“Görünən odu ki, “Neftçi”yə qələbə qazanmaq üçün iki top da bəs etmir” niyə?
Footbal-plus portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Bu gün ölkənin ən titullu klubları üz-üzə gələcək. “Qarabağ” “Neftçi”ni qəbul edəcək. Tofiq Bəhramov adına Respublika stadionundakı görüş bu rəqiblərin ölkə çempionatındakı 99-cu dueli olacaq.
Turnir cədvəlindəki durum bəllidi. Bəs bu gün “Neftçi”ni daha şanslı edən, onun mümkün qələbəsindən xəbər verən heç olmasa, bir dəlil varmı? Ümumiyyətlə, bugünkü oyunun axarını necə təsəvvür edirsiz? “Football-plus.az” bu sualları təcrübəli mütəxəssis Arif Əsədova ünvanlayıb:
“Bu komandaların dueli daim intriqa daşıyıb. “Qarabağ” hazırda çempionluq uğrunda mübarizə aparır, “Neftçi” isə kuboku düşünür. Bakılıların çempionat yolu ilə avrokuboklara yollanmaq şansı yoxdu. Sıradan bir oyun kimi ona baxmaq olar. “Neftçi”nin də şansı var ki, “Qarabağ” üzərində qələbə qazansın. Maraqlı oyun olacaq. Üstünlük “Qarabağ”ın tərəfindədi. “Neftçi” qapısında top görməmək şərti ilə qol vurmalıdı. “Zirə” ilə oyunda 2 top vursa da, qapısında 4 qol gördü. Görünən odu ki, “Neftçi”yə qələbə qazanmaq üçün iki top da bəs etmir. Müdafiədəki problemlər açıq-aşkar görünür”.
ƏSƏD SEYİDOV
 Bu mövzuda digər xəbərlər:
Bu mövzuda digər xəbərlər: Baxış sayı:135
Baxış sayı:135 Bu xəbər 19 Aprel 2025 16:14 mənbədən arxivləşdirilmişdir
Bu xəbər 19 Aprel 2025 16:14 mənbədən arxivləşdirilmişdir



 Daxil ol
Daxil ol
 Xəbərlər
Xəbərlər Hava
Hava Maqnit qasırğaları
Maqnit qasırğaları Namaz təqvimi
Namaz təqvimi Qiymətli metallar
Qiymətli metallar Valyuta konvertoru
Valyuta konvertoru Kredit Kalkulyatoru
Kredit Kalkulyatoru Kriptovalyuta
Kriptovalyuta Bürclər
Bürclər Sual - Cavab
Sual - Cavab İnternet sürətini yoxla
İnternet sürətini yoxla Azərbaycan Radiosu
Azərbaycan Radiosu Azərbaycan televiziyası
Azərbaycan televiziyası Haqqımızda
Haqqımızda 
 
 
 
 TDSMedia © 2025 Bütün hüquqlar qorunur
TDSMedia © 2025 Bütün hüquqlar qorunur
 







 Günün ən çox oxunanları
Günün ən çox oxunanları



















