Icma.az
close
up
RU
Görkəmli media xadimi, ustad qələm sahibi

Görkəmli media xadimi, ustad qələm sahibi

Icma.az, Xalq qazeti portalına istinadən məlumatı açıqlayır.

Tofiq Rüstəmov – 90

Dünən jurnalistlərin bütöv bir nəslinin müəllimi olmuş, çoxsaylı yetirmələrinin çalışdığı “Xalq qəzeti”nə 1990-1995-ci illərdə rəhbərlik etmiş görkəmli media xadimi Tofiq Rüstəmovun anadan olduğu gündə redaksiyamızda anım mərasimi keçirildi.

Unudulmaz baş redaktorun 90 illik yubileyinə həsr edilmiş məclisdə Azərbaycan mətbuat tarixində adı ehtiramla çəkilən, ziyalı mövqeyi, məsuliyyəti, müdrikliyi ilə örnəyə çevrilmiş Tofiq müəllimin zəngin həyat yolu və fəaliyyətindən, yüksək insani keyfiyyətlərindən, yaradıcılığından bəhs olundu.

“Xalq qəzeti”nin baş redaktoru Əflatun Amaşov tanınmış alim və görkəmli ictimai xadim Tofiq Rüstəmovun redaksiyanın tarixində silinməz izlər qoyduğunu, ötən əsrin 90-cı illərinin mürəkkəb ictimai-siyasi şəraitində qəzetin fəaliyyətini xalqın maraqlarına xidmətə məharətlə yönəltdiyinini söylədi:
– Tofiq müəllim həm də böyük jurnalist, tərcüməçi və redaktor idi. 10 ilə yaxın (1979–1988-ci illərdə) jurnalistika fakültəsinin dekanı işləyib. Tərcümə, televiziya və radio jurnalistikası kafedrasının həm yaradıcısı, həm də ilk müdiri olub.

Tofiq müəllim “Xalq qəzeti”nə rəhbərlik etdiyi illərdə mən AZƏRTAC-da baş direktor müavini idim. Bir binada sıx əməkdaşlıq şəraitində çalışırdıq. Tofiq müəllimlə çoxsaylı təmaslarımız olub. Hər söhbətimizdə ondan aldığım müsbət enerji mənə mənəvi güc verirdi. O, son dərəcə bilikli, təcrübəli və mədəni insan idi.

Qəzetin Həmkarlar Komitəsinin sədri Ruslan Rəfizadə Tofiq Rüstəmovun gənc kadrların irəli çəkilməsində ədalətli, qayğıkeş mövqeyindən danışdı:

– Ötən əsrin 70–80-ci illərində jurnalistika fakültəsində tələbələrin təyinatını birbaşa Mərkəzi Komitə verirdi. Bir gün Tofiq müəllim bizə bildirdi ki, “Xalq qəzeti”nin yeni baş redaktoru ondan 4–5 nəfər istedadlı kadr istəyib. O dekan kimi Mərkəzi Komitə ilə məsləhətləşib hazırladığı siyahıya mənim də adımı yazıb.

Onun bu obyektivliyi sayəsində bir neçə nəfər gənc kadr bu redaksiyaya təyinat aldı. Zaman keçdi, o bizim redaktorumuz oldu. Tofiq müəllimin rəhbərliyi altında qəzet sovet dövründən müstəqillik mərhələsinə uğurla qədəm qoydu.

Baş redaktorun birinci müavini Hümbət Musayev mərhum professorun hansı vəzifədə və zirvədə olmasından asılı olmayaraq, hər zaman mənəviyyatını qoruyub saxladığını xüsusilə vurğuladı:

– Tofiq müəllim paralel olaraq 3 əsas müstəvidə çox uğurlu və səmərəli fəaliyyət göstərib. Məmurluq fəaliyyətini kənara qoysaq, o, pedaqoji sahədə, jurnalistika sferasında və elmi yaradıcılıq istiqamətində böyük işlər görüb. Tofiq müəllim bu ağır yükün öhdəsindən ustadcasına gəlmişdi.

Tofiq müəllim, çalışdığı bütün sahələrdə insanlığı hər şeydən öndə tuturdu. İnsan hər zaman mənəvi dəyərləri rəhbər tutanda cəmiyyət tərəfindən də daim xoş xatirələrlə anılır, unudulmur və yaddaşlarda əbədi yaşayır.

Baş redaktor müavini Tahir Aydınoğlu Tofiq Rüstəmovun peşəkarlığı əsas meyar kimi uca tutduğunu və bacarıqlı gənclərə xüsusi qayğı göstərdiyini söylədi:

– Tofiq müəllim tələbələrə atalıq qayğısı göstərirdi, onların uğurlarına sevinirdi. Məhz onun dəstəyi və zəmanəti ilə mən birbaşa AzTV-də işə qəbul olundum. Hazırladığım verilişləri və layihələri izləyir, çox bəyənirdi. Sonra mən “Xalq qəzeti”nə gəldim.

20 Yanvar hadisələrindən sonra redaksiyada rəhbərlik dəyişəndə kollektiv Tofiq müəllimin namizədliyi üzərində dayandı. BDU-ya rektor təklifi alsa da o, tələbələrinin dəvətini qəbul edib “Xalq qəzeti”nə baş redaktor gəldi. O bu redaksiyanı peşəkar jurnalistikanın zirvəsi hesab edirdi.

Qəzetin məsul katibi İlqar Rüstəmov isə Tofiq müəllimin onun taleyindəki müstəsna rolundan və çoxsaylı gənc jurnalistə arxa-dayaq olmasından danışdı:

– Tofiq müəllim mənim xatirimdə həmişə ustad olaraq qalıb. Hələ tələbəlik illərindən ondan çox şey öyrənmişdim. Sonradan tale elə gətirdi ki, Tofiq müəllimlə birlikdə işlədim. O, işçilərinə öz yetirməsi, doğma övladı kimi yanaşırdı, redaksiya bizim üçün bütöv bir ailə idi.

Tofiq müəllim təkcə yazmağı, redaktə etməyi öyrətmirdi, həm də bizə yüksək peşə davranışı qaydalarını, sosial məsuliyyət hissini aşılayırdı. Tofiq müəllimin əsl həyat dərsləri bizə uğurlar qazandırıb.

Qəzetin əməkdaşı Əli Nəcəfxanlı Tofiq Rüstəmovun tələbələr ilə doğma münasibətindən söz açdı:

– 1978-ci ildə jurnalistika fakültəsinə qəbul olunmuşdum. Növbəti ildə isə Tofiq müəllim bizim dekanımız oldu. Qiyabi şöbədə oxuyur və Sumqayıtda işləyirdim. O, qiyabi oxuyan tələbələrin çətinliklərini həssaslıqla duyur, bacardığı köməyi əsirgəmirdi. Onun qayğıkeşliyi yaddaşımda silinməz iz qoyub.

Qəzetin əməkdaşı Məsaim Abdullayev onun tələbəsi olmaqdan qürur duyduğunu bildirdi:

– Ölkənin jurnalist cameəsində Tofiq Rüstəmov qədər sevilən, adı və xeyirxah əməlləri unudulmayan çox az insan görmüşəm. O, son dərəcə nəcib, yüksək əxlaqlı bir ziyalı olaraq hamı tərəfindən birmənalı qəbul edilən şəxsiyyət idi.

Onun sadəliyi, mərdliyi, alicənablığı, xeyirxahlığı, kübarlığı barədə söhbətləri bir yerə toplasalar, bəlkə də qalaq-qalaq kitablar yaranar. Hər şeyi qocaldan zaman onun fiziki yoxluğunu bizlərə unutdura bilmir.

Mərasimdə iştirak edən BDU yeni media kafedrasının dosenti, Tofiq Rüstəmovun həyat və yaradıcılıq yolunu uğurla davam etdirən qızı Sevinc Məmmədova qədirbilənliyə və xoş xatirələrə görə təşəkkürünü bildirdi və ona ünvanlanan sualları cavablandırdı.

– Tofiq Rüstəmovu kamil bir şəxsiyyət kimi oxucularımıza, indiki nəslə necə təqdim edərdiniz?

– Tofiq Rüstəmov çox gənc yaşlarında elmi, dünyagörüşü, savadı ilə seçilmiş, uğur qazanmışdı. Babam Hacı Tağı hərtərəfli ziyalı idi. Dövrünün nadir kitab və jurnallarından, hətta 20-30-cu illərin latın, ərəb əlifbası ilə yazılmış kitablardan ibarət zəngin kitabxanası vardı. Rus, ərəb və türk dillərini bilir, Sabiri, Hadini əzbərdən deyirdi.

Atamın elmi, ədəbiyyatı sevdirən, mütaliəyə maraq yaradan belə bir mühitdə böyüməsinin jurnalist kimi peşəkarlaşmasında, mehriban, qayğıkeş, gözəl dost, məsləhətçi və səmimi insan kimi formalaşmasında rolu əvəzsizdir. Mənim yaddaşımda atam mülayim, qayğıkeş, mərd insan kimi qalıb.

– Azərbaycan Dövlət Universitetinin jurnalistika şöbəsindən başlayan yol radio və televiziya məkanında formalaşan məktəbə çevrildi. Ədəbi redaktə mövzusu isə Tofiq müəllimin yaradıcılığında əsas ana xəttdir.

– Tofiq müəllim jurnalistikanın bütün sahələrində özünü sınamışdı. Redaktor, tərcüməçi, publisist, pedaqoq kimi peşəkarlığı və zəngin təcrübəsi ilə seçilmişdi. Radioda işlədiyi dövrlə bağlı “Radiojurnalistikanın əsasları”, Azərbaycan və rus dillərində “Efirdə addımlar” araşdırma və məqalələri nəşr olunmuşdu. Radiojurnalistikanın formalaşdığı bir vaxtda bu materiallar gələcək elmi araşdırmalar üçün dəyərli mənbələr idi.

İşlədiyi hər yerdə – istər radio, istərsə də qəzetdə redaktəyə xüsusi həssaslıqla yanaşırdı. Bu baxımdan, ədəbi redaktə Tofiq müəllimin yaradıcılığının əsas ana xəttidir. Jurnalistika fakültəsində tədris olunan “Ədəbi redaktə” kursunun proqramı əsasında yazılan “Ədəbi redaktənin əsasları”, “Ədəbi redaktə nəzəriyyəsi və təcrübəsi” adlı dərs vəsaitləri də bu yanaşmanın nəticəsi idi.

– O, həm də alim idi …

– Çalışdığı sahələrdə qazandığı təcrübəni ümumiləşdirərək kitab və elmi məqalələrdə əks etdirirdi. Eyni zamanda jurnalistika nəzəriyyəsi və təcrübəsi, mətbuat tarixinə aid araşdırmalar aparır, elmi və publisistik məqalələr yazır, tərcümələr edir, pedaqoji fəaliyyətlə məşğul olurdu.

Hələ tələbəlik illərindən Ordubadi yaradıcılığına olan marağı 1970-ci ildə filologiya elmləri namizədi alimlik dərəcəsi almaq üçün “M.S.Ordubadinin jurnalistlik fəaliyyəti” mövzusunda dissertasiya, “Alovlarda bərkiyən qələm”, M.S.Ordubadiyə həsr olunan foto-albom və s. tədqiqatlarla nəticələnmişdi.

– Sizcə, o dövrün jurnalistika təhsilində tərcüməçi kadrların hazırlığına önəm verilməsinin səbəbi nə idi?

– 80-ci illərdə Azərbaycan dilində keyfiyyətli tərcümə məsələlərinə, elmi və bədii ədəbiyyatın nəşrinin artırılmasına xüsusi diqqət var idi. Tərcümə sənətkarlığı, tərcümə nəzəriyyəsi və s. ixtisas dərslərində Tofiq müəllim tələbələrə bu sahənin incəliklərini öyrədir, tərcümənin əsasları ilə bağlı elmi məqalələr yazır, yeni əsərləri, jurnalistikaya aid nəzəri materialları təhlil edirdi. O, mətni, sadəcə, başqa dilə köçürmür, müəllifin üslubunu və əsərin ruhunu özünəməxsus sənətkarlıqla canlandırmağa çalışırdı.

Lev Ginzburqun böyük əks-səda yaradan “O dünyada görüşlər” əsərinin tərcüməsi də məhz bu yanaşmanın nəticəsi idi. Bundan əlavə, o, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında səhnələşdirilən F.Dürrenmattın “Böyük Romul” komediyası, Sumqayıt və Lənkəran Dövlət Akademik Milli Dram teatrlarında səhnələşdirilən B.Caqarovun “Prokuror” pyesinin tərcüməçisi kimi də tanınmışdı. Onun tərcümələri arasında dekabrist Bestujev-Marlinskinin “Molla Nur” povestini ayrıca qeyd etmək istəyirəm. Əsər 20 il ərzində ərsəyə gələn bir araşdırma idi.

– Jurnalist, redaktor, tərcüməçi, alim və pedaqoq Tofiq Rüstəmov özünü hansı sahədə daha dolğun ifadə edirdi?

– Onun fəaliyyətini bir sahə ilə məhdudlaşdırmaq çətindir. Fikrimcə, atam ən çox müəllim, pedaqoq idi. Sadəcə, bilik vermək deyil, düşüncə formalaşdırmaq və həqiqəti gələcək nəsilə ötürmək amalı ilə yaşayırdı. İllərlə eyni fənləri tədris etməsinə baxmayaraq, hər dərsə xüsusi hazırlaşır, mövzuya aid qeydlər aparır, yeni nümunələr seçirdi. Atamın pedaqoji yanaşması bizə örnəkdir. Onun tələbələrə arzusu gəncliyin qədrini bilmək, qələmin hörmətini uca tutmaq və peşə şərəfini daim qorumaq idi.

– Bir müsahibəsində ona ünvanlanan “Jurnalist nəyi bilməlidir?” sualına Tofiq müəllim qısa cavab vermişdi: “Jurnalist nəyi bilməməlidir?..”

– Onun fikrincə, əsl jurnalist geniş dünyagörüşlü, yüksək mədəniyyətli, araşdırma, təhlil bacarığı olan şəxs idi. Davranış, ünsiyyət və nitq mədəniyyətini xüsusi vurgulayırdı. Özü də bu prinsiplərə bağlı, şəxsiyyəti ilə bu dəyərlərin canlı nümunəsi idi.

Mehparə ƏLİYEVA
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:134
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 19 May 2026 11:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Prezident Şuşadan hansı mesajları verdi?

14 İyul 2026 12:44see347

“Qəbələ” futbolçusunu Slovakiya klubuna satdı BU MƏBLƏĞƏ

14 İyul 2026 02:46see264

Dondurma dadında banan

13 İyul 2026 18:44see237

Çempiondan ayrılan Elvin bu klubla müqavilə bağlayır

14 İyul 2026 02:17see235

“Eyni dildə danışan insanlar bəzən bir biri ilə vuruşurlar”

14 İyul 2026 00:23see228

Panik atak və infarktı necə ayırd etmək olar?

14 İyul 2026 00:01see225

Avtomobildən zibil atanları hansı cəza gözləyir?

14 İyul 2026 11:51see225

Baş nazirdən Bakı Şəhər İcra Hakimiyyəti ilə bağlı QƏRAR

14 İyul 2026 17:15see198

Günə baxırlar... Fotolar

14 İyul 2026 01:47see190

Seneqal millisinin əsas həkimi ginekoloq imiş

14 İyul 2026 01:27see183

İlham Əliyev: “Bizim daxili risklərimiz yoxdur, bütün təhdidlər sərhədlərimizdən kənarda yaranır“

13 İyul 2026 21:13see176

III Çarlz dörd ildən sonra şahzadə Harri və ailəsi ilə GÖRÜŞDÜ

13 İyul 2026 21:39see172

Daha bir ölkədən Rusiyaya SANKSİYA xəbəri...

15 İyul 2026 03:05see171

“” və “”la bağlı gözlənilməz QƏRAR

13 İyul 2026 20:48see168

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Slovakiya Prezidenti Peter Pelleqrinin Azərbaycana səfəri ilə bağlı daha bir paylaşım olunub (Video)

14 İyul 2026 20:45see165

Zelenski: Ukraynaya 300 raket lazımdır

14 İyul 2026 05:14see163

Rəşad Sadıqov: “Gələcəyimi “Zirə”də görürəm”

15 İyul 2026 01:04see162

Polad Həşimovun şəhadətə ucalmasından altı il ötür

14 İyul 2026 00:04see159

Zinəddin Zidan DÇ 2026 dan sonra Fransa millisini çalışdıracaq

15 İyul 2026 03:31see157

D 8 təşkilatının Baş katibi: Üzv dövlətlərlə praktiki əməkdaşlıq güclənəcək

13 İyul 2026 18:51see157
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri