Icma.az
close
up
RU
Görmə məhdudiyyəti olan şagird məktəbin pəncərəsindən yıxıldı

Görmə məhdudiyyəti olan şagird məktəbin pəncərəsindən yıxıldı

Icma.az, Oxu.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Anadangəlmə görmə məhdudiyyəti olan məktəbli təhsil aldığı internatda pəncərədən yıxılıb.

Oxu.Az Xəzər TV-yə istinadən xəbər verir ki, hadisə 5 nömrəli Respublika xüsusi internat məktəbində baş verib.

Ciddi xəsarət alan uşaq təcili xəstəxanaya çatdırılıb.

Valideyn Asim Seyidov iddia edir ki, oğlu 2-ci mərtəbədə pəncərədən yıxılmazdan əvvəl yarım saat nəzarətsiz qalıb. O, bu məsələdə müəllimləri ittiham edir. Valideynin iddiasına görə, hadisəyə səbəb uşaqlar arasındakı narazılıq olub.

Asim Seyidov deyir ki, görmə qabiliyyəti tam və qismən məhdud olan uşaqların təhsil aldığı 5 nömrəli Respublika xüsusi internat məktəbinin birinci mərtəbəsindəki pəncərələrdə məhəccərlər olsa da, ikinci mərtəbədə bu məsələ gözdən qaçıb.

Bakı Şəhəri Təhsil İdarəsindən bildirilib ki, sağlamlıq imkanları məhdud uşaqlar üçün 5 nömrəli Respublika xüsusi internat məktəbinin VII sinif şagirdi oktyabrın 20-də II mərtəbənin pəncərəsindən yıxılıb. Məktəb rəhbərliyi tərəfindən dərhal təcili tibbi yardım çağırılıb. Şagirdə ilkin tibbi yardım göstərilib və müayinə üçün səhiyyə müəssisəsinə aparılıb. Məsələ ilə əlaqədar şagirdin valideynlərinə və aidiyyəti qurumlara məlumat verilib. Həmçinin məktəbin Pedaqoji şurası çağrılaraq müəllimlərlə söhbət aparılıb, şagirdlərin təhlükəsizliyinin təmin olunmasına diqqətin daha da artırılması istiqamətində müvafiq tapşırıqlar verilib. O da qeyd olunub ki, hazırda şagirdin vəziyyəti qənaətbəxşdir.

Məktəbin 2-ci mərtəbəsində pəncərələrin məhəccərlərinin olmaması məsələsinə gəldikdə isə Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, təhsil müəssisələrinin bina və qurğularının istismarı zamanı yanğın təhlükəsizliyi qaydaları qanunla tənzimlənir. Belə ki, 2004-cü ildən etibarən təhsil müəssisələrinin binalarında, tikililərində və otaqlarında pəncərələrdə açılmayan dəmir barmaqlıqların quraşdırılması qadağan olunub.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Görmə məhdudiyyəti olan şagird məktəbin pəncərəsindən yıxıldı

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:331
embedMənbə:https://oxu.az
archiveBu xəbər 22 Oktyabr 2025 23:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see802

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see551

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see331

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see305

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see290

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see278

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see276

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see269

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see258

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see257

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see246

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see241

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see216

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see216

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see204

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see200

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see199

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see187

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see185

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri