“Görünən və görünməyən Səməd Vurğun”: Muzeydə maraqlı görüş
Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Bakı, 3 noyabr, AZƏRTAC
Səməd Vurğunun ev-muzeyində görkəmli şairin həyat və yaradıcılığının az məlum olan məqamlarına həsr edilmiş “Görünən və görünməyən Səməd Vurğun” adlı görüş keçirilib.
AZƏRTAC xəbər verir ki, görüşdə bir sıra ali məktəblərin müəllim və tələbələri, eləcə də ədəbiyyatsevərlər iştirak ediblər.
Səməd Vurğunun ev-muzeyinin direktoru Vurğun Vəkilov görüşün əhəmiyyətindən danışıb, qonaqları muzeydə görməkdən məmnunluğunu ifadə edib. O, belə görüşlərin Səməd Vurğunun zəngin irsinin öyrənilməsi və gənc nəslə çatdırılması baxımından əhəmiyyətini vurğulayıb.
AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Aslan Salmansoy Xalq şairi Səməd Vurğunun şəxsiyyəti, həyat və yaradıcılığının az məlum olan maraqlı məqamları, eləcə də Azərbaycan ədəbiyyatındakı mövqeyi barədə danışıb. O, apardığı tədqiqatlar zamanı şairin 20-yə yaxın naməlum şeirini üzə çıxararaq elmi ictimaiyyətə və oxuculara təqdim etdiyini, onlarla şeirinin əsas mətnini və yazılma tarixini dəqiqləşdirdiyini diqqətə çatdırıb.
Bildirilib ki, bu tədqiqatlara əsasən Səməd Vurğunun ədəbi irsinin bərpası, əlyazmalarının tekstoloji araşdırılması, eləcə də şairin ideoloji baxışlarının obyektiv şəkildə işıqlandırılması istiqamətində iş aparılır.
Görüş zamanı şairin az tanınan əsərlərinin əlyazmaları da iştirakçılara nümayiş etdirilib.
Tədbir sual-cavab formatında davam edib. Tələbələr Aslan Salmansoya onları maraqlandıran sualları ünvanlayıb.
Görüşün sonunda maraqlı sualları ilə fərqlənən tələbələr mükafatlandırılıblar.
Qeyd edək ki, görüşün əsas məqsədi Səməd Vurğunun zəngin ədəbi irsini təbliğ etmək və gənc nəsildə şairin yaradıcılığına marağı artırmaqdır.
Müxbir – Lalə Minasazova
Fotoqraf – Orxan Kərimov
Baxış sayı:109
Bu xəbər 03 Noyabr 2026 16:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















