Icma.az
close
up
RU
Menu

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2026 cı ilin sentyabr ayında vətəndaşların qəbulu CƏDVƏLİ

Qol vurdu, “ən yaxşı” oldu

Nəsli kəsilməkdə olan növlərin qorunmasını ləğv etdi

“Zirə”dən güclü olduğumuzu göstərmək istəyirik”

“Qayıtmaq yalnız evə dönmək deyil: Qarabağda yenidən qurulan həyat“

İrəvan KTMT dən çıxsa, həssas vəziyyətə düşəcək

Sinan Ayyıldız: Saz Türk dünyası musiqisinin fortepianosu kimidir

Birinci vitse prezident Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak edib

ABŞ nin sanksiyaları iqtisadi terrorizmdi SƏFİR

Yaponiyada ayı xarici turistə hücum ETDİ

Mehriban Əliyeva Bakıda incəsənət məktəbinin AÇILIŞINDA

Bakıda SALAM Beynəlxalq Kino Festivalının ikinci günü: çəkilişlər və səmimi söhbət (Foto)

Məktəbə hazırlıq təkcə geyim, çanta, dəftər deyil: Psixoloqdan valideynlərə məsləhətlər

18 yaşadək uşaqlarda şiş diaqnozları kəskin artıb RƏSMİ

E vitamini ilə zəngin 5 məhsul

Futbolun insanları birləşdirmək gücünə sahib olduğuna qəti şəkildə inanırıq FİFA dan UEFA nın boykotdan imtinasına reaksiya

ABŞ dan yeni SANKSİYALAR növbə italyanlara çatdı...

Hipertoniyadan qorunmaq üçün qidalanmada bu 2 məhsulu azaldın

Ət, süd, yumurta və balda yeni dövlət standartları tətbiq olunacaq

ABŞ da təəccüblü araşdırma! Bu peşələrdə çalışanların xərçəng riski daha yüksəkdir

Gizli mağaralar, min illərin hekayəsi

Gizli mağaralar, min illərin hekayəsi

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakı, 29 sentyabr, Gülay Nəzərova, AZƏRTAC

Azərbaycanın ən qədim yaşayış məskənlərindən biri olan mağaralar əcdadlarımızın izlərini daşımaqla yanaşı, bu gün də turistlərin böyük marağına səbəb olur. Xüsusilə Qobustan rayonunda yerləşən, sirli, maraqlı və az tanınan – Nərimankənd mağaraları insanların diqqətini daim cəlb edir. Bu mağaralar Nərimankənd kəndində, Zəngi çayının sol sahilində yerləşir. Ərazidə ümumilikdə 3 mağara mövcuddur. Peyğəmbər mağarası, Qaranlıq mağara və Qoşa mağara. Hər mağara 3-4 otaqdan ibarətdir.

Qayaların sinəsində oyulmuş bu üç mağaranın sükutu insanı həm qorxudur, həm də keçmişin dərinliklərinə apararaq düşündürür.

Əvvəlcə Qaranlıq mağaraya yönəldik. Yamaclı, dar və sürüşkən cığırdan keçərək içəri daxil olduq. Bura niyə “Qaranlıq” adlanır – artıq səbəbi aydın idi. Hər tərəf qapalı, dərin bir sükut içində idi. Bu daşları necə qazıblar? Kimlər bu qaranlıqda sığınıb? Hansı sirlər gizlənib?” Bu sualların cavabını biz ekspertlərlə söhbətimizdə tapmağa çalışdıq.

Qoruqları İdarəetmə Mərkəzinin sektor müdiri Vahid Şükürov AZƏRTAC-a açıqlamasında bu mağaraların birbaşa qayaların içərisində yonulduğunu və onların yaranma tarixlərinin dəqiq məlum olmadığını bildirib.

“Dərhal nəzərə çarpır ki, onlar əl işidir. Əhəngdaşı divarlar bir-birinə hamar keçidlərlə birləşən bir neçə otaq əmələ gətirəcək şəkildə oyulub. Mağaraların mənşəyi ilə bağlı bir neçə fərziyyə mövcuddur. Onlardan birinə görə, burada qədim insanlar yaşamış ola bilər, lakin bu versiya az ehtimal olunur. Digərinə görə, mağaralar müdafiə istehkamları kimi xidmət edib və insanlar burada sığınacaq tapıblar. Nəhayət, ən inandırıcı görünən fərziyyə dərvişlərlə bağlıdır: ehtimal ki, əvvəlcə təbii oyuqlar mövcud olub, sonradan isə onlar genişləndirilib və tənhalıqda mənəvi məşğələlər üçün uyğunlaşdırılıb. Məlumdur ki, dərvişlər məhz belə yerlərdə sakitlik və dünyadan uzaqlıq axtarırdılar. Ən maraqlı məqam kimi mağaraların ətəyindəki qayalarda yerləşən, ehtimal ki, Tunc dövrünə aid olan “çanaq işarələri” – kiçik çuxurlar da diqqəti cəlb edir. Onlar daha qədim inancların izlərini daşıyır və bu yerlərin hələ qədim zamanlardan insanlara məlum olduğunu göstərir”, - deyə o bildirib.

Ekspert Rövşən Balayev isə bildirib ki, buradakı mağaralardan yerli sakinlər 1918-ci ilin aprel qırğınları zamanı sığınacaq kimi istifadə ediblər. Onun sözlərinə görə, daşnak-bolşevik qüvvələri kənddəki 433 evdən 198-ni yandırıb, canını qurtarmağa fürsət tapmayan 295 nəfəri qətlə yetiriblər. Əlacsız qalan kəndin əli silah tutan sakinləri uşaqları, qadınları, qocaları mağaralara yerləşdirməklə yurdlarının müdafiəsinə və mübarizəsinə qatılıblar. Bir sözlə, bu mağaralar ermənilərin 1918-ci ildəki hücumları zamanı kənd sakinlərinin köməyinə çatıb.

Onun sözlərinə görə, bu gün mağaralar və onları əhatə edən mənzərələr həm təbiətin gözəlliyinin, həm də tarixi sirrin möhtəşəm vəhdətini təşkil edərək istər tədqiqatçıları, istərsə də qədimlik sevərlərini özünə cəlb edir.

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Şabran Regional İdarəsinin Qobustan rayonu üzrə baş mütəxəssisi Ceyhun Qardaşəliyev bildirib ki, “Diri baba” türbəsinin ətrafındakı mağaralarla eynilik təşkil edən Nərimankənd mağaraları müxtəlif vaxtlarda, müxtəlif təyinatlarla istifadə olunub. O qeyd edib ki, mağaralar ilkin ehtimala görə sufi təriqət nümayəndələrinin ibadət yeri olub. Lakin buranın tarixini daha qədimə—ibtidai icma dövrünə aid edən mütəxəssislər də var.

“Mağaralar arxeoloji baxımdan tam öyrənilməsə də, XX əsrin 20-30-cu illərinin hesabatlarında mağaralarda kəşfiyyat xarakterli baxışların olmasına dair qeydlər var. Bundan başqa mağaralar yaxınlığında göl var ki, bu da ərazinin yüksək turizim potensialına malik olduğunu göstərir. Mağaralar Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tərəfindən yeni aşkar olunmuş abidə kimi qeydiyyata götürülüb və qorunur”, - deyə o diqqətə çatdırıb.

Peyğəmbər mağarası və Qoşa mağaranın girişləri uzaqdan sanki sirli qapılar kimi görünürdü. Dar və dik keçidlər, sarkıq daşlar və rütubətli divarlar onları yalnız hazırlıqlı kəşfiyyatçıların girməsi üçün uyğun edirdi. Yerli sakinlər və bələdçilər xəbərdarlıq etdilər ki, oraya çıxmaq üçün kəndir və ip lazımdır, əks halda təhlükə böyükdür. Uzaqdan baxanda Qoşa mağara iki otağın bir-birinə bağlılığı ilə sanki keçmişin səhnələrini gizlədirdi – tonqal alovu, burada sığınan insanlar, dərvişlərin zikr halı… Amma bu səhnələr yalnız təsəvvürdə canlana bilərdi.

Nərimankənd mağaraları təkcə geoloji və arxeoloji baxımdan deyil, həm də tarixi və mədəni dəyəri ilə mühüm əhəmiyyət daşıyır. Bu mağaralar yüzilliklərin sükutunda gizlənmiş həyat izlərini, insan iradəsini və mənəvi axtarışları özündə əks etdirir. Onların qorunması və gələcək nəsillərə çatdırılması həm elmi, həm də mənəvi baxımdan böyük əhəmiyyət kəsb edir. Tədqiqatçılar, turistlər və tarixsevərlər üçün isə bu mağaralar unudulmaz bir səfər və zaman içində səyahət imkanı yaradır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:171
embedMənbə:https://azertag.az
archiveBu xəbər 29 Sentyabr 2025 13:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2026 cı ilin sentyabr ayında vətəndaşların qəbulu CƏDVƏLİ

25 Avqust 2026 18:07see294

Qol vurdu, “ən yaxşı” oldu

25 Avqust 2026 22:16see278

Nəsli kəsilməkdə olan növlərin qorunmasını ləğv etdi

26 Avqust 2026 01:38see273

“Zirə”dən güclü olduğumuzu göstərmək istəyirik”

26 Avqust 2026 01:47see239

“Qayıtmaq yalnız evə dönmək deyil: Qarabağda yenidən qurulan həyat“

25 Avqust 2026 22:22see226

İrəvan KTMT dən çıxsa, həssas vəziyyətə düşəcək

26 Avqust 2026 09:11see218

Sinan Ayyıldız: Saz Türk dünyası musiqisinin fortepianosu kimidir

26 Avqust 2026 18:05see212

Birinci vitse prezident Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak edib

26 Avqust 2026 16:22see210

ABŞ nin sanksiyaları iqtisadi terrorizmdi SƏFİR

26 Avqust 2026 22:40see202

Yaponiyada ayı xarici turistə hücum ETDİ

25 Avqust 2026 19:53see201

Mehriban Əliyeva Bakıda incəsənət məktəbinin AÇILIŞINDA

26 Avqust 2026 16:25see199

Bakıda SALAM Beynəlxalq Kino Festivalının ikinci günü: çəkilişlər və səmimi söhbət (Foto)

26 Avqust 2026 16:51see195

Məktəbə hazırlıq təkcə geyim, çanta, dəftər deyil: Psixoloqdan valideynlərə məsləhətlər

26 Avqust 2026 20:02see192

18 yaşadək uşaqlarda şiş diaqnozları kəskin artıb RƏSMİ

26 Avqust 2026 19:04see187

E vitamini ilə zəngin 5 məhsul

27 Avqust 2026 05:09see182

Futbolun insanları birləşdirmək gücünə sahib olduğuna qəti şəkildə inanırıq FİFA dan UEFA nın boykotdan imtinasına reaksiya

27 Avqust 2026 00:07see179

ABŞ dan yeni SANKSİYALAR növbə italyanlara çatdı...

27 Avqust 2026 00:08see178

Hipertoniyadan qorunmaq üçün qidalanmada bu 2 məhsulu azaldın

26 Avqust 2026 22:02see178

Ət, süd, yumurta və balda yeni dövlət standartları tətbiq olunacaq

26 Avqust 2026 18:38see165

ABŞ da təəccüblü araşdırma! Bu peşələrdə çalışanların xərçəng riski daha yüksəkdir

26 Avqust 2026 21:42see154
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri