“Google” məşhur xidmətini ləğv edir KONKRET
Icma.az bildirir, Konkret.az saytına əsaslanaraq.
“Google” şirkəti 2026-cı il sentyabrın 4-dən etibarən mobil cihazlarda “Google Assistant” xidmətinin fəaliyyətini mərhələli şəkildə dayandırmağa və onu “Gemini” süni intellekt köməkçisi ilə əvəz etməyə başlayacaq.
KONKRET.az oxuaz-a istinadən xəbər verir ki, bu barədə korporasiya tərəfindən istifadəçilərə göndərildiyi iddia olunan və sosial şəbəkələrdə paylaşılan elektron məktublarda bildirilib.
Bildirişə əsasən, sentyabrın 4-dən sonra bütün istifadəçilər üçün “Google Assistant”ın tamamilə ləğv edilməsi prosesi bir neçə həftə davam edəcək. Bu müddət başa çatdıqdan sonra xidmətdən nə əsas mobil cihazda, nə planşetdə, nə də digər qoşulmuş qacetlərdə istifadə etmək mümkün olacaq. Köməkçini “Salam, Google” ifadəsi ilə çağırdıqda isə artıq birbaşa “Gemini” proqramı işə düşəcək.
“Google Assistant”ın “Gemini” ilə əvəzlənməsi üçün istifadəçinin “Android” cihazı minimum sistem tələblərinə cavab verməli və yeni xidmət müvafiq coğrafi regionda əlçatan olmalıdır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:120
Bu xəbər 06 Avqust 2026 09:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















