Icma.az
close
up
RU
“Google” Yer orbitində süni intellekt serverləri yerləşdirəcək

“Google” Yer orbitində süni intellekt serverləri yerləşdirəcək

Icma.az, Yeniavaz portalına istinadən məlumatı açıqlayır.


“Google” süni intellektin (Sİ) hazırlanması və idarə edilməsi üçün istifadə olunan məlumat mərkəzlərinin artan enerji ehtiyaclarının həlli ola biləcək “Project Suncatcher” adlı iddialı tədqiqat layihəsini təqdim edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “The Verge” nəşri məlumat yayıb.
Məlumata görə, layihə günəş panelləri ilə təchiz edilmiş peyklərdən istifadə etməklə Yerin orbitinə süni intellekt çiplərinin buraxılmasını nəzərdə tutur.
Əgər bu plan reallaşsa, “Google” öz hesablama gücünü 24/7 tükənməz təmiz enerji mənbəyi ilə gücləndirəcəyinə ümid edir.
Orbital mövqeyi sayəsində günəş panelləri demək olar ki, davamlı olaraq elektrik enerjisi istehsal edə biləcək ki, bu da “Google”un hesablamalarına görə, onları Yerdəki oxşar panellərdən səkkiz dəfə daha səmərəli edəcək.
Bu isə şirkətə öz süni intellekt məqsədlərini həyata keçirməyə imkan verəcək. Eyni zamanda, layihə elektrik stansiyalarından çıxan emissiyaların artması ilə bağlı problemləri və və quruda yerləşən məlumat mərkəzlərinin yüksək tələbatla əlaqədar artan enerji xərclərini minimuma endirəcək.
“Google” artıq layihənin təfərrüatları ilə bağlı ilkin hesabatını dərc edib.
Əsas problemlərdən biri peyklər arasında etibarlı rabitənin təmin edilməsidir.
Hesabatda bildirilir ki, yerüstü məlumat mərkəzləri ilə rəqabət aparmaq üçün peyk əlaqələri saniyədə onlarla terabitlik ötürmə qabiliyyətini dəstəkləməlidir. Belə sürətlərə nail olmaq üçün “Google” peykləri bir-birindən kilometr və ya daha az məsafədə yerləşdirərək, klasterləşdirməyi təklif edir.
“Google” mühəndisləri həmçinin TPU-larının kosmosda aşkar olunan yüksək radiasiya səviyyələrinə tab gətirə bilməsini təmin etməlidirlər.
Şirkət artıq “Trillium” çiplərini radiasiyaya davamlılıq üçün sınaqdan keçirib və onların"beş illik xidmət müddətinə tab gətirdiyini” bildirib.
Hazırda TPU-nun kosmosa buraxılması çox baha başa gələcək.
Bununla belə, şirkətin xərclərinin təhlili göstərir ki, 2030-cu illərin ortalarına qədər kosmik məlumat mərkəzinin işə salınması və istismarı xərcləri Yerdəki ekvivalent mərkəzin ildə bir kilovat-saat enerji istehlakı ilə təxminən eyni ola bilər.
“Google” 2027-ci ilə qədər iki prototip peyki orbitdə sınaqdan keçirmək üçün “Planet” şirkəti ilə birgə missiya həyata keçirməyi planlaşdırır.
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:125
embedMənbə:https://yeniavaz.com
archiveBu xəbər 05 Noyabr 2025 17:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see390

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see383

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see259

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see238

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see226

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see220

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see218

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see214

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see213

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see197

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see191

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see185

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see185

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see183

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see179

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see179

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see177

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see174

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see174

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri