Icma.az
close
up
RU
Gömrük sədrləri COP29da ətraf mühitlə bağlı strateji hədəfləri müzakirə edəcək

Gömrük sədrləri COP29da ətraf mühitlə bağlı strateji hədəfləri müzakirə edəcək

Moderator.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Noyabrın 20-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində “Yaşıl Gömrük: yüksək gömrük rəsmilərinin dialoqu” adlı konfrans keçiriləcək.

Bu barədə Moderator.az-a Dövlət Gömrük Komitəsinin (DGK) Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən bildirilib.

Məlumata görə, DGK-nın təşkilatçılığı ilə keçirilən tədbirdə müxtəlif ölkələrin gömrük xidmətlərinin rəhbərləri və yüksək rəsmiləri, Ümumdünya Gömrük Təşkilatının (ÜGT) nümayəndələri iştirak edəcək.

Konfransın məqsədi ətraf mühitin qorunması istiqamətində gömrük orqanlarına aid məsələlər üzrə strateji hədəflər ətrafında müzakirə aparmaq, ÜGT-nin "Yaşıl Gömrük" konsepsiyasına əsaslanaraq gömrük idarəçiliyində ekoloji məsuliyyət və dayanıqlılığı təşviq etmək, ətraf mühitin mühafizəsində və ekoloji problemlərin həlli sahəsində beynəlxalq əməkdaşlığı gücləndirməkdir.

Açılış mərasimindən sonra konfransın gündəliyindəki məsələlərlə bağlı panel müzakirələr keçiriləcək.

“Yaşıl Gömrük Təşəbbüsü”, “Dövri İqtisadiyyat və Gömrük” panel müzakirələrində “Dayanıqlı ticarət və ətraf mühitin mühafizəsini təşviq etməkdə gömrüyün rolu”, eləcə də “Malların təkrar emalı, təkrar istifadəsi və bərpası ilə bağlı ticarət tendensiyalarının araşdırılması: Dayanıqlı inkişaf və resursların səmərəliliyi strategiyaları” mövzularında məruzələr dinləniləcək, fikir mübadiləsi aparılacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:145
embedMənbə:https://moderator.az
archiveBu xəbər 19 Noyabr 2024 16:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see320

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see279

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see273

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see260

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see255

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see253

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see244

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see244

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see240

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see222

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see219

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see217

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see213

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see208

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see208

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see202

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see202

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see195

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see184

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri