Icma.az
close
up
RU
Azərbaycandan Bolqarıstana qaz ixracı 44 faiz azaldı

Azərbaycandan Bolqarıstana qaz ixracı 44 faiz azaldı

Icma.az bildirir, Bakivaxti portalına istinadən.

Bu ilin yanvar-avqust aylarında Azərbaycandan Bolqarıstana 255,995 milyon ABŞ dolları dəyərində 826,929 milyon kubmetr təbii qaz (qaz halında) ixrac edilib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin hesabatında bildirilib.

Məlumata əsasən, ötən ilin eyni dövrü ilə müqayisədə Azərbaycandan Bolqarıstana təbii qaz ixracının dəyəri 201,9 milyon ABŞ dolları və ya 44,1%, həcmi isə 406,6 milyon kubmetr və ya 33% azalıb.

Ümumilikdə isə 2026-cı ilin yanvar-avqust aylarında Azərbaycandan 8 ölkəyə 5,711 milyard ABŞ dolları dəyərində 16,378 milyard kubmetr təbii qaz (qaz halında) ixrac edilib. Bu, keçən ilin eyni dövrü ilə müqayisədə dəyər baxımından 286,011 milyon ABŞ dolları və ya 4,8%, həcm baxımından isə 75,102 milyon kubmetr və ya 0,5% azdır.

Bundan başqa, 2026-cı ilin ilk səkkiz ayında Azərbaycan cəmi bir ölkədən – İran İslam Respublikasından 14,471 milyon ABŞ dolları dəyərində 215,022 milyon kubmetr təbii qaz (qaz halında) idxal edib. Ötən ilin eyni dövründə isə Azərbaycan iki ölkədən – Rusiya və Türkmənistandan 36,321 milyon ABŞ dolları dəyərində 233,303 milyon kubmetr təbii qaz idxal etmişdi. Beləliklə, Azərbaycana təbii qaz idxalı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 21,850 milyon ABŞ dolları və ya 2,5 dəfə, həcm baxımından isə 18,281 milyon kubmetr və yaxud 7,8% azalıb.

Qeyd edək ki, 2026-cı ilin yanvar-avqust aylarında Azərbaycanda 33,407 milyard kubmetr təbii qaz hasil edilib.

Hesabat dövründə təbii qaz hasilatının həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 177,4 milyon kubmetr və ya 0,5 faiz azalıb. 2025-ci ilin yanvar-avqust aylarında Azərbaycanda 33,584 milyard kubmetr təbii qaz hasil edilmişdi.

Cari ilin ilk səkkiz ayında əmtəəlik təbii qaz hasilatı 25,610 milyard kubmetr təşkil edib. Bu göstərici illik müqayisədə 221,5 milyon kubmetr və ya 0,9 faiz azdır. Ötən ilin müvafiq dövründə ölkədə 25,831 milyard kubmetr əmtəəlik təbii qaz hasil olunmuşdu.

Beləliklə, ümumi qaz hasilatında azalma 0,5 faiz olduğu halda, əmtəəlik qaz hasilatında azalma 0,9 faiz təşkil edib.

Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2026-cı ilin yanvar-avqust aylarında Azərbaycanda mədənçıxarma sənayesində istehsalın ümumi dəyəri 26,9 milyard manat olub. Bu sahədə istehsal əvvəlki ilin eyni dövrü ilə müqayisədə real ifadədə 1,1 faiz azalıb.

Qaz hasilatındakı dinamika ixrac göstəricilərində də öz əksini tapıb. Dövlət Gömrük Komitəsinin məlumatına əsasən, Azərbaycanın bu ilin yanvar-avqust aylarında 5,711 milyard ABŞ dolları dəyərində 16,378 milyard kubmetr təbii qazı qaz halında ixrac edilib.

Təbii qaz ixracının dəyəri ötən ilin eyni dövrü ilə müqayisədə 286 milyon ABŞ dolları və ya 4,8 faiz, həcmi isə 75 milyon kubmetr və ya 0,5 faiz azalıb.

Bununla yanaşı, təbii qaz ixracının Azərbaycanın 2026-cı ilin ilk səkkiz ayındakı ümumi ixracında əhəmiyyətli payı olub. Hesabat dövründə qaz ixracının ümumi ixracdakı payı 26,18 faiz təşkil edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:107
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 23 Oktyabr 2026 19:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see666

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see352

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see325

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see314

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see313

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see293

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see285

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see282

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

05 Noyabr 2026 12:14see266

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see239

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see228

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see227

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see227

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see220

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

05 Noyabr 2026 13:56see217

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

05 Noyabr 2026 21:33see212

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

06 Noyabr 2026 01:07see207

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

06 Noyabr 2026 01:07see186

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

06 Noyabr 2026 13:39see179

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

06 Noyabr 2026 14:01see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri