Icma.az
close
up
RU
Görkəmli tarzən Əkrəm Məmmədlinin 80 illik yubileyi qeyd olunub AZƏRTAC

Görkəmli tarzən Əkrəm Məmmədlinin 80 illik yubileyi qeyd olunub AZƏRTAC

Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Naxçıvan, 11 yanvar, AZƏRTAC

Naxçıvan Dövlət Milli Dram Teatrında Naxçıvan Dövlət Universiteti və muxtar respublikanın Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə universitetin Konservatoriyasının müəllimi, Prezidentin fərdi təqaüdçüsü, Əməkdar mədəniyyət işçisi, görkəmli tarzən Əkrəm Məmmədlinin 80 illik yubileyi qeyd olunub.

NDU-nun media və ictimaiyyətlə əlaqələr bölməsindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, tədbirdə universitetin professor-müəllim heyəti, incəsənət xadimləri və qonaqlar iştirak ediblər.

Naxçıvan Dövlət Universitetinin İncəsənət fakültəsinin “Xalq çalğı alətləri” kafedrasının kamança müəllimi Bənövşə Rzayeva ustad tarzən Əkrəm Məmmədliyə həsr etdiyi şeiri səsləndirib. Ardınca videoformatda Əkrəm Məmmədlinin ifasında "Orta Mahur" muğamı təqdim olunub.

Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev ustad tarzən Əkrəm Məmmədlinin Azərbaycan musiqi mədəniyyətindəki əvəzsiz rolunu yüksək qiymətləndirib. Qeyd edilib ki, görkəmli tarzən Azərbaycan musiqisinin inkişafında misilsiz xidmətlər göstərir, həm ifaçı, həm də Naxçıvan Dövlət Universiteti Konservatoriyasının müəllimi kimi yeni nəsil musiqiçilərin yetişməsində xüsusi rol oynayır.

Rektor vurğulayıb ki, Əkrəm Məmmədlinin sənəti Azərbaycan musiqisinin zənginliyini dünyaya tanıdan ən dəyərli nümunələrdən biridir. O, təkcə ifaçılığı ilə deyil, pedaqoji fəaliyyəti ilə də musiqi irsimizin gələcək nəsillərə çatdırılmasında əvəzsiz xidmətlər göstərib. Rektor tarzənin sənətə olan sevgisi və fədakarlığının onu musiqi dünyasında ölməz bir sima etdiyini və belə tədbirlərin sənətkarların irsinin yaşadılması və təbliği baxımından əhəmiyyətini diqqətə çatdırıb.

Elbrus İsayev yubilyara elmi-pedaqoji fəaliyyətində yeni uğurlar arzulayıb, ona universitetin fəxri fərmanını və İncəsənət fakültəsi tələbələrinin hazırladığı əl işini təqdim edib.

Naxçıvan Muxtar Respublikası mədəniyyət nazirinin müavini, nazir vəzifəsini müvəqqəti icra edən Həsən Seyidov bildirib ki, Əkrəm Məmmədli mahir pedaqoq, musiqi təşkilatçısı, milli musiqimizin incəliklərini dərindən anlayan musiqi xadimi, hörmətlə anılan yaşlı nəsil nümayəndələrindən biridir.

Sonra ustad tarzənə Mədəniyyət Nazirliyinin fəxri fərmanı və hədiyyəsi təqdim olunub.

Azərbaycan Respublikası Milli Məclisinin deputatı, akademik Rafael Hüseynov videoformatda yubilyarın həyat və yaradıcılığı haqqında fikirlərini bölüşüb.

Azərbaycan Respublikasının Xalq artistləri - Ağaverdi Paşayev, Vamiq Məmmədəliyev, Şəfiqə Eyvazova, Ağasəlim Abdullayev, Möhlət Müslümov, Malik Mansurov, Vasif Allahverdiyev, Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi Nazim Kazımov, professor Arif Əsədullayev, Azərbaycan Respublikasının Əməkdar artisti Tariyel Abbasov, həmçinin Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurası sədrinin müavini Xatirə İbrahimli və başqaları Əkrəm Məmmədlinin sənət yolundan, Azərbaycan və Naxçıvan musiqi mədəniyyətinin inkişafındakı xidmətlərindən söz açıb, hədiyyələrini təqdim ediblər. Qeyd olunub ki, Əkrəm Məmmədli 50 ildən çoxdur ki, tar ifaçılığı və onun tədrisi ilə məşğul olur.

Tədbirdə musiqilər səsləndirilib.

Ustad tarzən Əkrəm Məmmədlinin oğlu Kənan Məmmədli və əmisi oğlu Səfər Əliyev sənətkarın zəngin irsi və musiqiyə verdiyi töhfələrlə ailələrinin qürur duyduğunu qeyd ediblər. Onlar Əkrəm Məmmədlinin sənət və pedaqoji fəaliyyətinin hər zaman böyük hörmət və ehtiramla xatırlandığını vurğulayıblar.

Sonda yubilyar əməyinə və yaradıcılığına yüksək qiymət verildiyi üçün minnətdarlığını bildirib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:219
embedMənbə:https://azertag.az
archiveBu xəbər 11 Yanvar 2025 14:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see292

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see258

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see243

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see242

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see231

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see229

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see228

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see219

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see216

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see216

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see213

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see211

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see202

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see199

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see196

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see191

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see190

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see190

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see189

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri