Icma.az
close
up
RU
Menu

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

Avromed” direktoru 70 “ç” ilə işdən çıxarıb

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

ChatGPT də problem yarandı

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

Ərdoğan əsəbiləşdi: Qətiyyən qəbul edə bilmərik

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

“Gold Məkan” böyük narazılıq yaradır“ Nərimanov icra başçısı isə… FOTO

“Gold Məkan” böyük narazılıq yaradır“ Nərimanov icra başçısı isə… FOTO

Tribuna saytından alınan məlumata görə, Icma.az bildirir.

Nərimanov rayonu, Faiq Yusifov küçəsi, bina 43 və 43a binalarını qanunsuz şəkildə sökərək yerində çoxmənzilli bina inşa etmək istəyən “Gold Məkan” MMC tikinti şirkəti sakinlərin etirazına, heç bir rəsmi qurumdan icazə almamasına rəğmən artıq bir neçə aydır ki, qanunsuz şəkildə ərazidə söküntü işləri aparır.

Qeyd edək ki, bina sakinləri sözügedən şirkətin onlara təklif etdiyi məbləğlə razılaşmadıqları üçün mənzillərini boşaltmaq istəmirlər. Lakin “Gold Məkan” şirkəti problemi həll etmək, razılığa gəlmək əvəzinə söküntü işlərinə mane olmaq istəyən sakinlərə fiziki zorakılıq tətbiq edir. Binaları söküləcəyi təqdirdə prsosesin qanuni əsaslarla icra olunmasını tələb edən sakinlər isə üzləşdikləri qanunsuzluqlarla bağlı lazımi orqanlara müraciət etsələr də, indiyədək bunun ciddi bir faydasını görmədiklərini deyirlər.

Bu barədə binanın bir qrup sakini adından “AzPolitika”-ya müraciət edən biri Fətullayeva Adilə Adil qızı ötən ilin mart ayından Nərimanov rayon Məhkəməsi tərəfindən aparılan mülki məhkəmə işinin az qala bir il vaxt keçməsinə baxmayaraq hələ də yekunlaşmadığını bildirir: “Nərimanov rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 16(005)- 84/2024 saylı, 12.03.2024-cü il tarixli qərardadına əsasən, məhkəmənin icraatında olan 2(005)-1871/2024 saylı mülki iş üzrə yekun qərar qəbul edilənədək binanın ətrafında söküntü, tikinti və binanı qəzalı vəziyyətə sala biləcək hər hansı bir fəaliyyət göstərilməsi “Gold Məkan” MMC-yə qadağan edilib. Ötən ilin avqustunda ekspertiza təyin olundu. Burada bizim binanın qarşısındakı yataqxanalar söküləcəyi təqdirdə bizə nə dərəcədə ziyan dəyə biləcəyi, yollarda gediş-gəlişin hansı səviyyədə məhdudlaşacağıyla bağlı suallar qoyuldu. 7 noyabr tarixində əraziyə baxış keçirilsə də, Ədliyyə Nazirliyinin Ekpertiza İdarəsindən sorğu ünvanlandı ki, Fövqəladə Hallar Nazirliyinin də nümayəndəsi burada iştirak etsin. Lakin FHN iş çoxluğuna görə nümayəndə göndərə bilmir və bu səbəbdən də rəy almaq mümkün olmur. 6 aydır ki, ekspertizanın rəyini gözləyirik. Hətta bir dəfə rəy verilmədən məhkəməyə məktub göndərilib. Bu səbəbdən hakim Solmaz Ədilova yenidən sorğu ünvanlayıb və ekspertiza rəyi tələb edib”.

Şikayətçi qeyd edir ki, sözügedən müddət ərzində “Gold Məkan” MMC qanunsuz söküntü işlərinə davam edib.

“Fövqəladə Hallar Nazirliyi sözügedən şirkətə qarşı cinayət işi açıb. Müvafiq qurumların qərarlarına baxmayaraq, heç bir sənədi olmayan şirkət hələ də qanunsuz şəkildə yaşayış olan binaları sökməyə davam edir. Bir bina artıq sökülüb. İndi isə ikinci binanı sökürlər”, – deyə şikayətçi qeyd edir.

A. Fətullayeva Nərimanov rayon İcra Hakimiyyətinin fəaliyyətindən narazılıq edir, baş verən hadisələrin bu mərhələyə çatmasında sözügedən qurumu günahlandırır: “Bütün qurumlara müraciət etmişik. Yazmadığımız, qapısını döymədiyimiz qurum qalmayıb. Nərimanov rayon İcra Hakimiyyəti heç nə etmir. Qanunsuz söküntüyə göz yumur. Hakim Meminat Hacyıevanın sədrliyi ilə keçirilən məhkəmədə bildirilmişdi ki, icra hakimiyyətinin nümayəndələrinin məhkəməyə gəlməsi zəruridir. Lakin gəlmədilər. Əvəzində “Gold Məkan”ın nümayəndəsi üçüncü tərəf kimi məhkəməyə gəlmişdi. Lakin biz bildirdik ki, onlar bizə tərəf deyil. Çünki 15 dekabr tarixində FHN-nin qərarı ilə işlər dayandırılıb və onların heç bir icazələri yoxdur. 17 dekabrda isə Nərimanaov Prokurorluğu tərəfindən cinayət işi qaldırlıb. Meminat Hacıyevə məhkəməni təxirə saldı və 17 fevral tarixinə təyin etdi. Nərimanov rayon Məhkəməsinin sədri Həbib Həsənovun göstərişi ilə məhkəmə uzadılır”.

Aidiyyatı dövlət qurumlarının məsələyə etinasız yanaşmasından şikayətlənən A. Fətullayeva sonda sakinlərin adından Prezident İlham Əliyevə müraciət edərək məsələnin araşdırılmasını və bu barədə lazımi tədbirlərin görülməsini xahiş edir:” Dövlət qurumlarının “ötür-ötür” oyunları vətəndaşların böyük narazılığına səbəb olur. Cənab Prezidentdən xahiş edirik ki, vu məsləni nəzarətinə götürsün”.

Qeyd edək ki, yazıda qeyd olunanlarla bağlı adı keçən dövlət qurumları, həmçinin “Gold Məkan” MMC-nin də mövqeyini işıqlandırmağa hazırıq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:149
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 18 Fevral 2025 16:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see411

Avromed” direktoru 70 “ç” ilə işdən çıxarıb

03 Dekabr 2025 11:48see383

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

01 Dekabr 2025 21:20see341

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see317

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see314

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

01 Dekabr 2025 21:53see287

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

01 Dekabr 2025 19:31see276

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

02 Dekabr 2025 08:15see269

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see255

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

01 Dekabr 2025 21:40see241

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

01 Dekabr 2025 23:50see229

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

03 Dekabr 2025 00:42see228

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see227

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

03 Dekabr 2025 00:38see226

Ərdoğan əsəbiləşdi: Qətiyyən qəbul edə bilmərik

01 Dekabr 2025 21:39see198

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

03 Dekabr 2025 00:10see142

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see141

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

02 Dekabr 2025 20:43see140

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

02 Dekabr 2025 15:20see134

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

03 Dekabr 2025 00:24see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri