Goranboyda qəza İki yük maşını toqquşdu VİDEO
Icma.az xəbər verir, Bakupost saytına əsaslanaraq.
Fövqəladə Hallar Nazirliyinə (FHN) Goranboy rayonu, Goran qəsəbəsi ərazisində, Bakı-Qazax avtomobil yolunun 318-ci kilometrliyində yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşın avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub.
Bakupost.az xəbər verir ki, FHN-in məlumatına görə, dərhal hadisə yerinə xilasedicilər cəlb edilib.
Hadisə yerində məlum olub ki, “FORD” və “KAMAZ” markalı yük avtomobillərinin toqquşması nəticəsində qəza baş verib. “FORD”un sürücüsü deformasiyaya uğramış avtomobildə sıxılı vəziyyətdə qalıb.
Xilasedicilər 1990-cı il təvəllüdlü sürücü Qərib Cəfərovu xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:22
Bu xəbər 19 Dekabr 2025 11:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















