Icma.az
close
up
RU
Gör ölkə olaraq nə gündəyik ki...

Gör ölkə olaraq nə gündəyik ki...

Icma.az, Oxu.az portalına istinadən məlumat verir.

Kubra Məhərrəmova yazır...

İstənilən orta statistik azərbaycanlıdan soruşsaq ki, dinin nədir? Deyəcək ki, müsəlmanam. Millətin nədir? Deyəcək ki, azərbaycanlı.

Sonra da başlayacaq ki, bəs bizim mentalitet belə, ana-bacı elə, namus-qeyrət də öz yerində. Ən yuxarı başda isə halal-haram haqqında dərin mülahizələr gələcək. Ətrafında olanlar da alqış edəcəklər.

Hər halda gözümüzün qarşısında olan budur. Hər şey bəyaz, gül kimi.

Amma gözümüzün qarşısında olmayan xeyli maraqlı məqamlar var.

"Gecə qara, cücə qara" deyib min oyundan çıxmaq bacarığı məsələn.

Mənəvi məqamların dərin qatlarına getmədən qayıdıram adi, ailə-məişət məsələlərinə. Zibil atmaq məsələsinə.

İllərdir Bakının üç dərdi var: Yol, tıxac və zibil.

Yol və tıxacı bildik. Müvafiq qurumlar həll etməlidir. Çünki bizim həll edəcəyimiz məsələ deyil. Allah qurumlara insaf, bizə də ömür versin ki, gözəl və tıxacsız yolları görək.

Yaxşı, bəs zibil məsələsini nə edək?

Sən demə, zibil atmaq orta statistik azərbaycanlı üçün müşkül məsələ imiş. Ona görə də bunun üçün ən müxtəlif qara-qura yollara əl atırmışlar.

Hava qaralan kimi çoxmərtəbəli binaların eyvan və pəncərələrindən başımıza zibil yağması heç kimi üçün qaranlıq məsələ deyil. Hamının üstünə ən azı bir dəfə göydən zibil düşüb. Heç nə də olmasa, siqaret kötüyünə tuş gəlib.

Maraqlısı odur ki, çoxu əlində günəbaxan tumunu çırtlaya-çırtlaya, çəyirdəyini yerə tökə-tökə məlum vəziyyətdən şikayət edir. Deyəndə ki, "ay anam, ay qardaşım belə eləmə", başlayır adamla dava etməyə. Amma şad xəbərim də var.

Dəyərli bakılılar və şəhərimizin qonaqları, məsələ öz həllini tapdı.

Bundan sonra bu işə də polis nəzarət edəcək.

Çünki başımızın üstündə nəzarət, cəza, cərimə olmadıqca qayda-qanunla yaşaya bilmirik.

Belə ki, binanın pəncərə və eyvanlarından atılan zibillərin əlindən bezən sakinlər kameralar quraşdırıblar. Kompleksin komendantının verdiyi məlumata görə, kameralara polis nəzarət edir.

Belə çıxır ki, toplum və cəmiyyət olaraq (bəzilərini çıxmaq şərti ilə) biz heç zibil atmağın qaydasını da bilmirik. Baxmayaraq ki, kütləvi şəkildə (bəzilərini çıxmaq şərti ilə) bahalı, çoxmənzilli binalara köçmüşük, bahalı liftlərlə yuxarı mərtəbələrə qalxıb, dəbdəbəli təmirli, şəhərsayağı evlərdə yaşayırıq.

Amma ibtidai icma quruluşu davranışından xilas ola bilmirik. Sanki mağara adamını gətirmişik şəhər mühitinə. O da bilmir ki, mağaranın nə içini, nə də çölünü zibilləmək olmaz. Bunun üçün zibil qutuları mövcuddur.

Düşünürəm ki, kamera məsələsini bütün Azərbaycan boyu tətbiq etməliyik. Madam biz "qılınc müsəlmanı" olduğumuzu bir daha sübut edə bildik, deməli elə qılınc da daim başımızın üstündə olmalıdır.

Yeri gəlmişkən, kameralar Bakının Yeni Yasamal ərazisində yerləşən yaşayış kompleksinin ətrafında üzü eyvanlara istiqamətlənərək quraşdırılıb. Sakinlər deyirlər ki, vəziyyəti polis nəzarətə götürəndən sonra yuxarı mərtəbələrdə yaşayanlar daha küçəyə, həyətə zibil atmırlar.

Möcüzə! İllərdir həll edə bilmədiyimiz məsələni kamera və polis nəzarəti həll etdi.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:150
embedMənbə:https://oxu.az
archiveBu xəbər 03 Oktyabr 2025 13:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see460

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see345

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see291

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see287

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see258

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see243

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see240

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see236

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see230

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see230

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see223

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see221

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see220

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see218

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see211

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see202

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see199

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see186

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see185

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri