Icma.az
close
up
RU
Böyük çillənin ilk gecəsi Lənkərandan reportaj AZƏRTAC

Böyük çillənin ilk gecəsi Lənkərandan reportaj AZƏRTAC

Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Lənkəran, 20 dekabr, İsmayıl Cəfərli, AZƏRTAC

Bu gün ilin 365 gecəsinin ən uzunu və 40 gün davam edən Böyük çillənin ilk gecəsidir. Çillə gecəsi cənub bölgəsində xüsusi təmtəraqla qeyd olunur.

AZƏRTAC xəbər verir ki, Novruza hazırlıq dekabrın 21-dən başlayır və üç mərhələdə davam edir. Birinci mərhələ Böyük çillə ilə Kiçik çillənin arası (21 dekabr-1 fevral), ikinci mərhələ Kiçik çillənin davam etdiyi müddət (1-20 fevral), üçüncü mərhələ isə dörd həftəlik axır çərşənbələri əhatə edən Boz aydır. Bundan sonra isə Novruz gəlir.

Böyük çillənin daxil olduğu gecəni Lənkəran sakinləri bayram əhval-ruhiyyəsində keçirirlər. Filologiya elmləri doktoru, professor Yədulla Ağazadə bildirir ki, çillə sözü “çıl” sözündəndir, mənası isə “qırx” deməkdir: “Bu çillə xalq ədəbiyyatında “Şəbi yelda gecəsi” kimi də tanınır. Çillə sözü çətinlik, uzunluq mənasındadır. Yəni, qışın uzun müddət davam edəcək dövrünə qədəm qoyulur və bu dövr ağır keçəcək. İnsanlar isə bu çətin dövrün asan keçməsi üçün çalışır, bu məqsədlə “Şəbi yelda gecəsi”ndə maraqlı adət-ənənələrdən, rəmzlərdən istifadə edirlər. Bu adət-ənənələri bayram gecəsi bişirilən təamlarda, süfrə mədəniyyətində də görürük”.

Lənkəranda hər ailədə qeyd edilən çillə axşamında yerli mətbəxin ləziz təamları bişirilir. Bu bayramın atributları bu günümüzədək dəyişməz qalıb - ağ boranı və qarpız. Elə ona görə də bu günlərdə Lənkəran bazarında ən çox alınan və satılan elə bu nemətlərdir.

Bazara baş çəkib, satıcı və alıcılarla çillə gecəsi barədə söhbət edirik. Satıcı Teyyubə Nəsrullayeva çillə gecəsinin evlərində necə qeyd olunmasından danışaraq deyir: “Evdə axşam ağ boranını yerə vurub parçalayır və bu münasibətlə bir-birimizi təbrik edirik. Dekabrın 20-si gəlin-qızlar üçün çillə xonçası göndərilir. Bundan başqa, evdə qarpız olmasa boranı, boranı olmasa qarpız kəsilir”.

Onun sözlərinə görə, qarpız soyuğun, balqabaq isə günəşin, istiliyin rəmzidir. Çillədə qarpız kəsib, balqabaq bişirməklə insanlar qışı sağlam başa vurub, yaza, günəşə can atmaq istəklərini bildirirlər.

Alıcı Elgün Qənbərzadə də bazara qarpız almaq üçün gəlib: “Biz də qarpız aldıq. Xalqımızın adət-ənənəsinə uyğun olaraq, cənub bölgəsində hər il evlərdə qarpız kəsirlər ki, qış sərt keçməsin”.

Adətə görə bu günlərdə nişanlı qızların evlərinə xonça da aparılır. Xonçada isə qırmızı lent bağlanmış qarpızın olması mütləqdir.

“Böyük çillə daxil olanda nişanlı qızlar üçün aparılan xonçada qarpızdan isfitdaə edirlər. Bütün evlərdə bu çillə gecəsi qarpız kəsilir”, - deyə satıcı Əli Məmmədov bildirib.

Qarpız alanlardan biri də Xəyyam Əlizadədir: “Allah hər qapıya xeyir iş qismət eləsin. Çillə axşamıdır, onunla bağlı qarpız aldıq, xonçaya qoyub qız evinə aparacağıq. Ata-babalarımızdan qalan adətdir, bizdə davam etdiririk”.

Folklorşünas Yədulla Ağazadə deyir ki, xalqımız çilləni bayram kimi keçirməklə çətinliklərdən çıxmaq yollarını ortaya qoyur, soyuqdan, xəstəlikdən qorxmadığını ifadə edir: “Bunlar rəmzi xarakter daşıyır. Qarpızda olan yaşıllıq, sərinlik yazın, boranının narıncı rəngi isə günəşin, istiliyin rəmzidir. Bütün bunlar insanların qışdan, onun soyuğundan, sızağından çəkinmədiyini göstərir. Qarpızın nişanlı qızlara hədiyyə göndərilməsi və digər sovqatların aparılması isə onu göstərir ki, çillə gecəsi xalqımız tərəfindən bayram səviyyəsində qeyd olunur”.

Qədim inanclara görə, hər kəs ürəyində niyyət tutub, çillə axşamı kəsilmiş qarpız və ya qaynadılmış boranıdan bir dilim yesə, həm niyyətinə çatar, həm də növbəti qışa qədər xəstəliklərdən uzaq olar. Canınız sağlam, niyyətləriniz çin, süfrələriniz də bol ruzili və bərəkətli olsun.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:232
embedMənbə:https://azertag.az
archiveBu xəbər 20 Dekabr 2024 13:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see472

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see360

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see301

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see299

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see256

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see253

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see253

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see243

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see233

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see233

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see230

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see226

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see222

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see217

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see209

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see208

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see198

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see198

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see194

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri