Gizlicə ölkədən çıxarılan İran filmi nümayiş olundu
Icma.az bildirir, Kulis.az portalına istinadən.
İranda sərt senzura və müharibə şəraitində gizlin çəkilən "The Friend's House Is Here" ("Dostunun evi buradadır") filmi sərhəddən kompüter diskində çıxarıldıqdan sonra London Film Festivalında nümayiş olunub.
Kulis.az xəbər verir ki, rejissorlar Hüseyn Keşavarz və Məryəm Atayinin ərsəyə gətirdiyi ekran işi bu il "Sundance" festivalında Münsiflər Heyətinin Xüsusi Mükafatına layiq görülüb.
Tehranda bir evi paylaşan teatr aktrisası Pəri və rəqqasə Hananın həyatından bəhs edən film müstəqil iranlı sənətçilərin müqavimətini əks etdirir.
Əsas səhnələri smartfon və kiçik kameralarla çəkilən lenti ölkədən çıxarmaq üçün komanda üzvlərindən biri sərt internet blokadası və etirazlar fonunda diski digər kadrların arasında gizlədərək Türkiyə sərhədindən keçirib.
Qeyd edək ki, rejissorlar filmi sanksiyalara və təzyiqlərə baxmayaraq yaradıcılığını davam etdirən gənc iranlı sənətçilərə "sevgi məktubu" adlandırıblar.
Ədəbiyyat üzrə Nobel mükafatının qalibi açıqlandı Xalq artisti Mehriban Zəki: ""44" filminin ərsəyə gəlməsində çox böyük sevinc, məsuliyyət var idi" Prezident İlham Əliyev: "Azərbaycan xalqı dünya mədəniyyətinə bir çox dahi şəxsiyyətlər bəxş edib"
Baxış sayı:112
Bu xəbər 13 Oktyabr 2026 10:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















