Gökhan Özen özündən 15 yaş kiçik sevgilisi ilə EVLƏNDİ
Icma.az bildirir, Baku.ws portalına istinadən.
Türkiyəli məşhur müğənni Gökhan Özen ikinci dəfə nikah masasına oturub.
BAKU.WS xəbər verir ki, 46 yaşlı sənətçi uzun müddətdir gözlərdən uzaq münasibət yaşadığı 31 yaşlı Naz Canbazla ailə həyatı qurub.
Cütlük sadə mərasimlə nikah bağlayıb. Gökhan Özen xoş xəbəri sosial media hesabında paylaşdığı sözlərlə açıqlayıb.
"Doğru insanı tapanda hər şey öz yerini tutur. Sevgi, hörmət, sədaqət və bir qadına həqiqətən dəyər verməyin zərifliyi… Gerisi sadəcə detaldır", - deyə müğənni bildirib.
Sənətçi bildirib ki, onlar təmtəraqlı mərasim əvəzinə sevgilərini və bir-birlərinə olan hörmətlərini ön planda tutaraq sadə nikaha üstünlük veriblər.
Gökhan Özen və Naz Canbaz münasibətlərini ilk dəfə 2025-ci ilin avqustunda sosial mediada paylaşdıqları foto ilə ictimaiyyətə açıqlayıblar. Ötən ilin iyununda isə müğənni sevgilisinə evlilik təklifi edib.
Qeyd edək ki, bu, Gökhan Özenin ikinci evliliyidir. O, 2010-cu ildə keçmiş CHP millət vəkili Mehmet Sevigenin qızı Selen Sevigenlə ailə qurub. Cütlük 2016-cı ildə boşanıb. Bu evlilikdən sənətçinin Ada Deren və Derin Su adlı iki qızı var.
Qalereya
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:165
Bu xəbər 15 Avqust 2026 09:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















