Icma.az
close
up
RU
Gömrük Komitəsində kütləvi narazılıq: Şahin Bağırov generala tapşırıq verdi, ancaq... Gecə saatlarına qədər işləyən əməkdaşlar kömək gözləyir

Gömrük Komitəsində kütləvi narazılıq: Şahin Bağırov generala tapşırıq verdi, ancaq... Gecə saatlarına qədər işləyən əməkdaşlar kömək gözləyir

Mia.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Dövlət Gömrük Komitəsinin (DGK) əməkdaşları arasında növbəti narazılıq yaranıb.

Mia.az-ın əldə etdiyi məlumata görə, Bakı Baş Gömrük İdarəsinin, Abşeron, Xocasən, İpək-Yolu və digər gömrük postlarının əməkdaşları iş vaxtından əlavə xidmətə çağrılmalarından, istirahətin verilməməsi və digər məsələlərdən şikayətçidirlər.

Narazı əməkdaşlar bildirirlər ki, iş saatı 18.00-da bitməli olsa da, yüklərin qəbulu və yerləşdirilməsi, müayinəsi gecə saat 01:00-02:00-a qədər davam edir. Bu kimi hallar artıq 1 ilə yaxındır ki, davam edir. İşçilərin əmək hüquqlarının pozulması halları onların "WhatsApp" qruplarında və Bakı Baş Gömrük İdarəsinin sistemində açıq-aşkar görünür. 

Onlar bildirirlər ki, bu hallar İpək-Yolu Gömrük Postunda daha çox baş verir. Gecə saat 02:00-da yüklərin daşınması və yerləşdirilməsi bitsə də, həmin saata qədər işləyən işçinin səhər 09:00-da yenidən işdə olması tələb edilir. Məsələ ondadır ki, əlavə iş saatlarına görə hər hansı ödəniş də verilmir. 

Hətta bu məsələlərlə bağlı bir müddət əvvəl Dövlət Gömrük Komitəsinin sədri, general-leytenant Şahin Bağırov tərəfindən Bakı Baş Gömrük İdarəsinin rəisi Elmir Ramazanova tapşırıq verdiyi də bildirilir:

"Həmin tapşırıqdan sonra işçilər arasında növbəli sistem qurulsa da, bu da cəmi 2 həftə davam edib. Hazırda işçilər yenə də ağır rejimdə çalışırlar. Mart ayındakı qeyri-iş günlərində də analoji ağır iş rejimi davam edib".

Qeyd edək ki, narazı əməkdaşlar işlərini itirməmək üçün adlarının çəkilməsini istəmirlər. Onlar məcburiyyətdən bu ağır rejimə dözürlər və məsələnin həll edilməsi üçün DGK sədri Şahin Bağırovdan kömək istəyirlər.

Samir Musayev

MİA.AZ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:138
embedMənbə:https://mia.az
archiveBu xəbər 02 Aprel 2025 17:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see249

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see189

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see175

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see173

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see173

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see166

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see160

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see159

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see151

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see150

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see149

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see143

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see142

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see142

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see140

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see139

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see137

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see135

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see134

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri