Icma.az
close
up
RU
Məşhur güləşçilərimizdən federasiyaya etiraz: “Bir ildir ki, maaşlar, mükafatlar verilmir”

Məşhur güləşçilərimizdən federasiyaya etiraz: “Bir ildir ki, maaşlar, mükafatlar verilmir”

Icma.az, sport24.az portalına istinadən məlumatı açıqlayır.

Bu gün güləşçilərimiz etiraz aksiyası keçirib. Sport24.az xəbər verir ki, uzun müddətdir ki, maaş üzünə həsrət qalan güləşçilərimiz, şəraitsizlikdən də şikayətlənirlər.

Etiraza səbəb Azərbaycan Güləş Federasiyasının idmançılara qarşı biganələyidir. Yunan-Roma güləşi üzrə dünya çempionu, “Rio-2016”nın bürünc mükafatçısı Rəsul Çunayev etirazını bu şəkildə dilə gətirib: “Təlim-məşq toplanışı keçmirik. Bir ildir ki, federasiya tərəfindən maaşlar, mükafatlar verilmir. Biz dövlətimizi, vətənimizi təmsil edirik. Əsgərin silahı avtomat olduğu kimi, bizim də silahımız təlim-məşq toplanışlarıdır. Yarışlarda nəticə göstərməyəndə də, tənqid olunuruq. Şərait yaradılanda yüksək səviyyədə çıxış etmişik. Zalda içməyə su belə verilmir. Məşqçilər, işçilər hamısı çıxıb gedib. Heç birimizə maaşlar verilməyib. Cənab prezidentimizin dəstəyi ilə yarışlarda yüksək səviyyədə çıxış etmişik. Ancaq indiki problemlərə görə çıxılmaz vəziyyətdə qalmışam. 3 həftədən sonra dünya çempionatına getməliyik. Uşaqların yarıdan çoxu zədəlidir.   Heç birinin müalicə olunmaq imkanı yoxdur. Məni də müalicə etmədilər, öz hesabıma əməliyyat olunudum. Təsəvvür edin, əməliyyat olunmaq üçün 3 ay gözlədim. Aramızda elə uşaqlar var ki, məşqə gələ bilmirlər. Vəziyyət o qədər acınacaqlıdır ki, xidmətçilər deyir, maşınınızı yuyaq, bizə 5-10 manat verin. Getdik təlim-məşq toplanışına, yemək olmadığı üçün bizi oteldən çıxartdılar. Bizə bir nəfər də çıxıb demir ki, maliyyə ayrılmır. Bu gün, sabah deyə-deyə ilyarımda problemlər davam edir”.

Sərbəst güləş üzrə millimizin üzvü Hacı Əliyev: “İlk növbədə cənab prezidentimizə təşəkkür edirəm ki, bizə hər cür şəraiti yaratmışdı. Amma bu gün bir sıra problemlərlə qarşılaşmışıq. “Rio-2016″da 9 medal qazanmışdıq. Bu, zarafat rəqəm deyil. Bizim bura yığışmağımızın məqsədi odur ki, bu qədər gənclərimiz ciddi problemlərlə üzləşiblər.

Yarıdan çoxu kasıb uşaqlardır. Hamısı bayraq ucaltmaq arzusu ilə alışıb-yanırlar. Günahkar birbaşa federasiyadadır. Olimpiadada qazandığımız mükafatlarıdı da almamışıq. 15 aydır ki, maaş üzünə həsrətik. Dünya çempionatına çox az vaxt qalıb. Bu şəkildə yarışa getməkdənsə, getməmək yaxşıdır”.  

(yenicag.az)  

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:78
embedMənbə:https://sport24.az
archiveBu xəbər 29 Sentyabr 2025 20:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see361

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see236

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see195

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see191

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see183

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see178

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see178

Türkiyədə tanınmış reper həbs edildi

30 Dekabr 2025 03:04see170

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see165

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see160

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see156

Yamal 20+20 qolla yüksək liqa oyunçularının elit siyahısına qoşulub

30 Dekabr 2025 03:09see147

2026 cı ildə Bakıda hansı infrastruktur layihələri REALLAŞDIRILACAQ?

30 Dekabr 2025 14:16see145

AİJA qalibləri açıqladı: Qaynarinfo İlin saytı seçildi

29 Dekabr 2025 18:25see144

Yeni ilin məşhur salatı ilə bağlı dietoloqdan xəbərdarlıq

29 Dekabr 2025 11:41see142

ABŞ ın Mərkəzi Kəşfiyyat İdarəsi Venesuela limanına zərbə endirib

30 Dekabr 2025 09:43see141

Ötən həftə 175 yanğın olub, 7 nəfərin meyiti tapılıb

29 Dekabr 2025 10:05see140

Tramp: “F 35”lərin Türkiyəyə satışı ilə bağlı ciddi müzakirələr aparılır

30 Dekabr 2025 05:45see138

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see136

Tramp Ukraynaya “Tomahawk” raketlərinin tədarükünü şəxsən dayandırdığını deyib

30 Dekabr 2025 02:02see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri