Təhsil müəssisəsinin lisey statusu aldıqdan sonra orada ibtidai təhsilin ləğv ediləcəyi ilə bağlı müəllim və valideynlərin narahatlığına gəldikdə isə bu məsələnin də problemsiz həll ediləcəyi bildirilir. Belə ki, ibtidai siniflərin rayonun başqa məktəblərinə köçürülməsi nəzərdə tutulub. Orada dərs deyən müəllimlərin də digər məktəblərə yerləşdirilməsi təmin olunacaq. 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:105
embedMənbə:https://lent.az
archiveBu xəbər 16 May 2025 19:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see768

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see238

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see209

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see198

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see180

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see170

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see170

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see163

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see159

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see149

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see148

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see148

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see146

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see143

ABŞ də miqrasiya işçiləri onların keçidinə mane olmağa çalışan qadını güllələdi

07 Yanvar 2026 23:46see141

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see140

“O, bizim üçün fundamental oyunçudur” Xabi Alonso Vinisius haqqında

08 Yanvar 2026 00:22see139

Axios: Tramp Qəzza üzrə “Sülh Şurası”nın yaradıldığını elan edə bilər

08 Yanvar 2026 04:37see137

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see136

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri