Gizli məlumatı mətbuata kim ötürüb?
Icma.az, Cebheinfo portalına istinadən məlumatı açıqlayır.
Milli Kəşfiyyat İdarəsinin direktoru Tulsi Qabbard ABŞ-nin kəşfiyyat orqanından iki məlumat sızması ilə bağlı faktları ölkənin Ədliyyə Nazirliyinə göndərərək cinayət işlərinin açılmasını tələb edib.
"Cebheinfo.az" xəbər verir ki, T.Qabbard "X" sosial şəbəkəsində yazıb:
“Bu gün kəşfiyyat orqanından iki gizli məlumatın sızması ilə bağlı faktları cinayət işi açılması üçün Ədliyyə Nazirliyinə təqdim etdim.” Qabbard əlavə edib ki, yaxın vaxtlarda “The Washington Post” (WP) qəzetinə qanunsuz məlumat ötürülməsi ilə bağlı üçüncü cinayət işinin də açılması gözlənilir.
O bildirib ki, gizli məlumatların sızdırılması ABŞ Prezidentinin gündəmini zəiflətmək məqsədilə partiya maraqları naminə həyata keçirilir . Milli Kəşfiyyat İdarəsinin rəhbəri vurğulayıb ki, gizli məlumatları sızdıran hər kəs aşkarlanacaq və qanun qarşısında tam məsuliyyətə cəlb olunacaq. Qabbard söhbətin hansı konkret materialdan getdiyini açıqlamayıb.
Səbinə Uğur
"Cebheinfo.az"
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:142
Bu xəbər 24 Aprel 2025 10:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















