Icma.az
close
up
RU
Göyçayın qədim su dəyirmanı REPORTAJ AZƏRTAC

Göyçayın qədim su dəyirmanı REPORTAJ AZƏRTAC

Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Göyçay, 15 noyabr, Rəşad Türkoğlu, AZƏRTAC

Su dəyirmanları əsrlər boyu xalqımızın məişətində özünəməxsus rol oynayıb. XX əsrdə elektriklə işləyən dəyirmanların yaranması su dəyirmanlarının sıradan çıxmasına və unudulmasına gətirib çıxarıb. Lakin ölkəmizdə fəaliyyət göstərən bu dəyirmanlara az da olsa rast gəlmək olur. Belə dəyirmanlardan biri də Göyçayın Aşağı Qaraməryəm kəndindədir.

AZƏRTAC xəbər verir ki, Aşağı Qaraməryəm kəndindəki su dəyirmanı həftədə bir dəfə yerli əhaliyə xidmət etmək üçün işə düşür. Vaxtı ilə müxtəlif rayon və kəndlərdən bura üz tutanlar saysız olsa da, indi gələnlər o qədər də çox deyil. Dəyirmanın maraqlı tərəfi isə onun heç bir enerjidən istifadə etmədən işləməsidir. Davamlı tökülən su əvvəlcə dəyirmanın çölündəki pərli çarxı, həmin çarx isə saat mexanizimi kimi içəridə olan digər kiçik çarxı, o da öz növbəsində dən üyüdən daşları hərəkətə gətirir. Nəticədə, un hazır olur.

Qonşu kəndən dəyirmana buğda üyütmək üçün gələn Təvəkkül Orucov uşaqlıqdan su dəyirmanında üyüdülən undan istifadə etdiklərini deyir. Su dəyirmanının unundan bişirilən çörəyin daha dadlı və sağlamlıq üçün faydalı olduğunu vurğulayan Təvəkkül Orucov daim bu dəyirmanın unundan istifadə etdiklərini bildirib: “Mənim indi 57 yaşım var, yadıma gəlir, mən uşaq olanda atamla bu dəyirmana tez-tez gələrdik. O vaxt həftələrlə növbəyə yazılardıq, sonra gəlib saatlarla burada gözləyib buğdamızı üyüdərdik. Amma indi bura boş qalıb, insanlar asan yola qaçır, müasirləşib”.

Keçmişlə müqayisədə indi dəyirmana ən çox şəkərli diabetdən, həzm sistemi və qan təzyiqindən əziyyət çəkənlər üz tutur.

34 ildir dəyirmançı işləyən Asif Cəbiyevin sözlərinə görə, kəpəkli qara una tələbat getdikcə çoxalmaqdadır. Müasir dəyirmanlarda dənin qabığı alınmaqla nişasta hissəsi una çevrilir. Su dəyirmanında isə taxıl bütöv üyüdülür, un və kəpək bir yerdə olur. “Bu dəyirmanın təməlini malakanlar qoyub, o da 1830-1835-ci illərə təsadüf edir. Atamın əmisi alıb buranı, təxminən 130 ildir buranı işlədirik”, - deyən həmsöhbətim atasının və əmisinin kolxoz dövründə dəyirman işlətdiyini, 1990-cı illərdən isə özünün və qardaşının da bu işə qoşulduğunu bildirir. Asif Cəbiyev dəyirmanı tarixi abidə kimi qoruyub saxladıqlarını da vurğulayıb. Qıtlıq olan zamanlarda təxminən 10 rayonun əhalisinə xidmət edən bu qədim su dəyirmanında aylarla növbə olurmuş. Lakin tədricən insanlar mağazalardan un aldıqca, dəyirmana tələbat da azalıb.

Xatırladaq ki, tarixçilər bəşər tarixində mühüm ixtiralardan biri olan su dəyirmanlarının ilk vətəninin məhz Azərbaycan olduğunu bildirirlər. Hələ Neolit dövründə Azərbaycanda taxılın una çevrilməsi üçün sadə dən daşlarından istifadə edilib. Bu əl dəyirmanlarını sonradan su dəyirmanları əvəz edib. Tarixən taxılçılığın inkişaf etdiyi Azərbaycanda dən üyütmək üçün su dəyirmanlarından geniş istifadə olunub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:174
embedMənbə:https://azertag.az
archiveBu xəbər 15 Noyabr 2024 13:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see363

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see346

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see307

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see275

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see254

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see221

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see211

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see208

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see201

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

20 Oktyabr 2026 04:58see200

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

20 Oktyabr 2026 05:49see192

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see187

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see185

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see176

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see174

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see174

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see173

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see170

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see168

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri