Gömrük əməkdaşlarından növbəti narazılıq: Gecə saatlarına qədər işləyirik RƏSMİ CAVAB
Icma.az, Oxu.az portalına istinadən məlumat verir.
Bakı Baş Gömrük İdarəsinin, Abşeron, Xocəsən, İpək-Yolu və digər gömrük postlarının əməkdaşları iş vaxtından əlavə xidmətə çağrılmalarından, istirahətin verilməməsi və digər məsələlərdən şikayətçi olduqlarını bildiriblər.
Məsələni dəqiqləşdirmək üçün Dövlət Gömrük Komitəsinə (DGK) sorğu ünvanladıq.
Qurumun Mətbuat Xidmətindən Oxu.Az-a verilən açıqlamada vurğulanıb ki, biznes subyektlərinin müraciətləri əsasında təqdim edilmiş bəyannamələrə uyğun olaraq gömrük rəsmiləşdirilməsinin sürətləndirilməsi, proseslərin davamlılığının təmin edilməsi, sahibkarların vaxt və vəsait itkisinin qarşısının alınması məqsədilə Dövlət Gömrük Komitəsinin tabeliyindəki qurumlarda, o cümlədən Bakı Baş Gömrük İdarəsində xidmət növbəlilik prinsipi əsasında təşkil edilir.
Qeyd edək ki, bu barədə ilk məlumatı Mia.az saytı yayıb. Məlumatda narazı gömrük əməkdaşlarının iş saatlarının 18:00-da bitməli olduğu halda, yüklərin qəbulu, yerləşdirilməsi və müayinəsinin saat 01:00-02:00-a qədər davam etməsindən şikayətçi olduqları qeyd olunub.
Xatırladaq ki, martın əvvəlində Dövlət Gömrük Komitəsi tərəfindən əməkdaşlara məzuniyyətə çıxmağın qadağan edilməsi, ötən ilin oktyabrından bəri ala bilmədikləri əməkhaqqılarını bu il yanvarın sonunda əldə etmələri və Dövlət Gömrük Akademiyasında təhsil alan tələbələrin dekabr və yanvar ayları üçün təqaüdlərini ala bilmədikləri ilə bağlı da məlumatlar mediada yer almışdı.
Əzizə İsmayılova
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:55
Bu xəbər 03 Aprel 2025 12:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















