Icma.az
close
up
RU
Gizli plan ifşa edildi: Tramp Ukraynada yeni oyunlara start verdi

Gizli plan ifşa edildi: Tramp Ukraynada yeni oyunlara start verdi

GlobalInfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Xəbər verdiyimiz kimi, ABŞ və Ukrayna arasında faydalı qazıntılar üzrə saziş imzalanıb. Bu, Vaşinqtonun xarici siyasətinin yalnız hərbi deyil, həm də iqtisadi maraqlar üzərində qurulduğunu bir daha gündəmə gətirib. Bəzi ekspertlərin fikrincə, Kiyevlə bu cür müqavilənin bağlanması, Rusiya və Ukraynanın siyasi mübarizəsindən daha çox, ABŞ-ın geosiyasi və iqtisadi üstünlüyünü təmin etməyə yönəlib. Bildirilir ki, müharibəni Rusiya Prezidenti Vladimir Putinlə ukraynalı həmkarı Volodimir Zelenski başlatsa da, qazanclı çıxan məhz Ağ Ev rəhbəri Donald Trampdır.

Globalinfo.az-a danışan politoloq İlyas Hüseynov deyib ki, ABŞ-ın xarici siyasət konsepsiyası dünyada baş verən mühüm münaqişə ocaqlarına kənardan təsir göstərmək və prosesləri alovlandırmaq üzərində qurulub:

“Vaşinqton məsələnin həll mərhələsində öz milli maraqları çərçivəsində ən uyğun formatı müəyyənləşdirərək prosesə daxil olur. Hər iki dünya müharibəsində bu yanaşma müşahidə olunub. ABŞ-ın strateji məqsədi sərvətlərin bölüşdürülməsi zamanı qazanclı mövqe tutmaq və müharibəni özü üçün əlverişli şəkildə yekunlaşdırmaq olub.”

İlyas Hüseynov

Politoloq hesab edir ki, Rusiya-Ukrayna müharibəsi də ABŞ-ın maraqları çərçivəsində başa çatacaq:

“Vaşinqton bir tərəfdən Ukraynanın mineral ehtiyatlarının işlənməsi, digər tərəfdən isə Rusiya ilə sanksiyaların yumşaldılması fonunda Avropa və digər ölkələrin yarımçıq buraxdığı müəssisə və şirkətlərə ABŞ-ın sahib çıxmasına şərait yaradacaq. Nəticədə onlar böyük iqtisadi gəlir əldə edəcəklər. Rusiya böyük xammal bazasıdır və bu resursların istismarı ABŞ şirkətlərinə milyardlarla vəsait qazandıracaq. Donald Tramp ağıllı siyasətçi və bacarıqlı iqtisadçı kimi tərəfləri danışıqlar masası arxasına əyləşdirmək, həm Nobel sülh mükafatını qazanmaq, həm də iqtisadi dividendlər əldə etmək niyyətindədir”.

Safura Bənnayeva
Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:156
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 02 May 2025 12:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see535

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see482

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see372

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see263

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see263

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see259

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see241

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see241

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see237

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see230

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see226

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see212

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see205

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see202

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see196

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see196

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see192

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see185

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see183

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri