Göyçayda “KOB FEST” sərgisatış yarmarkası keçiriləcək
Icma.az xəbər verir, Sia Az saytına əsaslanaraq.
Dekabrın 3-5-də Göyçay rayonunda “KOB FEST” sərgi-satış yarmarkası keçiriləcək. Bu barədə SİA İqtisadiyyat Nazirliyinin tabeliyindəki Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə istinadən xəbər verir.
Məlumata görə, KOBİA-nın təşkilatçılığı ilə keçiriləcək yarmarkaya qatılmaqla KOB subyektləri istehsal etdikləri məhsul və xidmətləri geniş istehlakçı auditoriyasına tanıda, satış imkanlarını artıra və yeni biznes əlaqələri qura biləcəklər.
Yarmarkada məhsul və xidmətlərini təqdim etmək istəyən Göyçay və ətraf bölgələrdən olan KOB subyektləri noyabrın 29-dək Agentliyin saytındakı müvafiq formanı doldurmaqla müraciət edə bilərlər: https://smb.gov.az/az/contact-form/exhibition-form/1 (“İştirak etmək istədiyiniz tədbir” bölümündə “KOB Fest – Göyçay” qeyd olunmalıdır).
Mikro və kiçik sahibkarların yarmarkada iştirak etməsi üçün ödəniş nəzərdə tutulmur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:163
Bu xəbər 25 Noyabr 2024 15:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















