Icma.az
close
up
RU
“GLOBE International”un baş icraçı direktoru: Bakı İqlim Fəaliyyəti Həftəsi mühüm platformadır

“GLOBE International”un baş icraçı direktoru: Bakı İqlim Fəaliyyəti Həftəsi mühüm platformadır

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

London, 25 sentyabr, AZƏRTAC

Bakı İqlim Fəaliyyəti Həftəsi Azərbaycanda iqlim dəyişikliyi ilə mübarizədə bütün cəmiyyətin səfərbər edilməsində mühüm bir mərhələ oldu. Bu təşəbbüs COP29-a marağı, ictimai diqqəti və fəallığı artırdı. COP29-dan sonra isə onun rolu daha da önəm kəsb edir.

Bu sözləri AZƏRTAC-a müsahibəsində “GLOBE International baş icraçı direktoru Malini Mehra deyib. O, Bakı İqlim Fəaliyyəti Həftəsinin əhəmiyyətindən, COP29-dan sonrakı dövrdə iqlim diplomatiyasındakı inkişaflardan və gözləntilərdən danışıb.

Malini Mehra COP29-dan sonra Bakı İqlim Fəaliyyəti Həftəsinin daha da önəm kəsb etdiyini deyib:

“Bu platforma institusional mirası davam etdirəcək və region üçün iqlim fəaliyyətinin hərəkətverici qüvvəsinə çevriləcək. Bakı İqlim Həftəsi artıq London, Rio, Banqkok kimi şəhərlərdə keçirilən iqlim həftələrinin qlobal ailəsinə qoşulub. Burada məqsəd, sadəcə, müzakirə aparmaq deyil, real fəaliyyət üçün platforma yaratmaqdır”.

O, Bakı İqlim Fəaliyyəti Həftəsindən gözləntilərin çox yüksək olduğunu bildirib. Qeyd edib ki, çoxlu təşəbbüslər mövcuddur və insanlar gördükləri işləri bölüşməkdə həvəslidirlər. Bakı İqlim Fəaliyyəti Həftəsi müsbət platformaya çevrilib: burada ən yaxşı təcrübələr paylaşılır, digərlərinə ilham verilir və əməkdaşlıq güclənir. Onun sözlərinə görə, yalnız birlikdə işləməklə, bir-birimizi ruhlandırmaqla və dəyişiklik üçün sürət toplamaqla uğur qazanmaq mümkündür. Malini Mehra qeyd edib ki, bu il əsas diqqət regionda yaşıl keçidin dəstəklənməsinə yönəlib və maraq da çox böyükdür.

COP29-un Bakıda keçirilməsindən təxminən bir il keçdiyini xatırladan Malini Mehra bildirib ki, son il iqlim diplomatiyası üçün asan olmayıb. Onun sözlərinə görə, bu çətinliklərə baxmayaraq, əksər ölkələr öhdəliklərini yenidən təsdiqləyib və yeni milli iqlim planları (NDC-lər) daha iddialı şəkildə təqdim olunub. Qlobal yaşıl iqtisadiyyat böyüməyə davam edir, bərpaolunan enerji sahəsinə yatırımlar isə hələ də güclü olaraq qalır.

O vurğulayıb ki, yaşıl keçid maneələrə baxmayaraq davam edir. Lakin iqlim təsirlərinin daha ağır və sürətli şəkildə özünü göstərməsi səbəbindən hazırda adaptasiya və dayanıqlılığa diqqət daha da artıb. Bu isə icmaların qorunması üçün çoxdan atılmalı olan addım idi.

Qeyd edək ki, Bakı İqlim Fəaliyyəti Həftəsi sentyabrın 29-dan oktyabrın 3-dək keçiriləcək. “GLOBE International” (Global Legislators Organisation for a Balanced Environment) qlobal miqyasda fəaliyyət göstərən təşkilatdır, əsas məqsədi qanunvericilər arasında iqlim dəyişikliyi, davamlı inkişaf və ekoloji idarəetmə sahəsində əməkdaşlığı gücləndirməkdir.

Aytən Abbaslı

AZƏRTAC-ın xüsusi müxbiri

London

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:97
embedMənbə:https://azertag.az
archiveBu xəbər 25 Sentyabr 2025 20:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

24 nömrəli onbirillik musiqi məktəbində Zəfər günü qeyd edilib FOTO

08 Noyabr 2025 09:02see211

Buxarest Rusiya təbliğatının artmasından narahatdır...

08 Noyabr 2025 18:48see203

Mərhum atasından danışan Röya KÖVRƏLDİ EKSKLÜZİV VİDEO

08 Noyabr 2025 23:07see195

“Vilyarreal” səfərdə “Espanyol”a qalib gəlib

09 Noyabr 2025 02:26see175

Psixoloqlar aşağı zəkanın əlaməti sayılan 4 vərdişi açıqladı

09 Noyabr 2025 07:07see173

Bu rayona yeni polis rəisi təyin edildi

08 Noyabr 2025 14:02see144

Qarabağ Neftçi ni daha çox yenib Bəs Neftçi köhlənlər ə neçə qol vurub?

08 Noyabr 2025 14:23see138

Liqa 1: Marsel darmadağına sevindi

09 Noyabr 2025 02:22see138

Elmar Baxşıyev: Bizdə əsas heyət anlayışı yoxdur

08 Noyabr 2025 19:18see134

Kadinin xəstəxanadan MESAJI: “Geri dönəcəm, sizi sevirəm” FOTO/VİDEO

08 Noyabr 2025 11:53see133

Noyabr bu bürclər üçün sakit və huzurlu keçəcək

08 Noyabr 2025 22:26see131

Qorxaq deputatlar: Rusiya ilə gərginliyi müzakirə etməkdən açıq şəkildə yayınırlar

09 Noyabr 2025 00:17see130

Zəfər turu nun qalibi bəlli oldu

09 Noyabr 2025 21:00see128

“Bəziləri düşünür ki, Konstitusiyamıza hansısa ciddi dəyişikliklər ediləcək” DEPUTAT

09 Noyabr 2025 05:35see127

Ermənistanı revanşizmə həvəsləndirən Makrondur RƏY

09 Noyabr 2025 05:54see126

Vətən müharibəsi mövzulu filmlər açıqlandı Siyahı

09 Noyabr 2025 01:02see125

Ərəb ölkələri ABŞ ın bu planını rədd etdilər

09 Noyabr 2025 06:53see123

Zabitlərimiz paraddan öncə BELƏ sevindi VİDEO

09 Noyabr 2025 00:48see123

Tramp Putin görüşü yalnız bu halda keçiriləcək Siyarto

09 Noyabr 2025 21:10see121

“Monqol əti”nin “halal” standartına uyğunluğu yoxlanılır? RƏSMİ AÇIQLAMA

09 Noyabr 2025 09:01see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri