Icma.az
close
up
RU
“Görün, yaponlar və koreyalılar nə qədər geridə qalıblar...” Keçmiş deputat MŞ sədrinə müraciət etdi

“Görün, yaponlar və koreyalılar nə qədər geridə qalıblar...” Keçmiş deputat MŞ sədrinə müraciət etdi

Azpolitika.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Keçmiş deputat, elm-təhsil sahəsi üzrə mütəxəssis Etibar Əliyev Mətbuat Şurasının sədri Rəşad Məcidin qəzetlərin bağlanması barədə fikirlərinə münasibət bildirib.

“AzPolitika” xəbər verir ki, “Facebook” səhifəsində müraciətini ictimailəşdirən E.Əliyev, əvvəlcə R.Məcidin müsahibəsindən sitat gətirib: "Qəzetlərin gəlir yeri reklamlardır, bu isə yoxdur. Qəzet satışı sıfırlanıb, yeni nəsil qəzet oxumur, bəziləri isə heç onun nə olduğunu bilmir. Təəssüf ki, Azərbaycanda yazılı mətbuat son günlərini yaşayır. Mən düşünmürəm ki, onu xilas etmək mümkündür. Çünki dünya tamamilə dəyişib, yeni nəslin qəzet yaddaşı yoxdur. Yalnız köhnə nəslin nümayəndələrindən bəziləri qəzet oxuyur”.

Keçmiş deputat qeyd edir ki, qəzet arxivdir, yaddaşdır, sayt isə efemer xəbərlər seriyasından başqa heç nə deyil. E.Əliyev vurğulayır ki, qəzet çapının fəlsəfəsi dəyişməlidir. “150 ildən çox tarixi olan qəzet ənənəsini necə yox etmək olar? Ölkənin filoloqları və tarixçilərinin əksəriyyəti qəzetləri mənbə kimi götürərək alimlik dərəcəsi alıblar”, - o əlavə edib.

Keçmiş millət vəkili hazırda da 1 milyon tirajla çap olunan "Literaturnaya qazeta"ya abunə olduğunu xatrladıb: "İnostrannaya literatura" jurnalı isə məzmunu daha da zənginləşdirir. Azərbaycanın ən sanballı futuristi (gələcəyi təsvir edən) Mirzə Ələkbər Sabir imiş... Görün, təxminən 130 il bundan əvvəl nə deyib:

Düşdü bütün qəzetlər qiymətdən, ay can, ay can!...

Xalqın canı qurtardı töhmətdən, ay can, ay can!...

E.Əliyev daha sonra yazır: “Dəyərli dost! Görün, yaponlar və koreyalılar nə qədər geridə qalıblar: Cənubi Koreyada gündəlik 14 milyon tirajla 100 qəzet çıxır.

“Çoson ilbo” - 2 miliyon tirajla (1920-ci ildən çıxır)

“Tona ilbo” - 1 miliyon tirajla (1920-ci ildən çıxır)

“Xanquk ilbo” - 2 miliyon tirajla (1954-cü ildən çıxır)

“Seul Sinmun” - 700 min tirajla (1945-ci ildən çıxır)

və digər qəzetlər...

Ölkədə 102 televiziya kanalı (həmçinin 60 kabel televiziyası), 150 radiostansiya fəaliyyət göstərir.

Yaponiyada cəmi 5 milli gündəlik qəzet çıxır:

“Asaxi simbun” -12 milyon tirajla (1879-cu ildən çıxır)

“Yemiuri simbun” -14 milyon tirajla (1874-cü ildən çıxır)

“Mayniti simbun” -5.6 milyon tirajla (1872-ci ildən çıxır)

“Nixon keydzay simbun” - Yapon iqtisadiyyat qəzeti-4.6 miyon (1876-cı ildən çıxır)

“Sankey simbun” - Sənaye-iqtisadiyyat qəzeti- 1,6 milyon tirajla (1933-cü ildən çıxır)”.

E. Əliyev adıçəkilən qəzetlərin ikisinin iqtisadiyyata aid olduğunu qeyd edir.

“AzPolitika.info”

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:45
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 06 Noyabr 2025 12:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see164

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see163

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see162

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see160

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see151

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see149

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see147

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see140

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see138

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see138

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see133

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see132

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see130

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see130

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see129

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see128

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see126

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see126

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see126

Zelenski bir neçə regional rəhbəri vəzifədən azad etdiZelenski bir neçə regional rəhbəri vəzifədən azad etdi

22 Dekabr 2025 06:18see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri