Icma.az
close
up
RU
Menu

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

“Eyni tempdə davam edirik” Rui Jorje

İraola: “Belə bir şey baş verməməlidir”

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

Gömrük orqanlarına işə qəbul müsabiqəsi başlayır ŞƏRTLƏR

Gömrük orqanlarına işə qəbul müsabiqəsi başlayır ŞƏRTLƏR

Modern.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Dövlət Gömrük Komitəsi gömrük orqanlarında xidmətə qəbul olmaq istəyən Azərbaycan Respublikasının vətəndaşları üçün növbəti müsabiqə elan edib.

Modern.az xəbər verir ki, gömrük orqanlarında vakant vəzifələrin tutulması ilə bağlı müsabiqədə iştirak etmək üçün müvafiq ali təhsilə malik, vəzifənin tutulması şərtlərinə cavab verən və qanunla müəyyən olunmuş müddətli həqiqi hərbi xidmət keçmiş vətəndaşlar müraciət edə bilərlər.

Azərbaycan Respublikasının 1999-cu il 7 dekabr tarixli 768–IQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Gömrük orqanlarında xidmət haqqında Əsasnamə”yə əsasən aşağıda qeyd olunan şəxslər gömrük orqanlarında xidmətə qəbul edilmirlər:

yaşı 30-u keçmiş vətəndaşlar; Qanunla müəyyən olunmuş müddətli həqiqi hərbi xidmət keçməmiş (qanuni əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olanlar və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilənlər istisna olmaqla) çağırış yaşlı vətəndaşlar; ikili vətəndaşlığı, digər dövlətlər qarşısında öhdəlikləri olan şəxslər, din xadimləri, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilmiş, məhkumluğu ödənilməmiş və ya götürülməmiş şəxslər, tibbi rəyə əsasən fiziki və əqli pozuntularına görə gömrük orqanlarında işləməyə qadir olmayan, gömrük, digər hüquq mühafizə və ya başqa dövlət orqanlarında əvvəllər yol verdiyi kobud nöqsanlara və ya qulluqla bir araya sığmayan hərəkətlərə görə bu orqanlardan xaric edilmiş şəxslər.

Vətəndaşlar gömrük orqanlarında xidmətə qəbul olunarkən təqdim edilmiş sənədlər və məlumatlar qanunvericiliklə müəyyən edilmiş qaydada yoxlanılır.

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 2022-ci il 13 dekabr tarixli 1000/284 nömrəli sərəncamı ilə təsdiq edilmiş "Gömrük orqanlarına xidmətə müsabiqə vasitəsilə qəbul qaydaları haqqında Təlimat"ın 9.8-ci bəndinə əsasən namizəd bu Qaydalarla müəyyən edilmiş şərtlərə cavab vermədikdə, habelə onun tərəfindən təqdim edilmiş məlumat və sənədlərdə bilərəkdən yanlış məlumatların verilməsi aşkar edildikdə, namizədin test imtahanında və (və ya) müsahibədə əldə etdiyi nəticələr etibarsız hesab edilir.

Müsabiqəyə təqdim edilən vakant vəzifələr:

Naxçıvan Baş Gömrük İdarəsi, Hədəfləmə və koordinasiya bölməsi, inspektor  (3 yer) Naxçıvan Baş Gömrük İdarəsi, Skanlaşdırma şöbəsi, inspektor  (3 yer) Naxçıvan Baş Gömrük İdarəsi, “Culfa” gömrük postu, inspektor (2 yer) Naxçıvan Baş Gömrük İdarəsi, “Şahtaxtı” gömrük postu, inspektor (2 yer) Naxçıvan Baş Gömrük İdarəsi, “Sədərək” gömrük postu, inspektor (1 yer) Naxçıvan Baş Gömrük İdarəsi, Monitoriq şöbəsi, inspektor  (1 yer) Xaçmaz Gömrük İdarəsi, Hədəfləmə və koordinasiya bölməsi, inspektor  (1 yer) Xaçmaz Gömrük İdarəsi, “Xudat” gömrük postu, inspektor  (1 yer) Tovuz Gömrük İdarəsi, Metodoloji təminat bölməsi, inspektor (1 yer) Tovuz Gömrük İdarəsi, Əməliyyat və təhqiqat şöbəsi, əməliyyat müvəkkili (1 yer) Balakən Gömrük İdarəsi, Əməliyyat və təhqiqat şöbəsi, təhqiqatçı (1 yer) Gəncə Gömrük İdarəsi, Metodoloji təminat bölməsi, inspektor (1 yer) Gəncə Gömrük İdarəsi, Hədəfləmə və koordinasiya bölməsi, inspektor  (1 yer) Astara Gömrük İdarəsi, Rəsmiləşdirmə Mərkəzi, inspektor (4 yer) Astara Gömrük İdarəsi, Rəqəmsal inzibatçılıq bölməsi, inspektor  (1 yer) Astara Gömrük İdarəsi, Əməliyyat və təhqiqat şöbəsi, təhqiqatçı (1 yer) Astara Gömrük İdarəsi, Hədəfləmə və koordinasiya bölməsi, inspektor  (1 yer) Biləsuvar Gömrük İdarəsi, Rəsmiləşdirmə Mərkəzi, inspektor (1 yer) Biləsuvar Gömrük İdarəsi, Əməliyyat və təhqiqat şöbəsi, əməliyyat müvəkkili (1 yer) Biləsuvar Gömrük İdarəsi, Sənəd dövriyyəsi bölməsi, inspektor (1 yer) Şərqi Zəngəzur Gömrük İdarəsi,"Xudafərin" gömrük postu, inspektor  (1 yer) Şərqi Zəngəzur Gömrük İdarəsi, Skanlaşdırma bölməsi, inspektor  (1 yer) "Şirvan" gömrük postu, inspektor  (1 yer)

Vakant vəzifələr haqqında daha ətraflı məlumatla buradan tanış ola bilərsiniz.

Vətəndaşlar qeyd olunan vakant vəzifələrdən yalnız biri üzrə müsabiqədə iştirak etmək üçün müraciət edə bilərlər.

Gömrük orqanlarında xidmətə qəbul ilə əlaqədar müsabiqə test imtahanı və müsahibə mərhələlərindən ibarətdir. Müsabiqənin test imtahanı mərhələsində iştirak etmək istəyən vətəndaşların qeydiyyatı 2024-cü il noyabrın 21-dən dekabrın 10-dək  aparılacaq.

Müsabiqənin test imtahanı 21 dekabr 2024-cü il tarixində Dövlət İmtahan Mərkəzi tərəfindən keçiriləcək.

Test imtahanı mərhələsində namizədlərə qanunvericilik üzrə 70, məntiqi təfəkkürün müəyyən edilməsi üzrə 15, dünyagörüşü üzrə 15 olmaqla, ümumilikdə 100 test tapşırığı təqdim olunacaq. Hər doğru cavablandırılmış test tapşırığı 1 balla qiymətləndirilir. Səhv cavablar doğru cavabların nəticəsinə təsir göstərmir. Test imtahanında 80 və daha artıq bal toplayan namizədlər müsabiqənin müsahibə mərhələsində iştirak hüququ əldə edirlər. Test imtahanında iştirak edən namizədlərin imtahan nəticələri və Komitədə vakant vəzifələr nəzərə alınmaqla müsabiqə komissiyasının qərarı əsasında müəyyən edilmiş keçid balı aşağı salına bilər.

Namizədlər test imtahanına daha səmərəli hazırlaşmaları üçün aşağıda qeyd olunan test imtahanı proqramları və ədəbiyyat siyahısı ilə tanış ola bilərlər:

Test imtahanı proqramı və ədəbiyyat siyahısı

Test imtahanda iştirak etmək istəyən vətəndaşlar Dövlət İmtahan Mərkəzinin internet saytında (//ekabinet.dim.gov.az) “Şəxsi kabinet”lərini yaratmalıdırlar (bax, “Şəxsi kabinet"in yaradılması və istifadə qaydası”). Şəxsi kabinetin yaradılması zamanı pul hesabı açılır. Namizədin imtahanda iştirak etməsi üçün ödənişin məbləği 118 AZN (ƏDV daxil olmaqla) təşkil edir. “Şəxsi kabinet”də olan pul hesabına vəsait daxil etmək üçün müxtəlif ödəniş üsullarından (ətraflı məlumat burada) istifadə etmək olar.

“Şəxsi kabinet” yaradıldıqdan və hesaba lazımi vəsait daxil edildikdən sonra test imtahanında iştirak etmək üçün Dövlət İmtahan Mərkəzinin internet saytında “Azərbaycan Respublikasının gömrük orqanlarında xidmətə qəbul ilə əlaqədar test imtahanında iştirak etmək üçün onlayn qeydiyyat” elektron xidməti vasitəsilə qeydiyyatdan keçmək lazımdır.

Qeydiyyat zamanı vətəndaş haqqında ümumi məlumatlar (soyad, ad, ata adı, təvəllüd) "Giriş-çıxış və qeydiyyat" idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi və vətəndaşın ali təhsili haqqında məlumatları "Tələbə-məzun" dövlət elektron məlumat sistemi vasitəsilə yoxlanılır.

Qeydiyyatdan əvvəl namizədlər təhsil haqqında məlumatlarının "Tələbə-məzun" dövlət elektron məlumat sistemində olub-olmadığını "Elektron hökumət" portalından Dövlət İmtahan Mərkəzinin "Vətəndaş haqqında "Tələbə-məzun" dövlət elektron məlumat sistemindən çıxarış" elektron xidməti vasitəsilə də öyrənə bilərlər.

Sistemdə müvafiq məlumatlar olmadıqda namizədin qeydiyyatı aparılmır. Bu halda namizəd ona aid məlumatların "Tələbə-məzun" dövlət elektron məlumat sisteminə daxil edilməsi üçün bitirdiyi təhsil müəssisəsinə müraciət etməlidir. Xaricdə təhsil almış namizədlər və sistemdə məlumatları olmayan digər namizədlər Dövlət İmtahan Mərkəzinə (Bakı şəhəri, Nəsimi rayonu, Akademik Həsən Əliyev küçəsi, 299 və ya Dövlət İmtahan Mərkəzinin regional bölmələrinə) müraciət etməlidirlər.

Test imtahanı kağız daşıyıcılar vasitəsilə aparılacaq. Namizədlər “İmtahana buraxılış vərəqəsi”ni qeydiyyat prosesi başa çatdıqdan sonra, imtahana 4-5 gün qalmış DİM-in saytı vasitəsilə çap edə biləcəklər. Bununla bağlı əlavə məlumat veriləcək. Namizəd buraxılış vərəqəsində göstərilən vaxtda və yerdə imtahanda iştirak etməlidir.  

Vakant vəzifə üzrə müsabiqədə ən yüksək nəticə əldə namizəd qalib hesab edilir və həmin namizədin müvafiq vakant vəzifəyə təyinatı nəzərdə tutulur.

Test imtahanının nəticələri, test imtahanında müvəffəqiyyət əldə edən namizədlərin müsahibə mərhələsində iştirakı üçün tələb olunan sənədlər, habelə müsahibələrin vaxtı və yeri barədə əlavə məlumat veriləcəkdir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:155
embedMənbə:https://modern.az
archiveBu xəbər 21 Noyabr 2024 14:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see342

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see313

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see276

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

20 Noyabr 2026 00:06see264

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see260

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see250

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see248

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see246

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see243

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see239

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see235

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see234

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see228

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see223

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see219

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see219

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see219

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see209

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see202

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri