Icma.az
close
up
RU
Gökhan Edman voleybol millimizin hədəfini açıqladı

Gökhan Edman voleybol millimizin hədəfini açıqladı

Icma.az bildirir, Idman.biz saytına əsaslanaraq.

“20 yaşadək voleybolçu qızlardan ibarət Azərbaycan millisi Avropa çempionatının birinci təsnifat mərhələsində (EEVZA – Şərqi Avropa Voleybol Zonal Assosiasiyası çempionatı) ilk “üçlüy”ə düşməyi hədəfləyir”.

Bunu adıçəkilən yığmanın baş məşqçisi Gökhan Edman deyib.

Türkiyəli mütəxəssis millinin turnirə yaxşı hazırlaşdığını söyləyib.

“EEVZA bizim üçün çox önəmli turnirdir. Yaxşı hazırlaşdığımızı düşünürəm. Bu yarışda mübarizə apara biləcək komanda yaratmışıq. Bu yığma ilə çalışan əvvəlki mütəxəssislərə də təşəkkürümüzü bildiririk. Bizə çox yaxşı komanda saxlayıblar. Qrupda Polşa və Latviya ilə mübarizə aparacağıq. Qrupda birinci yeri tutan ilk pillə uğrunda, ikinci olan isə üçüncü yer uğrunda yarışacaq. Rəqiblərimizə qarşı yaxşı mübarizə aparacağımızı düşünürəm. İlk “üçlüy”ə düşməyi xəyal edirik”, - deyə o report.az-a açıqlamasında vurğulayıb.

O, hazırda Qubada təlim-məşq toplanışı keçən komandanın son durumu barədə danışıb:

“Azərbaycana gəldiyimiz gündən iki yaş qrupu ilə işləməyə başladıq. Həm gənc, həm də U-16 qızlarla çalışırıq. Onlarla iki həftəlik təlim-məşq toplanışı keçdik. Seleksiyadan sonra heyətdə müəyyən dəyişikliklər etdik. Qarşıdakı beynəlxalq turnirlərə daha döyüşkən heyət hazırlamaq istəyirik. Yarışlara geniş heyətlə hazırlaşmaq olmur. Hazırda Qubada təlim-məşq toplanışını davam etdiririk. Dil problemi yaşamırıq, idmançılarımız bizi, biz də idmançılarımızı yaxşı tanyırıq”.

Qeyd edək ki, 20 yaşadək qızlardan ibarət komandalar arasında EEVZA çempionatı 22–25 oktyabrda Gürcüstanın Rustavi şəhərində keçiriləcək. Yarışda Azərbaycan, Polşa, Latviya, Ermənistan, Ukrayna, Estoniya və ev sahibi Gürcüstanın milli komandaları iştirak edəcək.

Azərbaycan millisi A qrupunda Polşa və Latviya yığmaları ilə qarşılaşacaq. B qrupunda isə Estoniya, Gürcüstan, Ermənistan və Ukrayna komandaları mübarizə aparacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:120
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 01 Oktyabr 2026 17:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see319

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see307

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see303

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see299

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see299

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see295

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see287

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see283

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see278

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see277

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see253

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see252

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see246

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see245

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see244

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see239

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see233

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see232

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see230

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see228
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri