“Google”dan təcili xəbərdarlıq: Telefonunuzda bu funksiyanı silin
Tribuna saytından alınan məlumata görə, Icma.az bildirir.
“Google”, kibercinayətkarlar tərəfindən istifadə edilən yeni hücum üsuluna qarşı tədbir görmələri barədə xəbərdarlıq edib.
Fırıldaqçılar mobil şəbəkə tərəfindən bloklanmadan, yaxınlıqdakı mobil telefonlara minlərlə saxta mətn mesajı göndərmək üçün “SMS blaster” adlı funksiyadan istifadə edirlər.
Bu texnologiya ilə mobil telefonlar real telefon qülləsi ilə deyil, 2G şəbəkəsi kimi görünən saxta siqnalla aldadılaraq əlaqəyə girir. Nəticədə qurbanların nömrələri toplanmadan belə, onlara fırıldaq mesajları göndərilir.
Android istifadəçilərinə cihazlarında 2G şəbəkəsini söndürmək tövsiyə olunur.
iPhone istifadəçiləri isə tanımadıqları şəxslərdən gələn mesajları avtomatik süzgəcdən keçirə bilərlər.
Hüquq-mühafizə orqanları vətəndaşları belə mesajlardakı keçidlərə daxil olmamağa və şəxsi məlumatlarını paylaşmamağa çağırır./Milli.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:95
Bu xəbər 30 İyun 2025 15:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















