Icma.az
close
up
RU
“GLOBE”un baş icraçı direktoru: COP29 çox uğurlu keçdi

“GLOBE”un baş icraçı direktoru: COP29 çox uğurlu keçdi

Icma.az bildirir, Bizim media portalına istinadən.

İqlim maliyyəsi hədəfinin üç dəfə artırılması çox əhəmiyyətli nailiyyətdir. Bu, hər kəsi tam razı salmasa da, qlobal səviyyədə mühüm irəliləyişdir.
Bizim.Media xəbər verir ki, bu sözləri “GLOBE” təşkilatının baş icraçı direktoru Malini Mehra AZƏRTAC-a verdiyi açıqlamada deyib. O bildirib ki, təşkilat COP29 çərçivəsində çox fəal parlament pavilyonu təşkil edib və qlobal parlament üzvlərinin əsas əlaqə nöqtəsi olub.
 

Malini Mehra COP29 Sədrliyinin fəal təşəbbüsləri sayəsində tədbirin çox uğurlu keçdiyini deyib və bu nəticələrin gələcəkdə dayanıqlı inkişaf üçün mühüm əsas yaradacağını qeyd edib. Onun sözlərinə görə, COP29 Prezidentliyi çox iddialı bir gündəliyə malik idi və nəticədə bir çox əhəmiyyətli uğurlar və müsbət nəticələr əldə olunub.


COP29-un ən önəmli nailiyyətləri arasında iqlim maliyyəsi hədəfinin üç dəfə artırılması olduğunu qeyd edən Malini Mehra bunu çox əhəmiyyətli nailiyyət adlandırıb. “Bu, qlobal səviyyədə mühüm irəliləyişdir. Bundan əlavə, qlobal karbon bazarları üçün aydın istiqamət müəyyənləşdirildi və Paris İqlim Sazişinin 6-cı bəndi üzrə razılıq əldə edildi. Həmçinin itki və zərərin idarə edilməsi mexanizmi işə salınıb”, - deyə o, qeyd edib.
Malini Mehra vurğulayıb ki, o, COP29-dan əvvəl Bakı İqlim Fəaliyyəti Həftəsində iştirak etmək üçün də Azərbaycan paytaxtında olub, COP29 Sədrliyi tərəfindən COP öncəsi belə genişmiqyaslı bir tədbirin keçirilməsini yüksək qiymətləndirib.
Malini Mehra COP29-da əldə edilən nailiyyətlərin gələcək üçün böyük ümid və əsas yaratdığını vurğulayaraq bu nəticələrdən qürur duyduğunu bildirib.
“GLOBE” (Global Legislators Organisation for a Balanced Environment) qlobal miqyasda fəaliyyət göstərən təşkilatdır, əsas məqsədi qanunvericilər arasında iqlim dəyişikliyi, davamlı inkişaf və ekoloji idarəetmə sahəsində əməkdaşlığı gücləndirməkdir. 1991-ci ildə təsis olunan GLOBE Legislators dayanıqlı inkişaf üçün idarəetmənin təkmilləşdirilməsinə həsr olunmuş, qeyri-partiya və çoxpartiyalı parlament təşkilatıdır.
Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:198
embedMənbə:https://bizim.media
archiveBu xəbər 08 Dekabr 2024 15:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dini və milli tolerantlığın Azərbaycan modeli

07 Avqust 2026 12:23see412

Belçika Qrenlandiyaya qoşun göndərir: Təlimlər başlayır

07 Avqust 2026 14:00see272

Azərbaycan “Qlobal Sülh İndeksi”ndə 110 cu yerdə qərarlaşıb Siyahı

07 Avqust 2026 18:16see226

Bu oteldə qalanlar pul ödəmir, bağ işlərinə kömək edirlər (Foto)

08 Avqust 2026 04:05see219

Xanımının ad günündə ürəyi dayanıb 3 ay əvvəl qəza keçiribmiş

08 Avqust 2026 10:57see207

Səbail in yeni İdarə Heyətinin təqdimatı keçirildi FOTOLAR

07 Avqust 2026 22:21see205

Qızılın bahalaşmasının əsas səbəbi geosiyasi risklərdir İQTİSADÇI

07 Avqust 2026 14:08see194

Səmanın yerə endiyi şəhər... Fotolar

08 Avqust 2026 04:45see186

Kişiləri maqnit kimi özlərinə cəlb edən BÜRCLƏRİN qadınları

08 Avqust 2026 09:10see185

Avropada istidən 25 mindən çox insan ölüb

08 Avqust 2026 00:13see184

Prezidentlər Ağ Evin sahibi deyil, yalnız müvəqqəti sakinidir Trampa ŞOK

08 Avqust 2026 06:06see182

AL: “Beşiktaş”dan səfər qələbəsi YENİLƏNİB

07 Avqust 2026 23:58see173

Beş meymun hekayəsi

07 Avqust 2026 22:15see173

Çay deyil, plastik içirsiniz Ən sağlam çay dəmləmə üsulu

08 Avqust 2026 05:05see165

Tez sıxılır, darıxır... Şənbə günü onlarlıq deyil

08 Avqust 2026 10:34see165

Naxçıvanda avqust ayı üzrə pensiyalar ÖDƏNİLDİ

08 Avqust 2026 10:58see164

“Ərzurumspor” Nərimanı belə qarşıladı Video

08 Avqust 2026 00:22see163

Alimlər Sibirdə metan emissiyalarının artdığını bildiriblər

08 Avqust 2026 06:07see162

İyulun ən güclü Android telefonları açıqlandı Lider təəccübləndirir

08 Avqust 2026 00:26see159

Rusiya Kiyevi ballistik raketlər və dronlarla hədəfə alıb: 3 nəfər həlak olub

08 Avqust 2026 04:33see155
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri