Göyçayın Potu kəndinə bir aya yaxındır su verilmir
Newscenter.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Yay mövsümündə, həddən artıq isti günlərdə əhalinin içməli suya tələbatı artdığı bir halda, təəssüflər olsun ki, əlaqədar qurumlar əhalinin tələbatını qarşılamaq əvəzinə fəaliyyətsizlikləri ilə insanlara əlavə problem yaradırlar. Necə ki, Göyçay rayonun Potu kəndində olduğu kimi.
Newscenter.az-a kənd sakinləri bildiriblər ki, bir aya yaxındır Potu kəndinə içməli su verilmir. Kənd sakinləri yeganə çıxış yolunu maşınlarla su almaqda görür. Buna maddi imkanı çatmayanlar isə içməli suya olan tələbatını kənddəki ümumi istifadə üçün olan su mənbələri, içməyə yararsız olan arxlar vasitəsilə qarşılayır. Sakinlər əlaqədar qurumlardan bunun səbəbini soruşduqda isə onlara müəyyən problemlərin olduğu bildirilib.
Qeyd edək ki, bir aya yaxındır mövcud olan susuzluq problemi Potu kəndinin kənd təsərrüfatına da təsirsiz ötüşməyib. Kəndəki meyvə ağacları, digər təsərrüfat sahələri susuzluqdan məhv olub.
Süleyman
Bu mövzuda digər xəbərlər:Göyçayın qədim su dəyirmanı REPORTAJ AZƏRTAC
15 Noyabr 2024 13:53
Göyçayın qədim su dəyirmanı REPORTAJ VİDEO AZƏRTAC
15 Noyabr 2024 16:10
Göyçayın 27 kəndində qaz olmayacaq
23 Oktyabr 2025 17:00
Sabah Binəqədi və Göyçayın qaz təchizatı dayandırılacaq
23 Oktyabr 2025 17:20
Göyçayın İcra Başçısı vəzifəsindən azad edildi FOTO
12 Noyabr 2025 12:50
Baxış sayı:110
Bu xəbər 07 Avqust 2025 11:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















