Icma.az
close
up
RU
Gislandinin nasistlər tərəfindən oğurlanmış “Bir xanımın portreti” əsəri Argentinada tapılıb

Gislandinin nasistlər tərəfindən oğurlanmış “Bir xanımın portreti” əsəri Argentinada tapılıb

Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Bakı, 4 sentyabr, AZƏRTAC

Argentinada nasistlərin işğalı zamanı oğurlanmış və onilliklər ərzində itmiş hesab olunan məşhur rəsm əsəri aşkar edilib.

AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, italyan rəssamı Cüzeppe Gislandinin “Bir xanımın portreti” adlı əsəri 80 il ərzində itkin sayılırdı. Lakin ötən ay bu tablo təsadüfən bir daşınmaz əmlak agentliyinin saytında, nasist zabitinin qızına məxsus evin divarında asılmış vəziyyətdə diqqət çəkib.

Məlumata görə, evin keçmiş sahibi, Patrisiya Kadqienin atası Fridrix həmin dövrdə Adolf Hitlerin müavini və Avropada minlərlə incəsənət əsərini talan edən Herman Gerinqin baş məsləhətçisi olub.

Prokurorlar bildiriblər ki, əsər Kadqienin vəkili tərəfindən geri qaytarılıb. Kadqien ilkin axtarış zamanı əsər aşkarlanmadığı üçün ev dustaqlığına məhkum edilmişdi.

Bu iş üzərində çalışan sənətşünas Ariel Bassano jurnalistlərə açıqlamasında əsərin 1710-cu ilə aid olduğunu və “öz yaşına görə yaxşı vəziyyətdə qaldığını” qeyd edib. Yerli “La Capital Mar del Plata” qəzeti əsərin dəyərinin təxminən 50 min dollar olduğunu yazır.

Prokurorluq daha əvvəl açıqlamışdı ki, ailəyə məxsus digər obyektlərdə aparılan axtarış zamanı müharibə dövründə oğurlanmış başqa əşyalar da üzə çıxıb.

Yerli medianın məlumatına görə, Patrisiya Kadqien və onun həyat yoldaşı bazar ertəsindən etibarən üç gün müddətində ev dustaqlığında qalmaq barədə göstəriş alıblar.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:64
embedMənbə:https://azertag.az
archiveBu xəbər 04 Sentyabr 2025 18:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see272

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see215

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see195

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see168

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see162

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see159

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see153

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see152

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see148

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see144

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see143

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see140

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see139

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see138

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see135

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see133

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see133

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see129

Azərbaycanlı aparıcı özündən gözəl QIZI İLƏ VİDEO

18 Yanvar 2026 17:34see127

Sabah qar yağacaq, şaxta olacaq 19.01.2026

18 Yanvar 2026 13:17see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri